İspaniyada miqrant axını üzrə son altı ilin rekordu qeydə alınıb
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata...
İnterpolun rəhbərliyi ilə Afrikada kibercinayətkarlığa qarşı keçirilən əməliyyat nəticəsində azı 1 462 nəfər saxlanılıb və qanunsuz fəaliyyətlə əlaqəli 105 milyon dollarlıq aktiv müsadirə edilib. Əməliyyat beynəlxalq onlayn fırıldaqçılıq şəbəkələrinin geniş miqyasını üzə çıxarıb.
Beynəlxalq polis təşkilatı bildirib ki, 29 iyun – 31 avqust tarixlərində 21 ölkənin hüquq-mühafizə orqanlarının iştirakı ilə keçirilən “Serengeti III” əməliyyatı çərçivəsində 10 909 zərərli şəbəkə də sıradan çıxarılıb.
Aşkar edilən fırıldaqçılıq sxemləri nəticəsində dünya üzrə on minlərlə insana 385 milyon dollardan çox ziyan dəyib.
İnterpolun kiberfırıldaqçılıq üzrə direktoru Nil Cetton bildirib ki, cinayətkar şəbəkələr dövlət sərhədlərinə məhəl qoymadan rəqəmsal texnologiyalardan getdikcə daha geniş istifadə edir və bu, onlara görünməmiş miqyasda insanları hədəfə almaq imkanı yaradır.
Müstəntiqlər onlayn investisiya fırıldaqçılığı, məlumatları bloklayaraq pul tələb edən zərərli proqramlar, rəqəmsal şantaj və biznes e-poçtlarının ələ keçirilməsi sxemlərinin qurbanı olmuş 66 minə yaxın insanı müəyyən ediblər.
Araşdırmalar göstərir ki, cinayətkar qruplar sadə onlayn fırıldaqçılıq üsullarından kənara çıxaraq, qanunsuz gəlirləri köçürmək və fəaliyyətlərini gizlətmək üçün getdikcə daha mürəkkəb rəqəmsal sistemlərdən və sərhədlərarası maliyyə şəbəkələrindən istifadə edirlər. Rəqəmsal sübutlar və maliyyə qeydləri üzrə araşdırmalar davam edir.
Əməliyyat çərçivəsində keçirilən ən böyük reydlərdən birində Uqanda müstəntiqləri iki beynəlxalq şəbəkəni ifşa edərək 365 xarici vətəndaşı saxlayıblar. Polisin məlumatına görə, qruplar Asiyadakı şəxsləri investisiya və pensiya ilə bağlı mürəkkəb fırıldaqçılıq sxemləri vasitəsilə hədəfə alıblar. Şübhəlilərin böyük çağrı mərkəzləri, saxta investisiya saytları və onlayn ticarət platformalarından istifadə edərək təqaüdçüləri və digər həssas investorları mövcud olmayan maliyyə məhsullarına sərmayə qoymağa sövq etdikləri iddia olunur.
Anqola polisi iki qanunsuz kriptovalyuta mayninq mərkəzini bağlayıb və doqquz şübhəlini saxlayıb. Reydlər zamanı 2 000-dən çox mayninq avadanlığı və ümumi dəyəri bir milyon dollardan çox olan altı qanunsuz elektrik qurğusu müsadirə edilib.
Nigeriya hakimiyyəti 2,1 milyon elektron poçt ünvanı və giriş məlumatlarının ələ keçirildiyi iri fişinq sxeminin rəhbərini saxlayıb. Bundan əlavə, mobil tətbiqlər vasitəsilə təbliğ edilən və kriptovalyuta əməliyyatları vasitəsilə köçürüldüyü bildirilən 2,4 milyon dollardan çox şübhəli cinayət gəlirinin izinə düşüblər.
Tanzaniyada saxta mobil kredit sxemləri, Qabonda avtomobil idxalı ilə bağlı fırıldaqçılıq halları aşkarlanıb, Konqo Respublikasında isə bir neçə ölkəni əhatə edən cinayət şəbəkəsinin 30 üzvü saxlanılıb.
ABŞ-nin dəstəyi ilə Keniya, Qana, Cənubi Afrika Respublikası, Ruanda, Kamerun və Zimbabve də daxil olmaqla bir sıra Afrika ölkələrinin iştirak etdiyi əməliyyatda texnologiya şirkətləri ilə əməkdaşlıq mühüm rol oynayıb.
İnterpol xəbərdarlıq edib ki, cinayətkarlar fırıldaqçılıq sxemlərini daha inandırıcı göstərmək üçün süni intellektdən geniş istifadə edirlər. Mütəxəssislərin fikrincə, süni intellekt inandırıcı mesajlar hazırlamağa və insanları təqlid etməyə imkan verir ki, bu da fırıldaqçılığı aşkar etməyi çətinləşdirir.
Rəqəmsal ödənişlərin genişlənməsi fonunda kiberfırıldaqçılıq qlobal təhlükəyə çevrilib. İnterpol bildirib ki, “Serengeti III” əməliyyatı sərhədlərarası cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha göstərib.
Cetton koordinasiyalı fəaliyyətin oğurlanmış vəsaitlərin geri qaytarılmasına kömək etdiyini bildirib. Müsadirə olunan elektron cihazların təhlili davam edir və araşdırmalar nəticəsində yeni həbslərin ola biləcəyi istisna edilmir.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 13-də Qəzzada tənəffüs yolu infeksiyalarına yoluxma hallarının sürətlə artdığını bildirib. Güclü yağışlar nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı on minlərlə çadırı su basıb. ÜST vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edib.
Səudiyyə Ərəbistanının dəstəklədiyi, beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə bağlı qüvvələr noyabrın 15-də strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına nəzarət etməyə imkan verən ərazidən geri çəkildiklərini açıqlayıblar. Nəticədə ərazi İranla əlaqəli husilərin nəzarətinə keçib.
Gürcüstanın ən böyük xizək kurortu olan Qudauri növbəti qış mövsümünə hazırlaşır. Yeni kanat yollarının çəkilməsi, əlavə xizək traslarının salınması və süni qar istehsalı üçün avadanlıqların quraşdırılması kurortun turistlər üçün cəlbediciliyini artıracaq.
Əfqanıstanın Təhsil Nazirliyi BMT-nin təhsilə çıxışla bağlı hesabatının ölkədəki vəziyyəti tam əks etdirmədiyini bildirib. Nazirliyin məlumatına görə, ölkədə 7,6 milyondan çox şagird məktəblərdə, 2,4 milyondan çox şagird isə mədrəsələrdə təhsil alır.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya bildirib ki, noyabrın 15-də husilərin Ər-Riyad istiqamətində buraxdığı iki ballistik raketin, eləcə də ölkənin Şərq vilayətində üç pilotsuz uçuş aparatının (PUA) qarşısını alıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın