Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
İran Səudiyyə Ərəbistanı ilə Yəməndəki husilər arasında artan gərginliyin azaldılmasına yardım göstərməyə hazır olduğunu bildirib. Tehran hesab edir ki, münaqişənin genişlənməsi yalnız İsrailin maraqlarına xidmət edəcək.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai oktyabrın 12-də keçirilən həftəlik mətbuat konfransında bu barədə danışıb. Açıqlama İranın xarici işlər naziri Abbas Əraqçi ilə səudiyyəli həmkarı Faysal bin Fərhan arasında oktyabrın 11-də baş tutan telefon danışığından sonra verilib.
“Dünən gecə keçirilən danışıqlara gəlincə, bildirməliyəm ki, İranla region ölkələri arasında məsləhətləşmələr davam edir”, – deyə Bəqai bildirib.
İranın Ərəbistan yarımadasındakı vəziyyətdən narahatlığını ifadə edən sözçü Tehranın tərəflər arasında dialoq üçün köməyə hazır olduğunu vurğulayıb.
Məlumatlara görə, Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri saxlayır, eyni zamanda Tehranın hərbi və iqtisadi imkanlarını məhdudlaşdırmaq səylərini dəstəkləyir. İran isə Yəməndə Ər-Riyada qarşı mübarizə aparan husiləri dəstəkləsə də, onlara hərbi yardım göstərdiyini təkzib edir.
Medianın bildirdiyinə görə, husilər son bir həftə ərzində Səudiyyə Ərəbistanına bir neçə hücum həyata keçiriblər. Oktyabrın 10-da Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına endirilən zərbə nəticəsində 12 nəfər həlak olub, 300-dən çox insan yaralanıb. Sonrakı məlumatlarda ölənlərin sayının 13-ə çatdığı bildirilib.
Bu, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın 2015-ci ildə Yəmənə müdaxiləsindən bəri krallıqda baş verən ən çox insan tələfatına səbəb olan hücum kimi qiymətləndirilir.
İran Xarici İşlər Nazirliyinin bəyanatına görə, Əraqçi Faysal bin Fərhanla telefon danışığında gərginliyin artmasından narahatlığını ifadə edib. O bildirib ki, hərbi həll yolunda israr etmək və siyasi həll imkanlarını nəzərə almamaq vəziyyəti daha da mürəkkəbləşdirəcək.
Əraqçi regiondakı böhranların hərbi yolla həllinin mümkün olmadığını vurğulayıb. Nazir İranın Səudiyyə Ərəbistanı ilə Yəmən arasında dialoqun başlanmasına və siyasi həllin əldə olunmasına hər cür yardım göstərməyə hazır olduğunu bir daha bəyan edib.
Bəqai bildirib ki, Tehran Səudiyyə Ərəbistanı ilə Yəmən arasında danışıqlar yolu ilə razılıq əldə olunmasını dəstəkləyir. Onun sözlərinə görə, münaqişə illər əvvəl həll edilməli idi.
“Yəmən məsələsi çoxdan yəmənlilərlə Səudiyyə Ərəbistanı arasında əldə olunan razılaşma əsasında həll edilməli idi”, – deyə o bildirib.
Bəqai tərəflərin əvvəllər razılaşdırdığı, İranın da dəstəklədiyi, lakin həyata keçirilməyən yol xəritəsini xatırladıb.
Bəqai İraqın Baş naziri Əli əl-Zeydinin Səudiyyə Ərəbistanına gözlənilən səfərini müsbət qiymətləndirib. O bildirib ki, Bağdadla Ər-Riyad arasında əlaqələrin inkişafı regional gərginliyin azalmasına kömək edə bilər.
Onun sözlərinə görə, İran qonşu ölkələr arasında əməkdaşlığın genişləndirilməsini, o cümlədən Fars körfəzi ölkələrinin iştirakı ilə birgə görüşlərin keçirilməsini daim dəstəkləyib.
İran və ABŞ arasında diplomatik təmaslar vasitəçilərlə davam edir
Səudiyyə Ərəbistanı hava limanlarına hücumlardan sonra husilərin mövqelərinə zərbələr endirib
Bəqai region ölkələri arasında münasibətlərin möhkəmləndirilməsini və qarşılıqlı etimadın artırılmasını regionda uzunmüddətli təhlükəsizliyin təmin olunması, eləcə də xarici müdaxilənin azaldılması üçün vacib hesab edib.
“Region ölkələri arasında münasibətlərin və etimadın möhkəmlənməsi kənar qüvvələrin dağıdıcı müdaxiləsindən uzaq, təhlükəsiz bölgənin yaradılması üçün əsas zəmindir və vacib şərtdir”, – deyə Bəqai bildirib.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri keçirilib, mətbuata bəyanatlar verilib, Xocalı Soyqırımı Memorialı və Xankəndidəki Zəfər abidəsi ziyarət olunub.
Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 2029-cu ilə qədər Avropa İttifaqı (Aİ) ilə vizasız gediş-gəlişə nail olacağına ümid etdiyini bildirib. Bu barədə Ermənistanın dövlət xəbər agentliyi “Armenpress” məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın