Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramı (WFP) ciddi maliyyə çatışmazlığı fonunda Qəzzada 500 000 nəfərə göstərilən aylıq ərzaq yardımını kəsib. Hazırda əhalinin təxminən üçdə ikisi böhran və ya daha ağır səviyyəli ərzaq çatışmazlığı ilə üz-üzədir.
Agentlik bildirib ki, aylıq ərzaq yardımı alan şəxslərin sayını 1,6 milyondan 1,1 milyona endirib.
Bu qərar təxminən 1,4 milyon fələstinlinin kifayət qədər ərzaq əldə etməkdə çətinlik çəkdiyi, o cümlədən 200 000-ə yaxın insanın fövqəladə səviyyədə ərzaq təhlükəsizliyi problemi ilə qarşılaşdığı bir vaxta təsadüf edir.
WFP yardım alanların sayını azaltmaqla yanaşı, ərzaq rasionunu yarıya endirib və 75 000 ailə üçün nəzərdə tutulan nağd pul yardımını da ixtisar edib.
Yemək bişirmək imkanı olmayan insanlar üçün verilən gündəlik isti yeməklərin sayı da 250 000-dən 150 000-ə düşüb ki, bu da çətin gedilən ərazilərdəki bəzi ailələri iki gündən bir yalnız bir dəfə isti yeməklə təmin olunmaq məcburiyyətində qoyub.
WFP xəbərdarlıq edib ki, bu ixtisarlar Qəzzanın münaqişə başlayandan bəri dördüncü qışa hazırlaşdığı kritik bir vaxtda baş verir.
Qəzzada “Reuters” agentliyinə müsahibə verən WFP-nin icraçı direktorunun əvəzi Karl Skau humanitar vəziyyəti dəhşətli adlandırıb. O bildirib ki, bir il əvvəl atəşkəs razılaşması əldə olunmasına baxmayaraq, ağır şərait davam edir.
“Bu atəşkəs razılaşmasından bir il keçir. Lakin burada həyat hələ də amansızdır. Müvafiq sığınacaqlar yoxdur... Baza xidmətləri yoxdur. Təhlükəsizlik və əmin-amanlıq yoxdur”, – deyə Skau bildirib.
O, qışın köçkün düşmüş fələstinlilər üçün daha böyük çətinliklər gətirəcəyi barədə xəbərdarlıq edib.
“Bu ixtisarlar tam dördüncü qışla üz-üzə qaldığımız vaxtda baş verir. Bilirsiniz, mən buradakı qışları görmüşəm, çox amansız keçir”, – deyə o əlavə edib.
WFP Qəzza və İordan çayının qərb sahilində zəruri yardım əməliyyatlarını davam etdirmək üçün növbəti altı ay ərzində təcili olaraq 450 milyon dollara ehtiyacı olduğunu bildirir.
Skau beynəlxalq donorları dəstəklərini artırmağa çağırıb və xəbərdarlıq edib ki, təcili maliyyələşmə olmasa, ərzaq yardımı sahəsində əldə olunmuş nailiyyətlər itirilə bilər.
“Biz dünyaya deyirik ki, indi diqqəti başqa tərəfə yönəltməyin vaxtı deyil. İndi bu dəstəyi davam etdirmək, əldə olunmuş irəliləyişi qorumaq, həm də erkən bərpa prosesinə təkan vermək üçün addım atmaq vaxtıdır”, – deyə o vurğulayıb.
Maliyyə böhranı keçən il ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasının icrası istiqamətindəki səylərin az irəliləyiş əldə etdiyi bir vaxta təsadüf edir.
Razılaşmada HƏMAS-ın silahsızlaşdırılması və İsrail qüvvələrinin ərazidən çıxarılması müddəaları ilə yanaşı, Qəzzanın mərhələli şəkildə yenidən qurulması planları yer alır.
Lakin İsrail qüvvələri Qəzzanın 60 faizindən çoxuna nəzarət etməyə və demək olar ki, hər gün hava zərbələri endirməyə davam edir.
Yardım agentliklərinin məlumatına görə, HƏMAS iki milyondan çox fələstinlinin məskunlaşdığı əksər ərazilərə nəzarəti saxlayır. Bu insanların çoxu qeyri-kafi yardım təchizatı ilə müvəqqəti sığınacaqlarda yaşayır.
HƏMAS-ın idarə etdiyi Qəzza hökumətinin media ofisi WFP-nin qərarını “fəlakətli” adlandıraraq pisləyib və bu ixtisarların aclığın başlanmasını sürətləndirə biləcəyi barədə xəbərdarlıq edib.
Qurum vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün beynəlxalq donorları humanitar təşkilatlara maliyyəni artırmağa çağırıb.
Artıq daxili köçkünlük və ərzaq çatışmazlığı ilə mübarizə aparan fələstinlilər üçün son ixtisarlar daha böyük çətinliklər qorxusunu dərinləşdirib.
“Mövcud şərait və çətin həyat azmış kimi, vəziyyəti bizim üçün daha da ağırlaşdırmaq istəyirsiniz”, – deyə Qəzzanın mərkəzindəki Nuseyrat qaçqın düşərgəsində yaşayan Sabrin Kuxeyl adlı fələstinli qadın bildirib.
“Müharibə, dağıntı, mühasirə və dayanmadan qan tökülməsi ilə bizi üç il ac saxladınız. Bizdən nə istəyirsiniz? Bəsdir, bəsdir, yorulmuşuq”.
Qəzzada kütləvi köçkünlük, zədələnmiş infrastruktur və davam edən təhlükəsizlik problemləri ərzaq və digər zəruri ləvazimatların çatdırılmasına mane olur. Yardımların ixtisarı isə yardım agentliklərinin işini daha da çətinləşdirir.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri keçirilib, mətbuata bəyanatlar verilib, Xocalı Soyqırımı Memorialı və Xankəndidəki Zəfər abidəsi ziyarət olunub.
Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 2029-cu ilə qədər Avropa İttifaqı (Aİ) ilə vizasız gediş-gəlişə nail olacağına ümid etdiyini bildirib. Bu barədə Ermənistanın dövlət xəbər agentliyi “Armenpress” məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın