Keniyada Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
Keniya Konqo Demokratik Respublikasından (KDR) gələn və Nayrobidə vəfat edən ölkə vətəndaşında Ebola virusunun aşkarlanmasından sonra ilk yoluxma...
Avropa İttifaqı (Aİ) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Əfqanıstanda fermerlərin bazarlara çıxışını yaxşılaşdırmaq, aqrobiznesi gücləndirmək, eləcə də iqlim və iqtisadi çətinliklərə davamlılığı artırmaq üçün 5 milyon avro təşəbbüsə başlayıb.
Proqram ərzaq təhlükəsizliyi problemi, iqlim riskləri və məhdud iqtisadi imkanların hökm sürdüyü rayonlarda yaşayan həssas ailələri dəstəkləyəcək. Ölkəyə geri qayıdanlar, məcburi köçkünlər və onları qəbul edən yerli icmalar da proqramdan faydalanacaqlar. Qadınlar və gənclər əsas hədəf qrupları sırasında olacaq.
Dörd xidmət mərkəzi fermerlərə və kənd yerlərində fəaliyyət göstərən sahibkarlara kənd təsərrüfatı məsləhətləri, ixtisaslaşmış xidmətlər, bizneslər və bazarlarla əlaqələndirəcək. Mərkəzlər həmçinin fermerlərin FAO-nun iqlim təhlillərindən və erkən xəbərdarlıq məlumatlarından yararlanmasına imkan yaradacaq.
Təşəbbüs çərçivəsində deqradasiyaya uğramış 2 min hektar meşə və otlaq sahəsinin bərpası, eləcə də qadınların və yerli icmaların idarə etdiyi 250 tingçilik təsərrüfatının dəstəklənməsi nəzərdə tutulur. Kənd təsərrüfatı və ərzaq sektorunda, eləcə də ekoloji dayanıqlılıq sahəsində fəaliyyət göstərən seçilmiş müəssisələrə birgə maliyyələşdirmə qrantları, texniki məsləhət və biznes dəstəyi də göstəriləcək.
Aİ-nin Əfqanıstandakı müvəqqəti işlər vəkili Nikola Bellomo bildirib ki, bu maliyyə Aİ-nin ərzaq təhlükəsizliyinə və əfqanların iqtisadi imkanlarının genişləndirilməsinə davamlı dəstəyinin göstəricisidir.
FAO-nun Əfqanıstandakı nümayəndəsi Riçard Trençard isə bildirib ki, çətin şəraitə baxmayaraq, ölkənin kənd təsərrüfatı və ərzaq sektorunda fəaliyyət göstərən müəssisələrinin böyümək, yeni iş yerləri yaratmaq və fermerlərin bazarlara çıxışını yaxşılaşdırmaq potensialı var.
Avstraliyanın terrorla mübarizə orqanları İsrailə uçan “flydubai” təyyarəsində kapitana hücum etməkdə və təyyarəni ələ keçirməyə cəhddə ittiham olunan ikinci pilotun əlaqələrini araşdırır.
Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmənin Prezident Rəhbərlik Şurasının sədri Rəşad əl-Əlimi husilərin nəzarətindəki əraziləri geri almaq üçün genişmiqyaslı hərbi əməliyyatların başladığını elan edib.
Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Mammadov” yük gəmisinə dron hücumu nəticəsində bir Azərbaycan vətəndaşı həlak olub, digəri itkin düşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 5-də Tehranda görüşüblər. Tərəflər ikitərəfli münasibətləri, regional prosesləri, həmçinin Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi yollarını müzakirə ediblər.
Sağçı senator Flavio Bolsonaro səsvermədə gözləntiləri üstələyərək hazırkı prezident Luiz İnasio Lula da Silvanı cüzi fərqlə qabaqlayıb və ikinci tura vəsiqə qazanıb. Solçu Lula da Silva ilə sağçı Bolsonaro bu ayın sonlarında keçiriləcək həlledici səsvermədə üz-üzə gələcək.
Mərkəzi Asiya ölkələri Rusiyanın İrkutsk vilayətində yaranmış vəziyyət fonunda sanitar-karantin nəzarətini gücləndirir. Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistan Şelexov şəhərində taun əleyhinə elmi-tədqiqat institutunun əməkdaşının ölümündən sonra profilaktik tədbirlər görüb.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) layihəsi həm Ermənistanın, həm də bütövlükdə regionun iqtisadi mühitinin dəyişməsində mühüm rol oynaya bilər. Onun sözlərinə görə, layihə Ermənistanın investisiya cəlbediciliyini də artıra bilər.
77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC) oktyabrın 5-də Antalyada işə başlayıb. Tədbir dünyanın müxtəlif ölkələrindən kosmik agentliklərin və şirkətlərin nümayəndələrini, eləcə də tədqiqatçıları bir araya gətirib.
Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı oktyabrın 6-da Bakıda “Orta Dəhliz boyunca infrastrukturun, yaşıl enerjinin və rəqəmsal bağlantının maliyyələşdirilməsi imkanları” mövzusunda işə başlayıb.
Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində kollektiv müdafiə öhdəliklərinin icrasına dərhal keçmək və hərbi qüvvə və vasitələri qısa müddətdə Səudiyyə Ərəbistanına yerləşdirmək barədə razılığa gəliblər. Qərar oktyabrın 5-də Ər-Riyad toplantısında qəbul olunub.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın