Qara dənizdə dron hücumu: Üç ticarət gəmisi zədələnib
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz...
Azərbaycan Bakıda keçirilən 2026-cı il cüdo üzrə dünya çempionatında rekord sayda – 7 medal qazanıb. 90-dan çox ölkədən 620-dən artıq idmançının iştirak etdiyi yarışda Azərbaycan millisi tarixi nəticəyə imza ataraq medal sıralamasında Yaponiyadan sonra ikinci yerə yüksəlib.
2018-ci ildən sonra Bakı ikinci dəfə cüdo üzrə dünya çempionatına ev sahibliyi edib. Oktyabrın 4-dən 10-dək keçirilən fərdi yarışlarda dünyanın müxtəlif ölkələrindən olan idmançılar 14 çəki dərəcəsində mübarizə aparıblar.
Hər gün iki çəki dərəcəsində dünya çempionları müəyyənləşib. İlk gün kişilər arasında 60 kq, qadınlar arasında 48 kq çəki dərəcələrində yarışlar keçirilib. Fərdi mübarizəyə ağır çəki dərəcələrindəki görüşlərlə yekun vurulub.
Kişilər arasında ən çox iştirakçı 100 kq çəki dərəcəsində qeydə alınıb. Bu çəkidə 56, 73 kq-da 50, 90 kq-da isə 49 cüdoçu yarışıb.
Qadınlar arasında ən çox iştirakçı 63 kq çəki dərəcəsində olub. Burada 48 idmançı mübarizə aparıb. 70 və 78 kq çəki dərəcələrinin hər birində isə 44 cüdoçu iştirak edib.
Azərbaycan çempionatda ən çox idmançı ilə iştirak edib. Ev sahibi olduğu üçün kişilər arasında bəzi çəki dərəcələrində birdən çox cüdoçu ilə təmsil olunub.
Yarışda Yaponiya, Cənubi Koreya, Rusiya, ABŞ, Braziliya, Monqolustan, Fransa, Özbəkistan və İtaliya da daxil olmaqla çoxsaylı ölkələrin təmsilçiləri iştirak ediblər.
Azərbaycan dünya çempionatları tarixində ilk dəfə 7 medal qazanıb.
60 kq çəki dərəcəsində Əhməd Yusifov dünya çempionu olub. Zelim Tsxayev (81 kq) və Uşangi Kokauri (+100 kq) gümüş medal qazanıblar.
Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medala sahib çıxıblar.
Murad Fətiyev 90 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə Serbiya təmsilçisi Nemanya Maydovu məğlub edərək Azərbaycan millisinin çempionatdakı beşinci medalını qazanıb.
Görüşün əsas vaxtında qalib müəyyənləşməyib və mübarizə əlavə vaxta – “Golden Score” mərhələsinə keçib. Fətiyev əlavə vaxtda “yuko” xalı qazanaraq karyerasında ilk dəfə dünya çempionatının mükafatçısı olub.
Onun qələbəsi ilə Azərbaycan əvvəlki medal rekordunu yeniləyib. Son yarış günündə Uşangi Kokaurinin gümüş, Kənan Nəsibovun isə bürünc medal qazanması ilə millinin ümumi medal sayı yeddiyə çatıb.
Yaponiya təmsilçisi Sanşiro Murao 90 kq çəki dərəcəsinin finalında həmyerlisi Qoki Tacimanı məğlub edərək dünya çempionu olub.
Murao rəqibinə cüdoda ən yüksək qiymətləndirmə olan “ippon”la qalib gəlib. Bununla da o, ardıcıl qələbələrinin sayını 27-yə çatdırıb.
Bu nəticə Yaponiyanın fərdi yarışlarda medal sıralamasındakı liderliyini daha da möhkəmləndirib.
Gürcüstan təmsilçisi Tato Qriqalaşvili 81 kq çəki dərəcəsinin finalında Azərbaycan cüdoçusu Zelim Tsxayevə qalib gələrək ölkəsinə çempionatdakı ilk qızıl medalı qazandırıb.
Gərgin keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Qarşılaşma əlavə vaxta keçib və Qriqalaşvili dördüncü dəqiqədə qələbə qazanıb.
Zelim Tsxayev isə gümüş medala sahib çıxıb.
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının fərdi yarışları oktyabrın 10-da başa çatıb. Çempionata oktyabrın 11-də keçiriləcək qarışıq komandalararası yarışla yekun vurulacaq.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 13-də Qəzzada tənəffüs yolu infeksiyalarına yoluxma hallarının sürətlə artdığını bildirib. Güclü yağışlar nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı on minlərlə çadırı su basıb. ÜST vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edib.
Səudiyyə Ərəbistanının dəstəklədiyi, beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə bağlı qüvvələr noyabrın 15-də strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına nəzarət etməyə imkan verən ərazidən geri çəkildiklərini açıqlayıblar. Nəticədə ərazi İranla əlaqəli husilərin nəzarətinə keçib.
Gürcüstanın ən böyük xizək kurortu olan Qudauri növbəti qış mövsümünə hazırlaşır. Yeni kanat yollarının çəkilməsi, əlavə xizək traslarının salınması və süni qar istehsalı üçün avadanlıqların quraşdırılması kurortun turistlər üçün cəlbediciliyini artıracaq.
Əfqanıstanın Təhsil Nazirliyi BMT-nin təhsilə çıxışla bağlı hesabatının ölkədəki vəziyyəti tam əks etdirmədiyini bildirib. Nazirliyin məlumatına görə, ölkədə 7,6 milyondan çox şagird məktəblərdə, 2,4 milyondan çox şagird isə mədrəsələrdə təhsil alır.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya bildirib ki, noyabrın 15-də husilərin Ər-Riyad istiqamətində buraxdığı iki ballistik raketin, eləcə də ölkənin Şərq vilayətində üç pilotsuz uçuş aparatının (PUA) qarşısını alıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın