Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya oktyabrın 15-də səhər saatlarında ölkənin Şərq əyaləti üzərində pilotsuz uçuş aparatının (PUA) vurularaq məhv edildiyini bildirib.
Yəmən husiləri Ədəndəki Məaşiq sarayına hücuma görə məsuliyyəti üzərlərinə götürüblər. Qruplaşma şəhərdə Səudiyyə Ərəbistanına məxsus hərbi qüvvələri hədəf aldığını iddia edib.
Husilərin hərbi sözçüsü Yəhya Səri Səudiyyə Ərəbistanına məxsus hərbi obyektləri və texnikanı “qanuni hədəflər” hesab etdiklərini bildirib.
Hücum nəticəsində üç nəfərin həlak olduğu bildirilir. Səudiyyə Ərəbistanı rəsmiləri bu iddialara hələlik münasibət bildirməyib.
Tramp administrasiyası İranla əlaqəli 16 fiziki və 10 hüquqi şəxsə qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin oktyabrın 15-də rəsmi saytında yayımladığı bildirişdə məlumat verilib.
Yəməndə döyüşən, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın sözçüsü oktyabrın 15-də keçirilən mətbuat konfransında bildirib ki, Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının oktyabr ayında Ər-Riyad hava limanına təşkil etdiyi 20 hücum nəticəsində 17 nəfər həlak olub.
Koalisiya nümayəndəsi həmçinin husilərin Səudiyyə Ərəbistanındakı onlarla hava limanına, neft obyektinə və limana hücum etməyə cəhd göstərdiyini bildirib.
Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavrö bildirib ki, Paris Səudiyyə Ərəbistanının neft obyektlərinin mühafizəsinə kömək məqsədilə əldə olunmuş razılaşmanın əməliyyat hissəsini həyata keçirməyə başlayır.
XİN nümayəndəsi Səudiyyə Ərəbistanına göndərilən hərbi vasitələr barədə ətraflı məlumat verməkdən imtina edib.
Fransa Prezidenti Emmanuel Makron ötən ay bəyan etmişdi ki, ölkəsi enerji daşımaları üçün strateji əhəmiyyət kəsb edən, Qırmızı dəniz sahilində yerləşən Yanbu liman şəhərinin mühafizəsinə dəstək vermək üçün Səudiyyə Ərəbistanına qoşun və müdafiə sistemləri göndərəcək.
İran ordusu dövlət mediasında yayımlanan bəyanatında Hörmüz boğazının şərq hissəsində neft tankerində yanğın baş verdiyini bildirib. Ordunun iddiasına görə, tanker qaydaları pozub.
Açıqlamada iddia olunur ki, izləmə sistemlərini söndürən tanker Oman körfəzindəki qadağan olunmuş zonadan keçməyə cəhd edib.
Avropa İttifaqı (Aİ) və Körfəz ölkələri oktyabrın 24-də Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan sammitin təxirə salınması barədə razılığa gəliblər. Bu barədə oktyabrın 15-də “Reuters” agentliyinə məsələdən məlumatlı iki mənbə bildirib.
Mənbələr Bolqarıstanın Baş naziri Rumen Radevin əvvəlki açıqlamasını təsdiqləyiblər. Radev sammitin təhlükəsizliklə bağlı narahatlıqlara görə keçirilməyəcəyinə dair məlumat aldığını bildirmişdi.
Misir və Qətər Səudiyyə Ərəbistanına qarşı bütün hücumların dayandırılmasının vacibliyini vurğulayıb və krallıqla həmrəyliklərini ifadə ediblər. Bu barədə oktyabrın 15-də Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, bu mövqe oktyabrın 14-də axşam Misirin xarici işlər naziri Bədr Əbdülati ilə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani arasında keçirilən telefon danışığında ifadə olunub.
Pakistanın xarici işlər naziri İshaq Dar və misirli həmkarı Bədr Əbdülati telefon danışığı zamanı regiondakı son prosesləri müzakirə ediblər. Hər iki tərəf dialoq və diplomatiyanın mövcud məsələlərin həllində “yeganə çıxış yolu” olduğunu vurğulayıb.
Pakistan Xarici İşlər Nazirliyinin bəyanatına görə, nazirlər dialoqun təşviqi və gərginliyin azaldılması səylərinə dəstəklərini bir daha bəyan ediblər. Onlar qarşılıqlı maraq kəsb edən məsələlər üzrə sıx təmasda qalmaq barədə razılığa gəliblər.
Müzakirələr İran və ABŞ arasında davam edən gərginlik fonunda baş tutub.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti oktyabrın 14-də ölkənin cənubunda yerləşən Nəcran və Cizan şəhərlərində müvəqqəti olaraq fövqəladə həyəcan siqnalını aktivləşdirib. Rəsmi qurumlar sakinlərə ehtimal olunan təhlükə ilə bağlı xəbərdarlıq ediblər.
Mülki Müdafiə Xidmətinin məlumatına görə, Fövqəladə Hallar üzrə Milli Erkən Xəbərdarlıq Platforması Nəcran və Cizan sakinlərini təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.
Qurum qısa müddət sonra hər iki şəhərdə təhlükənin sovuşduğunu açıqlayıb.
Pakistan və Oman oktyabrın 14-də ABŞ ilə İran arasındakı münaqişəni, husilərin Səudiyyə Ərəbistanına hücumlarını, həmçinin Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmiçiliyin təhlükəsizliyinə yaranan təhdidləri müzakirə ediblər.
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar husilərin Səudiyyə Ərəbistanında mülki şəxslərə və infrastruktura hücumlarını “qətiyyən qəbuledilməz” adlandırıb. Omanın xarici işlər naziri Seyid Bədr əl-Busaidi isə Pakistanın tərəflər arasında dialoqu təşviq etmək üçün göstərdiyi diplomatik səyləri yüksək qiymətləndirib.
Əl-Busaidi oktyabrın 13–14-də İslamabada iki günlük səfəri zamanı Pakistanın Baş naziri Şahbaz Şəriflə də görüşüb.
ABŞ ordusu İrana mümkün hücumlar üçün hərbi planlar hazırlayıb. CNN-in məlumatına görə, Prezident Donald Tramp hərbi əməliyyatların bərpasına göstəriş verərsə, İranın enerji infrastrukturu və nüvə obyektlərinə zərbələr endirmək üçün “bütün bombaların anası” kimi tanınan GBU-43/B aviasiya bombasından istifadə oluna bilər.
ABŞ arsenalındakı ən güclü qeyri-nüvə bombasının istifadəsi münaqişənin daha da kəskinləşməsinə səbəb ola bilər.
CNN-ə müsahibə verən və hərbi planlaşdırma ilə bağlı müzakirələrdən məlumatlı olan rəsmilərin sözlərinə görə, bombanın ABŞ-nin strateji məqsədlərinə çatmasında nə dərəcədə effektiv olacağı hələ də sual altındadır.
Reuters CNN-in yaydığı məlumatı müstəqil şəkildə təsdiqləyə bilməyib.

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin çox tezliklə başa çatacağını bildirib. Onun sözlərinə görə, müharibə bitdikdən sonra neftin qiyməti kəskin düşəcək.
Tramp Montana ştatında jurnalistlərə açıqlamasında *Tehranın da münaqişənin bitməsini istədiyini deyib.
“Onlar heç vaxt nüvə silahına sahib olmayacaqlar. Neftin qiyməti isə kəskin düşəcək”, – o əlavə edib.
Bundan əvvəl Montanada keçirilən mitinqdə çıxış edən Tramp ABŞ-nin müharibəyə son qoymaq üçün İranın hansı rəsmiləri ilə danışıqlar apardığına əmin olmadığını bildirib.
“Onların nə donanması, nə də hərbi hava qüvvələri qalıb. Orduları darmadağın edilib, liderləri isə artıq yoxdur”, – Tramp deyib.
Birləşmiş Millətlər Təşkilatı (BMT) xəbərdarlıq edib ki, ABŞ və İran yaxın həftələrdə Hörmüz boğazından gübrə daşınmasına dair BMT-nin dəstəklədiyi plan üzrə razılığa gəlməsələr, Asiya və Afrikanın bəzi bölgələrində ərzaq təhlükəsizliyi böhranı yarana bilər. Bu barədə oktyabrın 14-də planın həyata keçirilməsinə cavabdeh olan BMT rəsmisi bildirib.
BMT mart ayında Hörmüz boğazından gübrə daşınmasını asanlaşdırmaq məqsədilə xüsusi işçi qrupu yaradıb.
Təşkilatın hazırladığı mexanizm hələ tətbiq olunmayıb. BMT Baş katibinin müavini Xorxe Moreyra da Silvanın sözlərinə görə, Vaşinqtonla Tehran razılığa gələrsə, mexanizm 7–10 gün ərzində işə salına bilər.
“Yaxın bir neçə həftə ərzində razılaşma əldə etmək son dərəcə vacibdir. Əks halda, əkin mövsümünü ötürəcəyik”, – o, Banqkokda keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantıları zamanı “Reuters”ə müsahibəsində deyib.
İsrailin Baş naziri Benyamin Netanyahu oktyabrın 27-də keçiriləcək seçkilərdən əvvəl İrana qabaqlayıcı zərbə endirilməsinin tərəfdarı olmadığını bildirib. Bununla yanaşı, o, İranı və onun dəstəklədiyi qüvvələri İsrailə hücum etməmək barədə xəbərdar edib.
Netanyahu bu barədə İsrail ordusunun radiosuna müsahibəsində danışıb. Ondan İrana qabaqlayıcı zərbə endirilməsi ehtimalı və siyasi rəqiblərinin *onu seçkilər ərəfəsində hərbi qarşıdurmaya can atmaqda ittiham etməsi* barədə soruşulub.
Netanyahu bildirib ki, İrana qabaqlayıcı zərbə endirmək İsrail üçün əlverişli deyil və yaxşı nəticə verməyəcək.
“İran bizə raket atsa belə, məni günahlandıracaqlar”, – o əlavə edib.
Netanyahu İrana əvvəlki xəbərdarlığını da təkrarlayaraq İsrailə hücum olunacağı təqdirdə ölkəsinin sərt cavab verəcəyini bildirib.
Koalisiyanın sözçüsü Türki əl-Maliki PUA-nın vurulduğunu təsdiqləyib. Lakin o, aparatın haradan buraxıldığı və hadisənin digər təfərrüatları barədə məlumat verməyib.
Bundan bir neçə saat əvvəl Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına ballistik raketlə zərbə endirdiklərini iddia ediblər. Qrup mümkün insan tələfatı və dağıntılar barədə məlumat açıqlamayıb.
Koalisiyanın məlumatına görə, oktyabrın 14-də husilərin Ər-Riyada doğru buraxdığı ballistik raket havada vurularaq məhv edilib. Raketin vurulmasından əvvəl paytaxtda və yaxınlıqdakı Əl-Xərc bölgəsində hava hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq siqnalları işə salınıb.
Husilər həmin gün Səudiyyə Ərəbistanının hava limanlarına və neft obyektlərinə hücumları davam etdirəcəklərini bəyan ediblər.
Bu bəyanat “Saudi Aramco” neft şirkətinin Dəhrandakı baş qərargahına hücumdan bir gün sonra verilib. Mənbələrin bildirdiyinə görə, hücum nəticəsində binaya ciddi ziyan dəyib.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri keçirilib, mətbuata bəyanatlar verilib, Xocalı Soyqırımı Memorialı və Xankəndidəki Zəfər abidəsi ziyarət olunub.
Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 2029-cu ilə qədər Avropa İttifaqı (Aİ) ilə vizasız gediş-gəlişə nail olacağına ümid etdiyini bildirib. Bu barədə Ermənistanın dövlət xəbər agentliyi “Armenpress” məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın