Hindistanda seçki komissiyası rəhbərinin istefasını tələb edən 2 mindən çox etirazçı saxlanılıb
Hindistan polisi Yeni Dehlidə seçici siyahılarındakı mübahisəli dəyişikliklərə görə baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb edən 2 mindən...
Fransa prokurorluğu ağıllı eynəklərdən istifadə ilə bağlı cinayət işi açıb. Araşdırma bu cihazların məxfilik üçün yaratdığı risklərlə bağlı narahatlığın artdığı bir vaxta təsadüf edir.
Paris prokurorluğu bildirib ki, sosial şəbəkələrdə yayılan tendensiya ilə bağlı şikayətlərdən sonra azı bir araşdırmaya başlanılıb. İddialara görə, ağıllı eynəklər vasitəsilə insanlar ictimai yerlərdə gizli şəkildə çəkilib və görüntülər onların razılığı olmadan internetdə yayımlanıb.
Səlahiyyətli qurumlar söhbətin hansı markadan getdiyini açıqlamayıb. Fransanın Məlumatların Qorunması üzrə Milli Komissiyası (CNIL) ağıllı eynəklərin iş yerlərində istifadəsi ilə bağlı şikayətlər aldığını bildirib. Qurumun məlumatına görə, iş yerlərində bu cihazların qadağan edilməsinin mümkünlüyü ilə bağlı şirkətlərdən daxil olan müraciətlərin sayı artır.
Məsələ Fransadan kənarda da tənzimləyici qurumların diqqətini çəkib. Birləşmiş Krallıqda bəzi kinoteatrlar ağıllı eynəklərdən istifadəni qadağan edib, Almaniyada istehlakçı hüquqlarını müdafiə edən qrup “Meta” və digər istehsalçılarla bağlı cinayət işi açılması üçün şikayət verib. Avstraliya isə kameralı ağıllı eynəklərin dövlət qurumlarının iş yerlərində qadağan edilməsini nəzərdən keçirir.
CNIL bildirib ki, bu texnologiya insanların çəkiliş barədə məlumatlandırılması və razılıqlarının alınması ilə bağlı suallar yaradır. Ağıllı eynəklərdə çəkiliş zamanı kiçik işıq yansa da, məxfilik hüquqlarını müdafiə edən fəallar bunun çəkilişə və görüntülərin internetdə yayılmasına razılıq verildiyi anlamına gəlmədiyini bildirirlər.
MDB ölkələrinin liderləri əhalinin siyahıyaalınması ilə bağlı qərar qəbul ediblər. BELTA-nın məlumatına görə, sənəddə siyahıyaalınmanın 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirilməsi təklif olunur. Qərar oktyabrın 9-da Türkmənistanda keçirilən iclasda qəbul edilib.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı oktyabrın 10-da hücuma məruz qalıb. Səudiyyə Ərəbistanının mülki aviasiya qurumu hadisə nəticəsində bir neçə nəfərin yaralandığını və hava limanının fəaliyyətinin müvəqqəti dayandırıldığını təsdiqləyib.
Turizm ənənəvi olaraq iqtisadiyyatın qeyri-sabitliyə ən həssas sahələrindən biridir.
ABŞ İranın xam neftinin, neft məhsullarının və neft-kimya məhsullarının xarici bazarlara daşınması ilə əlaqəli 17 gəmiyə və bir sıra şirkətə qarşı yeni sanksiyalar tətbiq edib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumları nəticəsində iki gün ərzində 70-dən çox insanın həlak olmasından sonra ABŞ-ni sərt tənqid edib. O bildirib ki, Vaşinqton Rusiyanın hücumlarının qarşısını almaq üçün Ukraynaya kifayət qədər yardım göstərmir.
Türk dövlətləri arasında xarici pasport əvəzinə şəxsiyyət vəsiqəsi ilə səyahət imkanları nəzərdən keçirilir. Bu barədə oktyabrın 10-da Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Kürşad Zorlu bildirib.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı oktyabrın 10-da hücuma məruz qalıb. Səudiyyə Ərəbistanının mülki aviasiya qurumu hadisə nəticəsində bir neçə nəfərin yaralandığını və hava limanının fəaliyyətinin müvəqqəti dayandırıldığını təsdiqləyib.
Avropa İttifaqının (Aİ) Ermənistandan idxal olunan məhsulların 80 faizinə tətbiq edilən gömrük rüsumlarını müvəqqəti dayandırmaq barədə qərarı oktyabrın 10-da qüvvəyə minib.
Gürcüstanda müstəqillikdən bəri ən bol və keyfiyyətli üzüm məhsullarından biri yığılır. Oktyabrın 6-dək Kaxetiyada 182 210 ton üzüm təhvil verilib. Məhsulun 99 faizi orta və yüksək keyfiyyətli qiymətləndirilib. Yığım üzümün alış qiymətlərinə etirazlar fonunda davam edir
Ukrayna dronları ardıcıl iki gün ərzində Rusiyada “Yandex” şirkətinin iki məlumat mərkəzinə zərbələr endirib. Hücumlar rəqəmsal xidmətlərin işində fasilələrə səbəb olub. Bu hücumlar Kiyevin Rusiyanın rəqəmsal infrastrukturuna zərbələrini intensivləşdirdiyi bir vaxta təsadüf edib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın