Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Səudiyyə Ərəbistanı husilərin Ər-Riyadın əsas hava limanına raket və dron hücumlarından sonra müqaviməti davam etdirəcəyini bəyan edib. Səudiyyə Ərəbistanı husilərin Ər-Riyadın əsas hava limanına raket və dron hücumlarından sonra müqaviməti davam etdirəcəyini bəyan edib.
İyirmiyə yaxın insanın ölümü ilə nəticələnən hücumlar ölkənin hava hücumundan müdafiə imkanları ilə bağlı narahatlıq yaradıb və regionda mülki uçuşlara mənfi təsir edib. Yəməndə İranın dəstəklədiyi husilərə qarşı döyüşən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya oktyabrın 12-də Ər-Riyadı və ölkənin cənubunu hədəf alan raketləri zərərsizləşdirdiyini bildirib. Bundan əvvəl bir həftə ərzində paytaxtın əsas hava limanına insan tələfatı ilə nəticələnən bir neçə zərbə endirilib.
Oktyabrın 10-da Kral Xalid Beynəlxalq Hava Limanına hücumda azı on iki nəfər ölüb, üç yüzdən çox insan yaralanıb. Bu, hava limanına bir həftə ərzində üçüncü hücum olub. Oktyabrın 11-də Hindistan vətəndaşının aldığı xəsarətlərdən ölməsi ilə həlak olanların sayı on üçə çatıb. Ölənlər arasında dörd Səudiyyə Ərəbistanı vətəndaşı və biri ABŞ vətəndaşı olmaqla daha səkkiz əcnəbi də var.
Əvvəlki hücumlar da insan itkisinə səbəb olub. Səudiyyə Ərəbistanı rəsmilərinin məlumatına görə, okytabrın 6-dan 8-dək hava limanına endirilən zərbələr nəticəsində altı nəfər ölüb, onlarla insan yaralanıb. Okytabrın 11-i baş verən digər hücumda isə ölkədə yaşayan bir Pakistan vətəndaşı həlak olub, on bir nəfər yaralanıb. Beləliklə, açıqlanan məlumatlara əsasən, hava limanına hücumlarda ölənlərin ümumi sayı iyirmiyə yaxındır.
Hücumlarla bağlı əlavə təfərrüatlar da məlum olub. Regional rəsmilər okytabrın 10-u bir raketin daxili reyslərə xidmət edən üçüncü və dördüncü terminalların yerləşdiyi kompleksə düşdüyünü və təxliyəyə səbəb olduğunu bildiriblər.
Okytabrın 11-i uçuş-enmə zolağında hərəkət edən təyyarənin sərnişini saat 20:30 radələrində dayanacaqda olan bir neçə təyyarənin yaxınlığına mərmi düşdüyünü gördüyünü bildirib. Daha sonra koalisiya Ər-Riyad üzərində bir raketi zərərsizləşdirdiyini açıqladıqdan sonra husilər daha bir hücum həyata keçirdiklərini iddia ediblər.
Ər-Riyad sakinlərinin telefonlarına mümkün hava hücumu təhlükəsi ilə bağlı təcili bildirişlər göndərilib və onlara sığınacaqlara getmək tövsiyə olunub. Az sonra şəhərin müxtəlif yerlərində güclü partlayışların baş verdiyi bildirilib.
Koalisiyanın sözçüsü Türki əl-Maliki husilərin Ər-Riyada bir, Səudiyyə Ərəbistanının cənub-qərbindəki Xəmis-Müşeytə isə iki ballistik raket atdığını deyib.
Hücumlar Səudiyyə Ərəbistanının geniş ərazisini uzaqmənzilli təhdidlərdən qorumaq imkanları ilə bağlı suallar yaradıb. Raket və dronların Ər-Riyada çatmaq üçün min kilometrdən çox məsafə qət etməsi ölkənin hava hücumundan müdafiə sistemlərinin niyə daha erkən xəbərdarlıq etmədiyinə diqqət yönəldib.
Səudiyyə Ərəbistanı rəsmiləri təhlükəsizlik sistemindəki mümkün çatışmazlıqları araşdırmağa başlayıblar. İstintaq çərçivəsində Kral Xalid Beynəlxalq Hava Limanında on üç nəfərin ölümü ilə nəticələnən hücum zamanı raket və dronların müdafiə sistemlərini necə keçdiyi də araşdırılır.
Digər mühüm infrastruktur obyektləri də təhlükə ilə üzləşib. ABŞ səfirliyi körfəz sahilində yerləşən Dəmmam şəhərindəki Kral Fəhd Beynəlxalq Hava Limanının oktyabrın 11-də hədəf alındığını bildirib.
Husilər həmçinin Ər-Riyada və Qırmızı dəniz sahilindəki Yənbu liman şəhərində yerləşən “Aramco” obyektinə hücum etdiklərini iddia ediblər.
Bu payızın əvvəlində İraqdan buraxılan dronlar Ər-Riyad və Mədinə bölgələrində Şərq–Qərb neft kəmərinə zərbə endirib. Bundan sonra Səudiyyə Ərəbistanının Energetika Nazirliyi ehtiyat tədbiri olaraq kəmərin fəaliyyətini dayandırıb. Husilərin raketləri ölkənin cənubunu da hədəf almağa davam edib.
Ölkənin raketləri zərərsizləşdirmək üçün istifadə etdiyi tutucu raket ehtiyatları ilə bağlı narahatlıq da artır. Məlumatlara görə, ehtiyatların azalması Ər-Riyadı Qərb və regional müttəfiqlərindən yardım istəməyə, əlavə hərbi dəstək imkanlarını nəzərdən keçirməyə sövq edib.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Səudiyyə Ərəbistanının husilərə qarşı zərbələrinə qoşula biləcəyini bildirib. Bununla yanaşı, o, krallığın özünü müdafiə etmək iqtidarında olduğunu da deyib.
Yəməndə husilərə bağlı media Səudiyyə Ərəbistanının hava zərbələri və onun dəstəklədiyi qüvvələrin artilleriya atəşi nəticəsində Taiz və Əl-Cəvf vilayətlərində ümumilikdə qırx səkkiz nəfərin öldüyünü və ya yaralandığını bildirib. Ölən və yaralananların sayı ayrı-ayrılıqda açıqlanmayıb.
Media qurumları paytaxt Sənanın intensiv bombardman edildiyini, bir sıra digər ərazilərə də hava zərbələri endirildiyini xəbər veriblər.
Məlumatlara görə, Səudiyyə Ərəbistanı təyyarələri Əl-Cəvf vilayətinin Əl-Həzm rayonunu hədəf alıb. Qırmızı dəniz sahilindəki Hüdeydə vilayətində yerləşən Kamaran adasına iki, Əl-Qanavis rayonuna isə bir hava zərbəsi endirilib.
Əmran vilayətinin Hərf Süfyan və Səədə vilayətinin Qəmr rayonlarına da zərbələr endirildiyi bildirilib.
Husilərə bağlı media hücumlara görə “düşmən” adlandırdığı Səudiyyə Ərəbistanını məsul tutub. Bu iddiaların heç biri müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Münaqişənin kəskinləşməsi Yəməndə əhalinin kütləvi şəkildə didərgin düşməsinə səbəb olub.
Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, avqustda döyüşlər intensivləşəndən bəri 216 mindən çox insan yaşayış yerini tərk etmək məcburiyyətində qalıb. Onların azı 172 mini Taiz vilayətinin sakinidir.
Təşkilat azı 54 mülki şəxsin öldüyünü, onların yarısının uşaqlar olduğunu bildirib.
“Daha 171 mülki şəxs yaralanıb. Onlardan107-si qadın və uşaqlardır”, – deyə təşkilat əlavə edib.
Hücumlar hava nəqliyyatında genişmiqyaslı fasilələrə səbəb olub. Səudiyyə Ərəbistanının əsas hava limanlarında yüzlərlə reys ləğv edilib və ya gecikib.
Uçuşları izləyən “Flightradar” xidməti Dəmmam və Ciddə hava limanlarında ciddi fasilələrin qeydə alındığını bildirib.
Dəmmamdakı Kral Fəhd Beynəlxalq Hava Limanında 62 reys ləğv edilib, 52 reys gecikib. Ciddədəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanında isə 133 reys ləğv olunub, 85 reys gecikib.
Oktyabrın 12-də yayımlanan aviasiya bildirişinə (NOTAM) əsasən, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının oktyabrın 17-dək bağlı qalacağı gözlənilir.
Böyük beynəlxalq aviaşirkətlər Səudiyyə Ərəbistanına və qonşu ölkələrə uçuşların dayandırılması müddətini uzadıblar. Onların arasında “Air India”, “IndiGo”, “Lufthansa”, “Air France-KLM” və “Etihad Airways” var.
“Akasa Air” Ər-Riyad və Ciddəyə uçuşları dayandırıb. “Philippine Airlines” isə Ər-Riyada reyslərin dayandırılması müddətini noyabrın 29-dək uzadıb.
Aviasiya qurumları təhlükəsizlik tədbirlərini də sərtləşdiriblər. Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi raketlər, dronlar, hava hücumundan müdafiə əməliyyatları və yerə düşən qalıqların mülki təyyarələr üçün yaratdığı təhlükələri əsas gətirərək xəbərdarlığının əhatə dairəsini Səudiyyə Ərəbistanının hava məkanının əlavə hissələrinə genişləndirib.
ABŞ-nin Ər-Riyaddakı səfirliyi bildirib ki, ABŞ hökumətinin əməkdaşları bundan sonra Səudiyyə Ərəbistanındakı hər hansı hava limanından istifadə etmək üçün xüsusi icazə almalıdırlar.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen hücumu “təhlükəli eskalasiya” adlandırıb.
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın təsis etdiyi “Misk” Fondu isə oktyabrın 12-si builki “Misk” Qlobal Forumunun keçirilməyəcəyini açıqlayıb.
Gənclərlə işləyən qeyri-kommersiya təşkilatı buna səbəb kimi “təşkilati və logistik çətinlikləri” göstərib. Açıqlamada hava limanına hücumlara toxunulmayıb.
Təhlükəsizlik vəziyyətinə baxmayaraq, hazırda Ər-Riyadda keçirilən Dünya Neft Konqresinin və oktyabrın 26–29-na planlaşdırılan Gələcək İnvestisiya Təşəbbüsünün təşkilatçıları tədbirlərin nəzərdə tutulduğu kimi davam edəcəyini bildiriblər.
Səudiyyə Ərəbistanı rəsmiləri sakinlərə və ölkəyə səfər edənlərə xəbərdarlıq ediblər ki, raketlərin zərərsizləşdirilməsini, dronları və zərbə yerlərini çəkmək, yaxud bu görüntüləri paylaşmaq hüquqi məsuliyyətə səbəb ola bilər.
ABŞ səfirliyi son hadisələri çəkən Amerika vətəndaşlarının saxlanıldığını təsdiqləyib.
“Amerika vətəndaşları son hadisələrin fotolarını çəkdiklərinə görə saxlanılıblar”, – deyə səfirliyin bəyanatında qeyd olunub.
Səfirlik həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı rəsmiləri raket və dronların zərərsizləşdirilməsi, eləcə də onların düşdüyü yerlərlə bağlı çəkiliş aparmağın, məlumat dərc etməyin və ya paylaşmağın hüquqi məsuliyyət yaratdığını açıq şəkildə bəyan ediblər.
Ər-Riyadda yaşayan bir neçə əcnəbi tanıdıqları şəxslərin hücumların nəticələrini çəkib internetdə paylaşdıqdan sonra saxlanıldığını deyib.
Raket və dron təhdidlərinin davam etdiyi bir vaxtda Səudiyyə Ərəbistanı hərbi cavab tədbirlərini davam etdirməklə yanaşı, əhalisini, mühüm infrastrukturunu və hava məkanını qorumaq üçün artan təzyiqlə üzləşir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Çinlə Avropa arasında nəqliyyat əlaqələrinin genişlənməsi Orta Dəhliz üzrə yükdaşımaların artmasına təkan verir. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni imkanlar yaradır.
ABŞ-nin quru əməliyyatlarına başlamaq təhdidləri fonunda İran könüllü mülki şəxslərin hərbi hazırlığını gücləndirir. SEPAH bu məqsədlə Tehranda qadınlar üçün yeni təlim düşərgəsi açıb.
İsraildə yeni seçilmiş parlamentin deputatları noyabrın 10-da and içiblər. Lakin ölkədə hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Prezident İsxak Hersoq Qadi Ayzenkotun hökumət qurmaqda çətinlik çəkdiyi bir vaxtda deputatları yeni seçkilərin qarşısını almağa çağırıb.
Qazaxıstanın məlumatına görə, 2022-ci ildən bəri Şimali Aral dənizində suyun həcmi 24 faiz artaraq 23,4 milyard kubmetrə çatıb. Bu göstəricilər Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim konfransında açıqlanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan iki ildən artıqdır üzvlük haqqını ödəmədiyinə görə noyabrın 11-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilə bilər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın