Hindistanda seçki komissiyası rəhbərinin istefasını tələb edən 2 mindən çox etirazçı saxlanılıb
Hindistan polisi Yeni Dehlidə seçici siyahılarındakı mübahisəli dəyişikliklərə görə baş seçki komissarı Qyaneş Kumarın istefasını tələb edən 2 mindən...
İran Prezidenti Məsud Pezeşkian sentyabrın 23-də Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının sessiyasında ABŞ Prezidenti Donald Trampın bəyanatlarını tənqid edib. Tehran və Vaşinqton aylar sonra ilk dəfə dolayı danışıqlar aparsalar da, müharibənin başa çatdırılmasına dair fikir ayrılıqları qalır.
Pezeşkian çıxışında Trampın bəyanatlarında hədə-qorxuya əsaslanan düşüncə tərzinin əlamətləri olduğunu bildirib. ABŞ Prezidenti bir gün əvvəl eyni tribunadan İranı məhv etməklə hədələmişdi.
ABŞ və İran arasında aylar sonra keçirilən ilk dolayı danışıqlar iki liderin BMT Baş Assambleyasındakı çıxışları arasında baş tutub. Lakin danışıqlardan sonra tərəflərin müharibənin başa çatdırılmasına dair ictimaiyyətə açıqladıqları mövqelərdə hər hansı güzəşt əlaməti müşahidə olunmayıb.
ABŞ-nin dövlət katibi Marko Rubio sentyabrın 23-də jurnalistlərə bildirib ki, İranla razılaşmanın əldə olunması vaxt və ciddi səy tələb edəcək. O əlavə edib ki, Trampın hərbi variantları da var.
ABŞ həmçinin sentyabrın 23-dən sonra İran təyyarələrinin uçuşlarına icazə verən ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai dövlət televiziyasına bildirib ki, qonşu ölkələr İran təyyarələrinin uçuşlarına icazə verməsələr, Tehran həmin ölkələrin hava limanlarının fəaliyyət göstərməsinə imkan verməyəcək.
İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ-nin İran limanlarını blokadaya almasına və Hörmüz boğazındakı vəziyyətə diqqət çəkib. Müharibədən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təxminən beşdə biri bu boğazdan keçirdi.
“Hər kəsin Hörmüz boğazından istifadə etdiyi halda, bizim bu su yolu ilə daşımalar həyata keçirmək imkanından məhrum edilməyimiz qəbuledilməzdir. Düşmən donanmalarının bölgədə daimi saxlanılması və müharibənin genişləndirilməsi sülhə gətirib çıxarmayacaq”, – deyə Pezeşkian bildirib.
İran və ABŞ rəsmilərinin iyulda atəşkəsin pozulmasından sonra ilk məlum dolayı danışıqları sentyabrın 22-də keçirdiyi bildirilir. İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner vasitəçilərin köməyi ilə əlaqə saxlayıblar.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran qətərli vasitəçinin köməyi ilə Vaşinqtonla iki saat davam edən mesaj mübadiləsi zamanı öz şərtlərini çatdırıb. Bu şərtlərə bütün cəbhələrdə müharibəyə son qoyulması, ABŞ-nin “təcavüzkar hərəkətlərinin” dayandırılması və İrana məxsus dondurulmuş aktivlərin sərbəst buraxılması daxildir.
“İran xalqı təzyiqlərə boyun əyməyəcək”, – deyə o əlavə edib.
Sentyabrın 24-də neft ucuzlaşıb. “Brent” markalı neftin bir barelinin qiyməti 94 sent, yaxud 0,9 faiz azalaraq 102,13 dollara, ABŞ-nin WTI markalı neftinin qiyməti isə 59 sent, yaxud 0,7 faiz azalaraq 91,56 dollara düşüb.
İran ABŞ ilə münaqişəyə son qoymaq üçün diplomatik danışıqlara açıq olduğunu bildirdikdən sonra neft əvvəlki ticarət sessiyasında 4 faiz yüksəlmişdi.
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, sentyabrın 23-də Hörmüz boğazında “Cape Dao” yük gəmisi mərmi zərbələrinə məruz qalıb. Hücum nəticəsində bir Hindistan vətəndaşı həlak olub. UKMTO ilkin məlumatında ekipaj üzvlərindən iki nəfərin zərər çəkdiyini bildirmişdi. Gəminin qalan 27 ekipaj üzvü təxliyə edilib. Gəmidə yanğın başlayıb və o, dənizdə sürüklənib.
Demək olar ki, hər gün hücumların baş verməsinə baxmayaraq, son həftələrdə boğazdan keçən gəmilərin sayı artıb.
MDB ölkələrinin liderləri əhalinin siyahıyaalınması ilə bağlı qərar qəbul ediblər. BELTA-nın məlumatına görə, sənəddə siyahıyaalınmanın 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirilməsi təklif olunur. Qərar oktyabrın 9-da Türkmənistanda keçirilən iclasda qəbul edilib.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı oktyabrın 10-da hücuma məruz qalıb. Səudiyyə Ərəbistanının mülki aviasiya qurumu hadisə nəticəsində bir neçə nəfərin yaralandığını və hava limanının fəaliyyətinin müvəqqəti dayandırıldığını təsdiqləyib.
Turizm ənənəvi olaraq iqtisadiyyatın qeyri-sabitliyə ən həssas sahələrindən biridir.
ABŞ İranın xam neftinin, neft məhsullarının və neft-kimya məhsullarının xarici bazarlara daşınması ilə əlaqəli 17 gəmiyə və bir sıra şirkətə qarşı yeni sanksiyalar tətbiq edib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumları nəticəsində iki gün ərzində 70-dən çox insanın həlak olmasından sonra ABŞ-ni sərt tənqid edib. O bildirib ki, Vaşinqton Rusiyanın hücumlarının qarşısını almaq üçün Ukraynaya kifayət qədər yardım göstərmir.
Türk dövlətləri arasında xarici pasport əvəzinə şəxsiyyət vəsiqəsi ilə səyahət imkanları nəzərdən keçirilir. Bu barədə oktyabrın 10-da Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Kürşad Zorlu bildirib.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı oktyabrın 10-da hücuma məruz qalıb. Səudiyyə Ərəbistanının mülki aviasiya qurumu hadisə nəticəsində bir neçə nəfərin yaralandığını və hava limanının fəaliyyətinin müvəqqəti dayandırıldığını təsdiqləyib.
Avropa İttifaqının (Aİ) Ermənistandan idxal olunan məhsulların 80 faizinə tətbiq edilən gömrük rüsumlarını müvəqqəti dayandırmaq barədə qərarı oktyabrın 10-da qüvvəyə minib.
Gürcüstanda müstəqillikdən bəri ən bol və keyfiyyətli üzüm məhsullarından biri yığılır. Oktyabrın 6-dək Kaxetiyada 182 210 ton üzüm təhvil verilib. Məhsulun 99 faizi orta və yüksək keyfiyyətli qiymətləndirilib. Yığım üzümün alış qiymətlərinə etirazlar fonunda davam edir
Ukrayna dronları ardıcıl iki gün ərzində Rusiyada “Yandex” şirkətinin iki məlumat mərkəzinə zərbələr endirib. Hücumlar rəqəmsal xidmətlərin işində fasilələrə səbəb olub. Bu hücumlar Kiyevin Rusiyanın rəqəmsal infrastrukturuna zərbələrini intensivləşdirdiyi bir vaxta təsadüf edib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın