Qara dənizdə dron hücumu: Üç ticarət gəmisi zədələnib
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz...
Yəmən husiləri oktyabrın 21-də müqəddəs Mədinə şəhərini hədəf aldıqlarını təkzib edərək, Səudiyyə Ərəbistanına qarşı heç bir hərbi əməliyyat keçirmədiklərini bildiriblər. Bu bəyanatla onlar Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın əvvəlki açıqlamalarını təkzib ediblər.
Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə sahəsində əməkdaşlığı gücləndirmək üçün çoxtərəfli saziş imzalayıblar. Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Dohada imzalanan “Bədr” Anlaşma Memorandumu hərbi istehsal sahəsində əməkdaşlığın inkişaf etdirilməsini, hərbi imkanların gücləndirilməsini, eləcə də hərbi təlim, tədqiqat və inkişaf sahələrində birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.
Türkiyə Səudiyyə Ərəbistanı və Pakistanla imzalanmış birgə müdafiə sazişi çərçivəsində Səudiyyə Ərəbistanına hərbi qulluqçular göndərməyi planlaşdırır. Bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) deputatı oktyabrın 21-də Reuters agentliyinə məlumat verib.
Deputatın sözlərinə görə, Türkiyə parlamenti avqustda üç ölkə arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişini təsdiqlədikdən sonra hərbi qulluqçuların Səudiyyə Ərəbistanına göndərilməsinə icazə verən sənəd parlamentə təqdim olunacaq.
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları Mərkəzinin (UKMTO) oktyabrın 21-də yaydığı məlumata görə, oktyabrın 20-də İraqın Əl-Fav limanından 30 dəniz mili (təxminən 56 kilometr) cənub-şərqdə yerləşən tanker naməlum mərmi ilə vurulub.
Gəmi heyətinin təhlükəsizlikdə olduğu bildirilir. Tankerə ziyan dəyməsi və ətraf mühitə mənfi təsir qeydə alınmayıb.
İran Prezidenti Məsud Pezeşkian oktyabrın 21-də bildirib ki, ABŞ İrana qarşı blokada tətbiq etdiyi və təhdidlər səsləndirdiyi halda, Tehranla dialoq gözləyə bilməz. Bu barədə İranın dövlət mediası məlumat yayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi də “Financial Times” qəzetinə müsahibəsində Tehranın mövqeyini bir daha vurğulayıb. O bildirib ki, İran diplomatik danışıqlara hazırdır, lakin zərurət yaranarsa, özünü müdafiə edəcək.
Əraqçinin sözlərinə görə, ABŞ qarşılıqlı anlaşmaya nail olmaq üçün heç bir istək nümayiş etdirməyib. Buna görə də hazırda danışıqlarda irəliləyiş gözləmək üçün ciddi əsas yoxdur.
Bu açıqlamalar Pakistan ordusunun komandanının oktyabrın 20-də vasitəçilik səylərini və regiondakı vəziyyəti müzakirə etmək üçün Tehrana səfərindən sonra verilib.
Təhlükəsizlik mənbələrinin oktyabrın 21-də verdiyi məlumata görə, İraqın Ərbil şəhərinin şimal-şərqində yerləşən İran kürd müxalifətinin düşərgəsinə raket atılıb.
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları (UKMTO) idarəsi bildirib ki, Omanın Hörmüz boğazına baxan Buxa sahilindən 11 dəniz mili qərbdə tanker naməlum mərmi ilə vurulub.
UKMTO-nun məlumatına görə, gəmidə baş verən yanğın söndürülüb və tanker lövbər salıb. Bütün heyət üzvlərinin təhlükəsizlikdə olduğu bildirilir.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Birləşmiş Ştatlar İranla gələcək danışıqlarla bağlı bir sıra ölkələrlə təmaslar saxlayır. O vurğulayıb ki, hər hansı razılaşma Tehranın nüvə silahı əldə etməsinin qarşısını almalıdır.
“İranla danışıqlar prosesinə bir sıra ölkələr cəlb olunub. Biz vasitəçilik səylərini məmnunluqla qarşılayırıq”, – Rubio jurnalistlərə açıqlamasında bildirib.
İraq İranla Şeib sərhəd-keçid məntəqəsini növbəti bildirişədək sərnişinlərin, nəqliyyat vasitələrinin və kommersiya yük maşınlarının gediş-gəlişi üçün bağlayıb. Bu barədə sərhəd məntəqəsindəki iki mənbə məlumat verib.
Digər mənbə isə bu qərarın keçid məntəqəsindəki təhlükəsizlik tədbirlərinə yenidən baxılması məqsədilə qəbul edildiyini bildirib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ölkənin Mədinə şəhərini və şərq bölgələrini hədəf alan dörd pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib.
Yəmənin Mərkəzi Bankı terrorçuluqla bağlı siyahılara daxil edilmiş və husilərlə əlaqəsi olduğu bildirilən 135 fiziki və hüquqi şəxsə, eləcə də gəmilərə məxsus bank hesablarının və aktivlərin dondurulması barədə göstəriş verib.
SABA xəbər agentliyinin məlumatına görə, Ədən şəhərində yerləşən Mərkəzi Bank bu göstərişi ölkənin baş prokurorunun oktyabrın 19-da verdiyi qərar əsasında qəbul edib. Qərarda siyahıya daxil edilən şəxslərin, qurumların və gəmilərin husilərlə ehtimal olunan əlaqələrinə görə terrorçuluqla bağlı siyahıya salınması və aktivlərinin dondurulması nəzərdə tutulur.
Tətbiq edilən tədbirlər həmin şəxslər, həmçinin qurumlarla maliyyə və ticarət əməliyyatlarının aparılmasını da qadağan edir. Qadağaya onların adına yeni bank hesablarının açılması və adlarından maliyyə əməliyyatlarının həyata keçirilməsi də daxildir.
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani və Fransa Prezidenti Emmanuel Makron oktyabrın 20-də iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi çərçivəsində iqtisadiyyat, investisiya və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.
Qətər əmirinin dəftərxanasının (Amiri Diwan) yaydığı məlumata görə, görüş Dohadakı Lusail sarayında keçirilib.
Liderlər ikitərəfli münasibətləri nəzərdən keçirib, təhlükəsizlik, müdafiə və digər mühüm sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarını, eləcə də regionda baş verən hadisələri müzakirə ediblər.
İranın xarici işlər naziri Abbas Əraqçi bu ayın əvvəlində İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına hücumlarını intensivləşdirməsi fonunda tərəflər arasında dialoqun başlanmasına kömək etməyə hazır olduğunu bildirib.
Əraqçi İraqın “Al Ekhbariya” telekanalına müsahibəsində Misirin Səudiyyə Ərəbistanı ilə birlikdə husilərə qarşı müharibəyə qoşulması ehtimalına da münasibət bildirib.
O, xarici müdaxilənin vəziyyəti çətinləşdirəcəyini söyləyib. Həmçinin onun sözlərinə görə, Qahirə əvvəllər Tehrana Yəmən münaqişəsinə birbaşa müdaxilə etməyəcəyini deyib.
Misir Səudiyyə Ərəbistanının təhlükəsizliyini qorumaq üçün ona lazımi dəstəyi verməyə hazır olduğunu açıqlayıb.
Ərəb dünyasının ən böyük ordularından birinə malik Misirin husilərə qarşı hərbi əməliyyatlara qoşulması ilə bağlı parlamentdə keçirilməsi nəzərdə tutulan səsvermə oktyabrın 26-na təxirə salınıb.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 13-də Qəzzada tənəffüs yolu infeksiyalarına yoluxma hallarının sürətlə artdığını bildirib. Güclü yağışlar nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı on minlərlə çadırı su basıb. ÜST vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edib.
Səudiyyə Ərəbistanının dəstəklədiyi, beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə bağlı qüvvələr noyabrın 15-də strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına nəzarət etməyə imkan verən ərazidən geri çəkildiklərini açıqlayıblar. Nəticədə ərazi İranla əlaqəli husilərin nəzarətinə keçib.
Gürcüstanın ən böyük xizək kurortu olan Qudauri növbəti qış mövsümünə hazırlaşır. Yeni kanat yollarının çəkilməsi, əlavə xizək traslarının salınması və süni qar istehsalı üçün avadanlıqların quraşdırılması kurortun turistlər üçün cəlbediciliyini artıracaq.
Əfqanıstanın Təhsil Nazirliyi BMT-nin təhsilə çıxışla bağlı hesabatının ölkədəki vəziyyəti tam əks etdirmədiyini bildirib. Nazirliyin məlumatına görə, ölkədə 7,6 milyondan çox şagird məktəblərdə, 2,4 milyondan çox şagird isə mədrəsələrdə təhsil alır.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya bildirib ki, noyabrın 15-də husilərin Ər-Riyad istiqamətində buraxdığı iki ballistik raketin, eləcə də ölkənin Şərq vilayətində üç pilotsuz uçuş aparatının (PUA) qarşısını alıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın