Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
Azərbaycan 2026-cı ilin ilk doqquz ayında 18,4 milyard kubmetr təbii qaz ixrac edib. İxracda ən böyük pay Avropaya düşüb. Bu barədə Energetika Nazirliyinin açıqladığı operativ məlumatlarda bildirilib.
Hesabat dövründə Avropaya 8,6 milyard kubmetr qaz nəql olunub. İkinci sırada 7 milyard kubmetrlə Türkiyə qərarlaşıb. Bu həcmin 4,2 milyard kubmetri Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə çatdırılıb. Gürcüstana 1,6 milyard, Suriyaya isə 1,2 milyard kubmetr qaz ixrac edilib.
Bu dövrdə ölkədə ümumilikdə 37,9 milyard kubmetr qaz hasil olunub. Bunun təxminən yarısı xaricə göndərilib.
Qaz hasilatında ən böyük pay 20,6 milyard kubmetrlə “Şahdəniz” yatağına düşüb. “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar blokundan 10,8 milyard, “Abşeron” yatağından isə 1,2 milyard kubmetr qaz hasil olunub. SOCAR üzrə qaz hasilatı 5,3 milyard kubmetr təşkil edib.
Yanvar–sentyabr aylarında Azərbaycanda kondensat daxil olmaqla 19,9 milyon ton neft hasil edilib. Bu həcmin 11,8 milyon tonu AÇG-nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu “Abşeron”un payına düşüb. SOCAR-ın öz hasilatı isə 5,1 milyon ton təşkil edib.
Gündəlik xam neft hasilatı orta hesabla 61 min ton (446 min barel), kondensat hasilatı isə 12 min ton (101 min barel) olub. Ümumilikdə gündəlik neft və kondensat hasilatı 73 min ton, yəni 547 min barel təşkil edib.
Hesabat dövründə 15,5 milyon ton neft və kondensat ixrac olunub. AÇG-dən 14,2 milyon, SOCAR üzrə 0,8 milyon, “Abşeron”dan isə 0,5 milyon ton nəql edilib. Emal zavodlarında 4,5 milyon ton neft emal olunub.
AÇG və “Şahdəniz” yataqları istismara veriləndən 2026-cı il oktyabrın 1-dək ümumilikdə 684,5 milyon ton neft və kondensat, 540 milyard kubmetr qaz hasil edilib.
Bu dövrdə AÇG-dən 629,5 milyon ton neft və 254,7 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 55 milyon ton kondensat və 285,3 milyard kubmetr qaz çıxarılıb. Ümumilikdə xaricə 682,5 milyon ton neft və 206,4 milyard kubmetr qaz ixrac olunub.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri keçirilib, mətbuata bəyanatlar verilib, Xocalı Soyqırımı Memorialı və Xankəndidəki Zəfər abidəsi ziyarət olunub.
Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 2029-cu ilə qədər Avropa İttifaqı (Aİ) ilə vizasız gediş-gəlişə nail olacağına ümid etdiyini bildirib. Bu barədə Ermənistanın dövlət xəbər agentliyi “Armenpress” məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın