canlı Tramp APEC sammitində Putinlə üçtərəfli danışıqlardan öncə Si Cinpinlə görüşəcək
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə...
Fransanın Milli Polis Baş Müfəttişliyi (IGPN) ölkə üzrə şagirdlərin etiraz aksiyaları zamanı baş vermiş 24 hadisəni araşdırır.
Araşdırılan hadisələrdən biri polis əməkdaşının atdığı gözyaşardıcı qaz qumbarasının üzünə dəyməsi nəticəsində 14 yaşlı yeniyetmənin çənəsinin və dişlərinin sınması ilə bağlıdır.
Eden adlı yeniyetmə Sen-Uen-l’Omon şəhərində keçirilən etiraz aksiyası zamanı yaralanıb. Yerli prokurorun məlumatına görə, o, nümayişdən bir neçə metr aralıda oturub telefonuna baxarkən polis əməkdaşı yaxınlaşaraq onu dəyənəklə vurub.
Yeniyetmə buna cavab olaraq polisi təpikləyib. Bundan sonra başqa bir polis əməkdaşı “Cougar” qurğusundan gözyaşardıcı qaz qumbarası atıb. Qumbara Edenin üzünə dəyib.
“Polis əməkdaşı onun ağzını hədəf alaraq atəş açıb, sonra isə təcili yardım çağırmadan onu yerdə qoyub”, – yeniyetmənin vəkili Elza Marsel bildirib.
Prokurorluğun məlumatına görə, hadisədən səkkiz gün sonra polis əməkdaşı barəsində rəsmi istintaq başlanıb.
Bu, Fransada iki həftədən çoxdur davam edən şagird etirazları ilə bağlı Milli Polis Baş Müfəttişliyinin (IGPN) araşdırdığı 24 hadisədən biridir.
Digər hadisələr arasında rezin güllələr nəticəsində etirazçıların görmə qabiliyyətini itirməsi və göz nahiyəsindən yaralanması halları da var. Lans şəhərində isə 15 yaşlı yeniyetmənin səs-işıq qumbarasının partlaması nəticəsində əlini itirdiyi iddia olunur.
Fransanın Baş naziri Sebastian Lekornu bu nümayişləri son onilliklərin ən zorakı şagird etirazları adlandırıb.
Daxili işlər naziri Loran Nunyezin sözlərinə görə, etirazlar zamanı təxminən 200 şagird xəsarət alıb. Rəsmi məlumatlara əsasən, 700-ə yaxın polis əməkdaşı da yaralanıb, 6 887 nəfər saxlanılıb. Saxlanılanların əksəriyyəti yetkinlik yaşına çatmayanlardır.
Müəllimlər və digər vətəndaşlar da hücumlara məruz qalıblar. Bir neçə məktəb binası yandırılıb və ya talan edilib.
Son hadisələr Fransa polisinin rezin güllələr və səs-işıq qumbaraları da daxil olmaqla, ölümcül olmayan, lakin ağır xəsarətlərə səbəb ola bilən silahlardan istifadəsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Fransa Avropada ictimai asayişi qorumaq üçün rezin güllə və səs-işıq qumbaralarından istifadə edən azsaylı ölkələrdən biridir. Birləşmiş Krallıq, İtaliya və Almaniyada isə Hamburq istisna olmaqla, bu silahlardan adətən etiraz aksiyalarına nəzarət məqsədilə istifadə edilmir.
“Amnesty International” da daxil olmaqla, insan hüquqları təşkilatları və bəzi siyasətçilər bu silahların ağır xəsarətlərə səbəb ola biləcəyini bildirərək onların tamamilə qadağan olunmasını tələb edirlər.
Polis həmkarlar ittifaqları isə zorakılıqla müşayiət olunan nümayişlərdə ictimai asayişi qorumaq və polis əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün bu vasitələrin zəruri olduğunu bildirirlər.
Polis həmkarlar ittifaqının nümayəndəsi Tyerri Kler Edenin ağır yaralanmasını və digər yeniyetmənin əlini itirməsini faciə adlandırıb. Bununla belə, o hesab edir ki, belə hadisələr Fransada polisin istifadə etdiyi üsullardan tamamilə imtina edilməsinə əsas vermir.
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Manilada Filippin Prezidenti Ferdinand Markosla görüşür. Onun daha sonra Çində Si Cinpin və Vladimir Putinlə danışıqlar aparması planlaşdırılır.
Asiya-Sakit okean regionunun liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammiti üçün Çinin cənubundakı Şencen şəhərində toplaşırlar. Sammitdə əsas diqqət ticarət, iqtisadi əməkdaşlıq və süni intellekt məsələlərinə yönəlib.
AnewZ-un 17 noyabr tarixli gündəlik icmalında beynəlxalq görüşlərin əsas məqamlarına nəzər salırıq. İslamabadda ticarət, Manilada dəniz təhlükəsizliyi, Çində böyük dövlətlərin münasibətləri, Türkiyədə iqlim maliyyəsi, Brüsseldə isə Ukraynanın təhlükəsizliyi müzakirə olunur.
ABŞ ilə Rusiyanın mümkün sövdələşmə üçün şərtlər formalaşdırması Ukraynanın başı üzərində kəskin bir qılınc kimi asılıb.
ABŞ Prezidenti Donald Tramp Filippinin paytaxtı Manilada keçirilən ASEAN-ın 49-cu sammitində iştirak etmək üçün ölkəyə gedib. Dünya liderlərinin görüşündə ticarət, regional təhlükəsizlik və Çinlə münasibətlərdə yaranan gərginlik əsas müzakirə mövzularıdır.
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ikitərəfli, daha sonra isə Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyi üçtərəfli görüş keçirməsi gözlənilir.
Səudiyyə Ərəbistanı Yəməndəki husilərə qarşı hərbi əməliyyatların daha altı ay davam edə biləcəyini gözləyir. Ər-Riyad sülh danışıqlarına başlamazdan əvvəl Yəməndəki müttəfiqlərinin yeni əraziləri ələ keçirməsinə çalışır. Bu arada husilərin ölkəyə hücumları gündəlik həyata ciddi təsir göstərir.
Çinin cənubundakı Şencen şəhərində noyabrın 18–19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü liderlər sammiti keçirilir. Tədbirdə artan qlobal gərginlik fonunda ticarət, texnologiya və regional əməkdaşlıq məsələləri müzakirə olunur.
Ukraynanın Rusiyanın işğalı altında olan Krım yarımadasını Rusiya ilə birləşdirən Kerç körpüsünün bir hissəsini dağıtmasından bir gün sonra, noyabrın 18-də Rusiya və Ukraynada infrastruktur obyektlərinə yeni hücumlar olub.
“Syrian Airlines” aviaşirkəti Bəşər Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında süqutundan təxminən iki il sonra Hələb və Moskva arasında birbaşa uçuşları bərpa edib. İlk reys noyabrın 18-də Hələbdən yola düşüb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın