İspaniyada miqrant axını üzrə son altı ilin rekordu qeydə alınıb
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata...
ABŞ İranın xam neftinin, neft məhsullarının və neft-kimya məhsullarının xarici bazarlara daşınması ilə əlaqəli 17 gəmiyə və bir sıra şirkətə qarşı yeni sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyinin oktyabrın 8-də açıqladığı tədbirlər İranın enerji ixracından əldə etdiyi gəlirləri məhdudlaşdırmaq məqsədi daşıyır. ABŞ rəsmiləri bildirirlər ki, bu gəlirlər ölkənin hərbi fəaliyyətinin, raket istehsalının, kiberhücumlarının və İslam İnqilabı Keşikçiləri Korpusunun maliyyələşdirilməsinə yönəldilir.
Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalar İranın enerji məhsullarını mövcud məhdudiyyətlərdən yayınaraq xarici bazarlara çatdıran gəmilərdən və şirkətlərdən ibarət beynəlxalq şəbəkəyə qarşı yönəlib. Sanksiyalardan yayınaraq neft və neft məhsulları daşıyan bu gəmilər şəbəkəsi “kölgə donanması”’ adlandırılır.
Siyahıya daxil edilən gəmilər arasında Panama, Baham adaları, Palau, Kamerun, Monqolustan və Honkonq bayraqları altında fəaliyyət göstərən tankerlər var. Onların milyonlarla barel İran nefti, neft məhsulları və neft-kimya məhsullarını Cənubi və Şərqi Asiya bazarlarına daşıdığı bildirilir.
Vaşinqtonun məlumatına görə, bu şəbəkə sanksiyalardan yayınmaq üçün mürəkkəb mülkiyyət strukturlarından və fəaliyyəti gizlətmək məqsədilə yaradılmış şirkətlərdən istifadə edir.
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, tədbirlər Tehranı regionda hərbi fəaliyyətini maliyyələşdirmək üçün istifadə etdiyi vəsaitlərdən məhrum etmək məqsədi daşıyır. O, İranın neft satışına yardım edən tərəflərin müəyyənləşdirilməsinin davam edəcəyini vurğulayıb.
Yeni sanksiyalar İranın enerji ixracına qarşı daha geniş iqtisadi təzyiq kampaniyasının bir hissəsidir. Maliyyə Nazirliyi tədbirləri avqustda elan edilmiş “İqtisadi təcrid” əməliyyatı çərçivəsində həyata keçirir.
ABŞ rəsmiləri sanksiyaların və İran limanlarının blokadasının ölkənin neft daşımalarını ciddi şəkildə məhdudlaşdırdığını bildirirlər. Maliyyə Nazirliyi yeni tədbirlərin İranın “kölgə donanması”nın qalan hissəsinin böyük əksəriyyətini əhatə etdiyini açıqlayıb.
Sanksiyaya məruz qalan tərəflərin ABŞ-dəki və ya ABŞ vətəndaşlarının və qurumlarının nəzarətindəki əmlakı və maliyyə vəsaitləri dondurulur. Müvafiq icazə və istisnalar nəzərə alınmaqla, ABŞ vətəndaşlarının və qurumlarının bu tərəflərlə əməliyyat aparması da qadağan edilir.
İqtisadi təzyiqlə yanaşı, ABŞ və İran arasında diplomatik təmaslar da davam edir.
Prezident Donald Tramp oktyabrın 8-də İranla danışıqların səmərəli keçdiyini bildirib. O, ABŞ-nin noyabrın 3-də keçiriləcək aralıq seçkilərinədək İrana hücum etməyəcəyini deyib.
Bununla belə, tərəflər arasında sanksiyalar, nüvə məsələləri və regional təhlükəsizliklə bağlı fikir ayrılıqları qalır.
Yeni sanksiyaların İranın neft ixracına dərhal nə dərəcədə təsir göstərəcəyi hələ aydın deyil.
“Obsidian Risk Advisors” şirkətinin analitiki Brett Erikson “Reuters”ə bildirib ki, İran dənizdəki neftinin demək olar hamısını artıq çatdırdığından gəmilərə sonradan sanksiya tətbiqinin təsiri məhdud qala bilər.
Neft və neft-kimya məhsullarının ixracı İran üçün mühüm gəlir mənbəyi olaraq qalır.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 13-də Qəzzada tənəffüs yolu infeksiyalarına yoluxma hallarının sürətlə artdığını bildirib. Güclü yağışlar nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı on minlərlə çadırı su basıb. ÜST vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edib.
Səudiyyə Ərəbistanının dəstəklədiyi, beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə bağlı qüvvələr noyabrın 15-də strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına nəzarət etməyə imkan verən ərazidən geri çəkildiklərini açıqlayıblar. Nəticədə ərazi İranla əlaqəli husilərin nəzarətinə keçib.
Gürcüstanın ən böyük xizək kurortu olan Qudauri növbəti qış mövsümünə hazırlaşır. Yeni kanat yollarının çəkilməsi, əlavə xizək traslarının salınması və süni qar istehsalı üçün avadanlıqların quraşdırılması kurortun turistlər üçün cəlbediciliyini artıracaq.
Əfqanıstanın Təhsil Nazirliyi BMT-nin təhsilə çıxışla bağlı hesabatının ölkədəki vəziyyəti tam əks etdirmədiyini bildirib. Nazirliyin məlumatına görə, ölkədə 7,6 milyondan çox şagird məktəblərdə, 2,4 milyondan çox şagird isə mədrəsələrdə təhsil alır.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya bildirib ki, noyabrın 15-də husilərin Ər-Riyad istiqamətində buraxdığı iki ballistik raketin, eləcə də ölkənin Şərq vilayətində üç pilotsuz uçuş aparatının (PUA) qarşısını alıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın