İspaniyada miqrant axını üzrə son altı ilin rekordu qeydə alınıb
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata...
Avstraliyada “Meta” şirkətinə məxsus “Facebook” və “Instagram” platformalarına qarşı kollektiv məhkəmə iddiası qaldırılıb. İddiaçılar sosial şəbəkələrin uşaqları zərərli məzmuna məruz qoyduğunu və alqoritmlər vasitəsilə onlarda asılılıq yaratdığını bildirirlər.
“MinterEllison” hüquq şirkəti iddianı bu ay Avstraliyanın ikinci ən yüksək məhkəmə instansiyası olan Federal Məhkəməyə təqdim edib. Bu, ölkədə sosial şəbəkələrin istifadəçilərə, xüsusilə uşaqlara və yeniyetmələrə zərər vurması ilə bağlı ilk məhkəmə işi ola bilər.
İddia “Meta”nın platformalarından yetkinlik yaşına çatmamış vaxtlarında zərər gördüklərini deyən səkkiz nəfər tərəfindən qaldırılıb. Onlar şirkətdən təzminat tələb edirlər.
“Meta” şərh sorğusuna cavab verməyib.
Məhkəmə oktyabrın 19-da çıxardığı qərarla iddiaçıların kimliyini müəyyənləşdirməyə imkan verən məlumatların və iddia ərizəsinin məzmununun dərcini qadağan edib.
“Meta” avqustda sosial şəbəkələri uşaqlarda asılılıq yaradacaq şəkildə hazırlaması ilə bağlı iddialar üzrə ABŞ ştatlarının, demək olar ki, hamısı ilə razılaşma əldə edib. Şirkət razılaşma çərçivəsində 18 milyard dollar ödəməyi qəbul edib.
Bundan əlavə, ABŞ-nin Nyu-Meksiko ştatında məhkəmə “Cambridge Analytica” qalmaqalı ilə bağlı iş üzrə “Meta”nın 25 milyard dollar ödəməsinə qərar verib. Məhkəmənin münsiflər heyəti şirkətin istehlakçıları yanıltdığını müəyyənləşdirib.
“Meta” milyardlarla dollarlıq cərimənin konstitusion hüquqlarını poza biləcəyini bildirərək məbləğin 3,45 milyard dollarla məhdudlaşdırılmasını istəyib. Şirkət daha sonra qərardan apellyasiya şikayəti verməyi planlaşdırdığını açıqlayıb.
Yeni iddia Avstraliya ilə böyük texnologiya şirkətləri arasında gərginliyin artdığı vaxta təsadüf edir. Bu ölkə dünyada ilk dəfə 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edib.
Həmçinin istifadəçilərə xəbər lentində alqoritmlərə əsaslanan məzmun tövsiyələrini deaktiv etmək imkanı verən yeni qaydalar təklif edilib.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 13-də Qəzzada tənəffüs yolu infeksiyalarına yoluxma hallarının sürətlə artdığını bildirib. Güclü yağışlar nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı on minlərlə çadırı su basıb. ÜST vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edib.
Səudiyyə Ərəbistanının dəstəklədiyi, beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə bağlı qüvvələr noyabrın 15-də strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına nəzarət etməyə imkan verən ərazidən geri çəkildiklərini açıqlayıblar. Nəticədə ərazi İranla əlaqəli husilərin nəzarətinə keçib.
Gürcüstanın ən böyük xizək kurortu olan Qudauri növbəti qış mövsümünə hazırlaşır. Yeni kanat yollarının çəkilməsi, əlavə xizək traslarının salınması və süni qar istehsalı üçün avadanlıqların quraşdırılması kurortun turistlər üçün cəlbediciliyini artıracaq.
Əfqanıstanın Təhsil Nazirliyi BMT-nin təhsilə çıxışla bağlı hesabatının ölkədəki vəziyyəti tam əks etdirmədiyini bildirib. Nazirliyin məlumatına görə, ölkədə 7,6 milyondan çox şagird məktəblərdə, 2,4 milyondan çox şagird isə mədrəsələrdə təhsil alır.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya bildirib ki, noyabrın 15-də husilərin Ər-Riyad istiqamətində buraxdığı iki ballistik raketin, eləcə də ölkənin Şərq vilayətində üç pilotsuz uçuş aparatının (PUA) qarşısını alıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın