Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
AnewZ-un 9 oktyabr 2026-cı il tarixli gündəlik xəbər icmalını təqdim edirik. Bugünkü icmalda Türkmənistanda keçirilən yüksək səviyyəli görüşlərlə bağlı beş əsas hadisə yer alıb.
Azərbaycan və Mərkəzi Asiya ölkələri ticarət, investisiya, rəqəmsal texnologiyalar, təhlükəsizlik, səhiyyə, ətraf mühitin mühafizəsi və mədəniyyət sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Birgə bəyanatda süni intellekt, innovasiya və qabaqcıl texnologiyalar sahələrində əməkdaşlığın gücləndirilməsi də əksini tapıb.
Liderlər mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq, terrorizm, insan alveri, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsinə qarşı mübarizədə birgə səyləri gücləndirmək barədə razılığa gəliblər.
Tərəflər, həmçinin turizmin inkişafı, ortaq mədəni irsin qorunması və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı təşəbbüslər irəli sürüblər.
Prezident İlham Əliyev Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdiyini bildirib.
Üç ölkə Mərkəzi Asiyada bərpaolunan mənbələrdən istehsal olunan elektrik enerjisinin Azərbaycan üzərindən Avropaya ixracı üçün enerji dəhlizinin yaradılması üzərində işləyir.
Layihə region ölkələri arasında enerji əlaqələrinin möhkəmləndirilməsinə və Mərkəzi Asiya ilə Avropa arasında bu sahədə əməkdaşlığın genişləndirilməsinə yönəlib.
Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı Məsud Pezeşkian oktyabrın 8-də Türkmənistanın Avaza bölgəsində MDB sammiti ərəfəsində görüşüblər.
Putin İranın regional münaqişənin sona çatdırılması istiqamətində səylərini təqdir edib və Rusiyanın vasitəçilik yardımı göstərməyə hazır olduğunu bildirib.
Pezeşkian isə Vaşinqton və Tehranın münaqişəyə son qoymağa yönəlmiş yeni təklifləri nəzərdən keçirdiyini bildirib.
Özbəkistan və Türkmənistan siyasi dialoqu gücləndirmək və ikitərəfli əməkdaşlığı genişləndirmək məqsədilə Strateji Tərəfdaşlıq üzrə Ali Şuranın yaradılması haqqında saziş imzalayıblar.
Sənəd oktyabrın 8-də Avazada Özbəkistan prezidenti Şavkat Mirziyoyev və türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədov arasında keçirilən görüşün yekununda imzalanıb.
Yeni şura iki ölkə arasında siyasi dialoqun inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın əlaqələndirilməsinə xidmət edəcək.
Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan 2027-ci ildə Özbəkistanın sədrliyindən sonra 2028-ci ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik edəcək. Bu, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra MDB-yə ilk sədrliyi olacaq.
Azərbaycan, həmçinin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə, Türk Dövlətləri Təşkilatına (TDT) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edir.
Bundan başqa, Azərbaycan 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik edəcək və təşkilatın sammitinə ev sahibliyi edəcək. 2028-ci ildə isə Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçirilməsi planlaşdırılır.
MDB sammiti ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri keçirilib, mətbuata bəyanatlar verilib, Xocalı Soyqırımı Memorialı və Xankəndidəki Zəfər abidəsi ziyarət olunub.
Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 2029-cu ilə qədər Avropa İttifaqı (Aİ) ilə vizasız gediş-gəlişə nail olacağına ümid etdiyini bildirib. Bu barədə Ermənistanın dövlət xəbər agentliyi “Armenpress” məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın