Ukraynanın Moskva vilayətinə genişmiqyaslı dron hücumunda iki nəfər ölüb
Rusiya rəsmilərinin və hərbi bloqerlərin məlumatına görə, Ukraynanın Moskva və ətraf bölgələrə genişmiqyaslı dron hücumu nəticəsində iki nəfər ölüb,...
Qazaxıstanın Manqistau vilayətində hərbi təlim zamanı Xəzər dənizinə düşən 17 hərbçidən 14-ü həlak olub, üçü xilas edilib. Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə sentyabrın 24-də Xəzər dənizinin Qazaxıstana aid hissəsində keçirilən “Xəzər Qorğanı – 2026” hərbi-dəniz təlimi zamanı baş verib. Sentyabrın 22-də başlayan təlimə 500-dən çox hərbçi cəlb olunub.
Təlimdə hərbi-dəniz və hidroqrafik gəmilər, Manqistau vilayətinin Sərhəd Xidməti bölmələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin təyyarələri iştirak edib. Təlim birgə manevrləri, axtarış-xilasetmə əməliyyatlarını və asimmetrik təhdidlərə qarşı mübarizəni əhatə edib. Məqsəd həmçinin hərbi-dəniz bölmələri arasında koordinasiyanı, şəxsi heyətin praktiki bacarıqlarını və dəniz hazırlığını artırmaq olub.
Nazirliyin məlumatına görə, hərbçilər təlim tapşırığını yerinə yetirərkən hava şəraiti qəfil pisləşib və güclü külək nəticəsində dənizə düşüblər.
Üç hərbçi xilas edilib, onlardan biri xəstəxanaya yerləşdirilib.
Hadisə barədə ilk məlumat yerli vaxtla təxminən saat 11:20-də hərbi-dəniz bazasının növbətçi zabiti tərəfindən verilib. Hadisə Aktau şəhərindən təxminən 43 kilometr məsafədə yerləşən “Omir Glamping” istirahət zonasının yaxınlığında baş verib.
Axtarış-xilasetmə əməliyyatına hərbi-dəniz bölmələri, Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi, aviasiya və digər fövqəladə xidmətlər cəlb olunub.
Hadisənin səbəblərini müəyyənləşdirmək və axtarış əməliyyatını əlaqələndirmək üçün müdafiə naziri, aviasiya general-leytenantı Dauren Kosanovun rəhbərlik etdiyi komissiya hadisə yerinə göndərilib.
Müdafiə Nazirliyi həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, onlara bütün zəruri yardım və dəstəyin göstəriləcəyini bildirib.
Nazirlik axtarış əməliyyatının gedişi və hərbçilərin vəziyyəti ilə bağlı məlumatların dəqiqləşdirildikcə açıqlanacağını bildirib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 25-ni ölkədə ümummilli matəm günü elan edib.
Avstraliyanın terrorla mübarizə orqanları İsrailə uçan “flydubai” təyyarəsində kapitana hücum etməkdə və təyyarəni ələ keçirməyə cəhddə ittiham olunan ikinci pilotun əlaqələrini araşdırır.
Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Mammadov” yük gəmisinə dron hücumu nəticəsində bir Azərbaycan vətəndaşı həlak olub, digəri itkin düşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 5-də Tehranda görüşüblər. Tərəflər ikitərəfli münasibətləri, regional prosesləri, həmçinin Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi yollarını müzakirə ediblər.
Sağçı senator Flavio Bolsonaro səsvermədə gözləntiləri üstələyərək hazırkı prezident Luiz İnasio Lula da Silvanı cüzi fərqlə qabaqlayıb və ikinci tura vəsiqə qazanıb. Solçu Lula da Silva ilə sağçı Bolsonaro bu ayın sonlarında keçiriləcək həlledici səsvermədə üz-üzə gələcək.
ABŞ İranla gərginliyin artdığı bir vaxtda Körfəz bölgəsinə daha iki “Patriot” raketdən müdafiə batareyası yerləşdirib. Sistemlər Səudiyyə Ərəbistanı və Qətərdə əsas enerji obyektlərinin qorunmasına xidmət edəcək.
Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Kanat Niyazbekov sentyabrda Xəzər dənizində keçirilən hərbi təlim zamanı 14 hərbçinin həlak olması ilə bağlı saxlanılıb. Bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Mərkəzi Asiya ölkələri Rusiyanın İrkutsk vilayətində yaranmış vəziyyət fonunda sanitar-karantin nəzarətini gücləndirir. Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistan Şelexov şəhərində taun əleyhinə elmi-tədqiqat institutunun əməkdaşının ölümündən sonra profilaktik tədbirlər görüb.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) layihəsi həm Ermənistanın, həm də bütövlükdə regionun iqtisadi mühitinin dəyişməsində mühüm rol oynaya bilər. Onun sözlərinə görə, layihə Ermənistanın investisiya cəlbediciliyini də artıra bilər.
77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC) oktyabrın 5-də Antalyada işə başlayıb. Tədbir dünyanın müxtəlif ölkələrindən kosmik agentliklərin və şirkətlərin nümayəndələrini, eləcə də tədqiqatçıları bir araya gətirib.
Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı oktyabrın 6-da Bakıda “Orta Dəhliz boyunca infrastrukturun, yaşıl enerjinin və rəqəmsal bağlantının maliyyələşdirilməsi imkanları” mövzusunda işə başlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın