İspaniyada miqrant axını üzrə son altı ilin rekordu qeydə alınıb
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata...
Səudiyyə Ərəbistanı rəsmilərinin məlumatına görə, oktyabrın 11-də Ər-Riyad beynəlxalq hava limanına növbəti hücumda bir nəfər ölüb, 11 nəfər yaralanıb. Bir gün əvvəl baş verən hücumda isə 13 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
Birləşmiş Krallıq Yəməndəki İran yönümlü husilərin hücumlarından sonra Səudiyyə Ərəbistanının əlavə dəstək müraciətlərini nəzərdən keçirməyə hazır olduğunu bildirib.
“Biz yeni müraciətləri dəyərləndirməyə hazırıq”, – deyə Birləşmiş Krallığın Baş naziri Endi Börnhem parlamentdə çıxışı zamanı bildirib.
Ötən ay Birləşmiş Krallıq Səudiyyə Ərəbistanının müraciəti əsasında məhdud müddətə müdafiə məqsədilə təyyarələrin havada yanacaqla doldurulmasına dəstək verməyə razılaşmışdı.
Birləşmiş Krallıq oktyabrın 12-də Ruhulla Bazğəndi də daxil olmaqla iki İran vətəndaşına qarşı sanksiyalar elan edib.
Həmin şəxslər Birləşmiş Krallıq və ya üçüncü ölkələr üçün təhdid yaratmaqda, eləcə də bu ölkələrə qarşı hücumlar planlaşdırmaqda və həyata keçirməkdə ittiham olunurlar.
Səudiyyə Ərəbistanı ərazisinə yenidən pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücum edildiyini bildirib. Yəməndəki İran yönümlü husilərin məsuliyyətini üzərinə götürdüyü, insan tələfatına səbəb olan raket zərbəsindən sonra Ər-Riyad hava limanı fəaliyyətini dayandırıb. Hücumda hava limanının terminalı hədəf alınıb. Son hücumda istifadə olunan raket və PUA-ların zərərsizləşdirilməsi barədə hələlik rəsmi məlumat yoxdur.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Körfəz ölkələrini təhlükəsizlik və müdafiə sahəsində birgə səyləri yenidən gücləndirməyə çağırıb. BƏƏ xəbərdarlıq edib ki, Səudiyyə Ərəbistanına hücumlar bütün Körfəz ölkələrinin təhlükəsizliyini təhdid edir. İran isə Ər-Riyadla husilər arasında vasitəçilik təklif edib.
ABŞ Prezidenti Donald Tramp oktyabrın 10-da Vaşinqtonun Səudiyyə Ərəbistanı ilə birlikdə husilərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyini bildirib. Lakin indiyədək ABŞ-nin hərbi əməliyyatlara qoşulduğunu göstərən hər hansı məlumat yoxdur.
Yəmənin xarici işlər naziri Əfrah əl-Zubə misirli həmkarı Bədr Əbdülati ilə regiondakı son hadisələri, Qırmızı dəniz və Bab əl-Məndəb boğazında dəniz təhlükəsizliyini müzakirə edib.
Yəmən Xarici İşlər Nazirliyinin açıqlamasına görə, nazirlər beynəlxalq gəmiçilik marşrutlarının təhlükəsizliyini qorumaq üçün iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi məsələsini də müzakirə ediblər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Dövlət katibi Marko Rubionu İrana və dünyaya qarşı informasiya və psixoloji təsir kampaniyası aparmaqda ittiham edib.
“Müharibəni dəstəkləyən mövqeyə haqq qazandırmaq üçün tarixi təhrif etmək təhlükəlidir və Yunanıstan sivilizasiyasına qarşı ədalətsizlikdir”, – Bəqayi Rubionun Yunanıstan tarixi ilə bağlı son açıqlamalarını şərh edərkən jurnalistlərə bildirib.
“Saudi Aramco” şirkətinin baş icraçı direktoru Əmin Nasir bildirib ki, regionda davam edən münaqişələrin qlobal enerji bazarlarında yaratdığı fasilələr fonunda şirkət xam neft ixracı üçün əlavə marşrutları nəzərdən keçirir və xaricdə neft saxlama imkanlarını genişləndirməyə çalışır.
Ər-Riyadda keçirilən Dünya Neft Konqresində (WPC Energy Congress) çıxış edən Nasir bildirib ki, qlobal bazarda xam neft təchizatı ilə bağlı ciddi çətinliklər yaranıb.
“Dünya miqyasında xam neft təchizatında ciddi məhdudiyyətlər var”, – deyən Nasir emal olunmuş neft məhsullarının qiymətlərinin kəskin artmasının vəziyyəti daha da ağırlaşdırdığını vurğulayıb.
Yəməndə fəaliyyət göstərən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya oktyabrın 12-də krallığı hədəf alan dron və qanadlı raket təhlükəsinə qarşı tədbirlər gördüyünü açıqlayıb.
Bu barədə Səudiyyə Ərəbistanının dövlət televiziyası “Alikhbariah” xəbər yayıb.
“Koalisiya hazırda Səudiyyə Ərəbistanını hədəf alan dron və qanadlı raket təhlükəsinə qarşı tədbirlər görür”, – telekanal bildirib.
Koalisiya dron və raketlərin sayı, buraxılış məntəqələri və hədəf alınan ərazilər barədə əlavə məlumat verməyib.
Səudiyyə Ərəbistanının mülki aviasiya qurumları paytaxt Ər-Riyaddakı hava limanına hücumlardan sonra uçuşların dayandırılması müddətini uzadıb.
Qurum məhdudiyyətin nə qədər davam edəcəyi barədə əlavə məlumat verməyib.
İran Hörmüz boğazının yenidən açılması ilə bağlı təklifinə ABŞ-nin verdiyi cavabı nəzərdən keçirməyə davam edir. Tehran cavabı dəyərləndirdikdən sonra vasitəçilər üzərindən Vaşinqtona mövqeyini bildirəcək.
“Reuters” agentliyinin məlumatına görə, bunu oktyabrın 12-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
Bəqai mətbuat konfransında qeyd edib ki, İran və ABŞ arasında vasitəçilərin iştirakı ilə mesaj mübadiləsi davam edir.
Çin Xarici İşlər Nazirliyi oktyabrın 12-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanına insan tələfatı və yaralanmalarla nəticələnən hücumları pisləyib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekində keçirilən brifinqdə bildirib ki, ölkəsi münaqişənin gərginləşməsindən ciddi narahatlıq keçirir.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanında oktyabrın 12-nə planlaşdırılan uçuşların təxminən 60 faizinin ləğv ediləcəyi gözlənilir. Buna səbəb həftəsonu İranın dəstəklədiyi Yəmən husilərinin hücumları nəticəsində 10-dan çox insanın həlak olmasıdır.
Bu barədə “Reuters” agentliyi aviasiya məlumatlarını təhlil edən “Cirium” şirkətinə istinadən xəbər yayıb.
“Cirium”un məlumatına görə, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanında oktyabrın 11-nə planlaşdırılan uçuşların 99,7 faizi ləğv edilib.
Hava limanı oktyabrın 11-də bir nəfərin ölümü və 11 nəfərin yaralanması ilə nəticələnən hücumdan sonra da bağlı qalıb.
Bundan bir gün əvvəl husilərin məsuliyyətini üzərinə götürdüyü digər hücum nəticəsində 13 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.

Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman bildirib ki, son həftələrdə baş verən hadisələr ciddi xarakter daşıyır və krallığın cavabı da “eyni dərəcədə ciddi” olmalıdır.
Nazir bu açıqlamanı Yəmən husilərinin Səudiyyə Ərəbistanına hücumlarını intensivləşdirdiyi bir vaxtda verib. Son iki həftədə bu hücumlar nəticəsində 15-dən çox insan həlak olub.
Səudiyyə Ərəbistanı mediasının oktyabrın 12-də yaydığı məlumata görə, banqladeşli islam alimi Nəsrullah əl-Bədr husilərin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumu nəticəsində həlak olub.
“Al Arabiya” və digər media qurumlarının yaydığı görüntülərdə ümrə ziyarətinə gedən əl-Bədrin oktyabrın 10-da baş verən hücumdan bir qədər əvvəl hava limanında olduğu bildirilir. Daha sonra sərnişin terminalında partlayış baş verib, ərazini alov və qatı tüstü bürüyüb.
Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsinin oktyabrın 11-də yaydığı məlumata görə, hücum nəticəsində dörd Səudiyyə Ərəbistanı vətəndaşı və ölkədə yaşayan səkkiz əcnəbi olmaqla, ümumilikdə 12 nəfər həlak olub, 309 nəfər isə yaralanıb.
İranın dövlət telekanalı “Press TV” ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ilə 30 dəqiqəlik müsahibəni tam şəkildə yayımlayıb. Rezayi ABŞ ilə diplomatik danışıqlardan, Hörmüz boğazındakı vəziyyətdən və hərbi əməliyyatlar bərpa olunarsa, Yaxın Şərqdəki ABŞ texnoloji infrastrukturuna mümkün hücumlardan danışıb.
“ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərində və Hörmüz boğazı ətrafında çox bahalı obyektləri var. Biz hələlik onları hədəflər siyahısına salmamışıq. Lakin müharibə yenidən başlayarsa, çoxsaylı kabel xətləri, məlumat mərkəzləri, süni intellekt obyektləri və digər infrastruktur məhv ediləcək”, – Rezayi bildirib.
O, bu infrastrukturu “ABŞ iqtisadiyyatının regiondakı nəbzi” adlandırıb və onun dəyərinin 2 trilyon dollardan çox olduğunu iddia edib.
İranın dövlət mediasının məlumatına görə, Rezayi Tehranın Hörmüz boğazını yenidən açmaq üçün irəli sürdüyü yeddi şərtə ABŞ-nin cavabını da qeyri-qənaətbəxş hesab edib.
Avstraliyanın xarici işlər naziri Penni Vonq Yəmən husilərinin mülki şəxslərin ölümünə səbəb olan hücumlarını, o cümlədən Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına endirilən zərbəni pisləyib.
“Husilərin mülki şəxslərə və mülki infrastruktura hücumları qəbuledilməzdir və dayandırılmalıdır”, – Vonq “X” platformasında yazıb.
O, Avstraliya vətəndaşlarını Ər-Riyada səfər etməməyə, Səudiyyə Ərəbistanına səfərlərinin zəruriliyini isə yenidən nəzərdən keçirməyə çağırıb.
İranın yüksəkvəzifəli təhlükəsizlik rəsmisi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbərini Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hərbi qüvvələrinin köməyi ilə Hörmüz boğazında neft qaçaqmalçılığı əməliyyatları təşkil etməkdə ittiham edib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi bu iddianı həftəsonu İranın dövlətə məxsus “Press TV” telekanalına verdiyi müsahibədə səsləndirib.
Rezayinin sözlərinə görə, admiral Bred Kuper BƏƏ-nin hərbi qüvvələrindən istifadə edərək əməliyyatlara rəhbərlik edir. Neft beş-altı kiçik qayıq vasitəsilə iri tankerlərə daşınır.
Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin müşaviri Ənvər Qarqaş Körfəz ölkələri arasında birgə fəaliyyətin, xüsusilə təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın təcili bərpasının vacibliyini vurğulayıb. O bildirib ki, Səudiyyə Ərəbistanına hücumlar bütün Körfəz ölkələrinin təhlükəsizliyinə xələl gətirir.
Qarqaş əlavə edib ki, Körfəz ölkələrinin kollektiv təhlükəsizliyinə lazımi diqqət yetirilməməsi digər qüvvələri region dövlətlərinə qarşı daha cəsarətli addımlar atmağa sövq edib.
Səudiyyə Ərəbistanındakı Hindistan səfirliyi oktyabrın 10-da baş verən hücumda yaralanan Hindistan vətəndaşının öldüyünü təsdiqləyib. Daha üç nəfər reanimasiya şöbəsində müalicə alır və vəziyyətləri stabildir.
Səfirliyin “X” platformasında yaydığı məlumata görə, daha iki nəfərin müalicəsi xəstəxananın adi palatalarında davam etdirilir, digər yaralılar isə evə buraxılıb.
İranın xarici işlər naziri Abbas Əraqçi oktyabrın 11-də regionda gərginliyin artdığı bir vaxtda Səudiyyə Ərəbistanı ilə Yəmən husiləri arasında danışıqların təşkilinə kömək etməyə hazır olduqlarını bildirib.
Əraqçi bu təklifi Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhanla telefon danışığı zamanı səsləndirib.
İranlı nazir gərginliyin artmasından narahatlığını ifadə edərək siyasi həll yollarına məhəl qoymadan hərbi əməliyyatlara üstünlük verilməsinin vəziyyəti daha da mürəkkəbləşdirəcəyi barədə xəbərdarlıq edib.
Son bir həftə ərzində Səudiyyə Ərəbistanının hava limanlarına edilən silsilə hücumlar hava nəqliyyatının fəaliyyətini pozub. Ər-Riyadda məktəblər distant təhsilə keçib, xarici ölkələrin hökumətləri isə təhlükəsizlik xəbərdarlıqları yayıblar.
Rəsmilər Ər-Riyad və Dammam hava limanlarına yeni zərbələr endirildiyini bildiriblər. Bu hücumlar aviasiya təhlükəsizliyi və regional sabitliklə bağlı narahatlıqları artırıb.
Ər-Riyad: Hava limanı hələ də bağlıdır.
Dammam: Hava limanı bağlıdır. Son 2 saatda heç bir uçuş qeydə alınmayıb, son 4 saatda isə cəmi 3 təyyarə eniş edib.
Ciddə: Uçuşlarda ciddi fasilələr davam edir. 156 reys (20%) ləğv edilib, 374 reys (49%) isə gecikib.
Səudiyyə Ərəbistanı rəsmilərinin məlumatına görə, oktyabrın 11-də Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının 4-cü terminalına mənşəyi müəyyən edilməyən mərmi düşüb. Nəticədə yanğın baş verib, bir nəfər ölüb, 11 nəfər yaralanıb.
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri hava limanı yaxınlığında qanadlı raketi, ölkənin Şərq əyalətində dronu və Xəmis Müşeyt şəhərinə doğru istiqamətlənən ballistik raketi havada zərərsizləşdirib.
Oktyabrın 12-də səhər saatlarında Əbha şəhərində hava hücumu təhlükəsi barədə xəbərdarlıq yayılıb. Daha sonra rəsmilər təhlükənin sovuşduğunu açıqlayıblar.
Husilərin hərbi sözçüsü Yəhya Səri oktyabrın 11-də televiziya ilə yayımlanan çıxışında bir gün əvvəl Ər-Riyad hava limanına endirilən zərbəyə görə məsuliyyəti üzərlərinə götürdüklərini bildirib.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 13-də Qəzzada tənəffüs yolu infeksiyalarına yoluxma hallarının sürətlə artdığını bildirib. Güclü yağışlar nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı on minlərlə çadırı su basıb. ÜST vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edib.
Səudiyyə Ərəbistanının dəstəklədiyi, beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə bağlı qüvvələr noyabrın 15-də strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına nəzarət etməyə imkan verən ərazidən geri çəkildiklərini açıqlayıblar. Nəticədə ərazi İranla əlaqəli husilərin nəzarətinə keçib.
Gürcüstanın ən böyük xizək kurortu olan Qudauri növbəti qış mövsümünə hazırlaşır. Yeni kanat yollarının çəkilməsi, əlavə xizək traslarının salınması və süni qar istehsalı üçün avadanlıqların quraşdırılması kurortun turistlər üçün cəlbediciliyini artıracaq.
Əfqanıstanın Təhsil Nazirliyi BMT-nin təhsilə çıxışla bağlı hesabatının ölkədəki vəziyyəti tam əks etdirmədiyini bildirib. Nazirliyin məlumatına görə, ölkədə 7,6 milyondan çox şagird məktəblərdə, 2,4 milyondan çox şagird isə mədrəsələrdə təhsil alır.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya bildirib ki, noyabrın 15-də husilərin Ər-Riyad istiqamətində buraxdığı iki ballistik raketin, eləcə də ölkənin Şərq vilayətində üç pilotsuz uçuş aparatının (PUA) qarşısını alıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın