Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Yaponiyanın Baş naziri Sanae Takaiçinin rəhbərlik etdiyi hökumətə ictimai dəstək onun ötən ilin oktyabrında vəzifəyə başlamasından sonra ilk dəfə 50 faizdən aşağı düşüb. Bu barədə “Kyodo” xəbər agentliyinin oktyabrın 18-də dərc etdiyi ictimai rəy sorğusunun nəticələrində bildirilir.
Reytinqin azalması Takaiçinin keçmiş kənd təsərrüfatı naziri ilə bağlı qalmaqala reaksiyasının tənqid olunduğu bir vaxta təsadüf edib. Oktyabrın 17–18-də keçirilən sorğuya əsasən, Takaiçinin rəhbərlik etdiyi hökumətə dəstək 49,1 faiz təşkil edib.
“Kyodo”nun məlumatına görə, respondentlərin 57,7 faizi Takaiçinin oktyabrın 14-də istefa vermiş kənd təsərrüfatı naziri Kazuo Yananı vəzifəsindən uzaqlaşdırmaqda gecikdiyini bildirib. Sorğuda iştirak edənlərin 81,5 faizi isə nazirin istefasını düzgün qərar hesab edib.
Sentyabrda hökumətdə aparılan dəyişikliklər zamanı vəzifəyə təyin edilən Kazuo Yana oktyabrın əvvəlində yerli medianın yaydığı məlumatlardan sonra tənqid hədəfinə çevrilib.
Yerli medianın məlumatına görə, Yana onu dəstəkləməyən bələdiyyələrin yol infrastrukturuna ayrılan vəsaitin azaldılmasını təklif edib.
Bu açıqlamalar geniş narazılığa səbəb olub. Nazirin əleyhdarları dövlət vəsaitindən siyasi məqsədlər üçün istifadə edilməsi ehtimalını gündəmə gətiriblər.
Takaiçi Yananı parlamentdə açıq şəkildə məzəmmət edib, daha sonra onun istefasını qəbul edib.
Yana istefasını açıqlayarkən qalmaqalın parlament müzakirələrini pozmasının və diqqəti kənd təsərrüfatı, meşəçilik və balıqçılıq siyasətindən yayındırmasının qarşısını almaq istədiyini bildirib.
Qalmaqal Takaiçinin nazir seçimləri və yüksəkvəzifəli rəsmilərin yolverilməz davranışlarına münasibəti ilə bağlı suallar doğurub.
Sorğunun nəticələri reytinqin azalmasının yeganə səbəbinin bu qalmaqal olduğunu göstərməsə də, ictimai dəstəyin zəifləməsi vəzifəyə başlamasından bir il keçməmiş Baş nazir üçün siyasi geriləmə kimi qiymətləndirilir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Çinlə Avropa arasında nəqliyyat əlaqələrinin genişlənməsi Orta Dəhliz üzrə yükdaşımaların artmasına təkan verir. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni imkanlar yaradır.
ABŞ-nin quru əməliyyatlarına başlamaq təhdidləri fonunda İran könüllü mülki şəxslərin hərbi hazırlığını gücləndirir. SEPAH bu məqsədlə Tehranda qadınlar üçün yeni təlim düşərgəsi açıb.
İsraildə yeni seçilmiş parlamentin deputatları noyabrın 10-da and içiblər. Lakin ölkədə hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Prezident İsxak Hersoq Qadi Ayzenkotun hökumət qurmaqda çətinlik çəkdiyi bir vaxtda deputatları yeni seçkilərin qarşısını almağa çağırıb.
Qazaxıstanın məlumatına görə, 2022-ci ildən bəri Şimali Aral dənizində suyun həcmi 24 faiz artaraq 23,4 milyard kubmetrə çatıb. Bu göstəricilər Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim konfransında açıqlanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan iki ildən artıqdır üzvlük haqqını ödəmədiyinə görə noyabrın 11-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilə bilər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın