Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
Qazaxıstanda ilk dəfə “Astana AI Film Festival” keçirilib. 125 ölkədən 8 000-dən çox müraciətin daxil olduğu tədbir süni intellekt vasitəsilə yaradılan filmlərə həsr olunmuş dünyanın ən böyük beynəlxalq müsabiqəsinə çevrilib.
Latviyalı rejissor Nikolay Şestak “The First Honest Day” filmi ilə festivalın Qran-prisini və 450 min dollar mükafatı qazanıb. Hindistanın “SITARA” filmi ikinci yeri tutaraq 200 min dollar, İspaniyanın “Looking For Perseida” filmi isə üçüncü yerə layiq görülərək 100 min dollar mükafat alıb.
Qazaxıstanlı Mirzaxan Jumaxan “It Was Just a Joke” filmi ilə “Ən yaxşı obraz” nominasiyası üzrə qalib olub. Komediya janrında olan film itlə sahibinin qardaşı arasında zarafat üstündə başlayan mübahisənin sonradan blokbasteri xatırladan qarşıdurmaya çevrilməsindən bəhs edir.
Jumaxan bildirib ki, zarafatlara və yumora marağı filmin ideyasına ilham verib.
Minlərlə müraciət arasından yalnız 25 film final mərhələsinə seçilib. Beynəlxalq münsiflər heyətinə UNESCO-nun keçmiş baş direktoru Odri Azule, sahibkar və investor Balaci Srinivasan, eləcə də kino, texnologiya və akademik sahələrin digər nümayəndələri daxil olub.
Festivalın ümumi mükafat fondu 2 milyon dollar təşkil edib. Bunun 1 milyon dolları müsabiqə mükafatlarına, digər 1 milyon dolları isə perspektivli süni intellekt layihələrinə investisiya üçün ayrılıb.
Üçgünlük festival oktyabrın 1-dən 3-dək Astanada “AI Month” və “AI & Digital Bridge 2026” texnologiya konfransı çərçivəsində keçirilib. Təşkilatçılar tədbiri hər il keçirməyi planlaşdırdıqlarını bildiriblər.
“Qazinform”un məlumatına görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Astana AI Film Festival”ın açılış mərasimində iştirak edib.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri keçirilib, mətbuata bəyanatlar verilib, Xocalı Soyqırımı Memorialı və Xankəndidəki Zəfər abidəsi ziyarət olunub.
Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 2029-cu ilə qədər Avropa İttifaqı (Aİ) ilə vizasız gediş-gəlişə nail olacağına ümid etdiyini bildirib. Bu barədə Ermənistanın dövlət xəbər agentliyi “Armenpress” məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın