Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi 2027 və ya 2028-ci illərdə imzalana bilər.
“Armenpress” dövlət xəbər agentliyinin məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 22-də bildirib.
“Azərbaycanla birgə işi davam etdirməliyik”, – deyə Paşinyan mətbuat konfransında sülh müqaviləsi ilə bağlı sualı cavablandırarkən bildirib.
Baş nazir bildirib ki, əvvəllər müqavilənin 2031-ci ilədək imzalanacağını gözləyirdi. İndi isə sənədin daha tez imzalanmalı olduğunu düşünür.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüşdə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh sazişinin layihəsini paraflayıblar. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan isə Ağ Ev rəhbəri Donald Trampla birlikdə Birgə Bəyannamə imzalayıblar.
Bəyannamədə iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat əlaqələrinin açılması və sülhün möhkəmləndirilməsi nəzərdə tutulur.
Rəsmi Bakı sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasını tələb edir.
“Azərbaycana qarşı ərazi iddialarına tamamilə son qoyulduqdan sonra sülh sazişini imzalamağa hazır olacağıq”, – deyə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyənin “Haber Global” telekanalına müsahibəsində bildirib.
Paşinyan yeni Konstitusiya ilə bağlı prosesdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını istisna etməyib.
O bildirib ki, yeni Konstitusiya layihəsi yaxın vaxtlarda dərc ediləcək, sənədlə bağlı müzakirələr aparılacaq və layihə parlamentə təqdim olunacaq.
“Biz müxalifətdəki həmkarlarımızı inandırmağa çalışacağıq ki, bu, Ermənistan dövlətinin davamlılığı məsələsinin müəyyənləşdirilməsi və həlli baxımından çox mühüm və fundamental məsələdir. Onları inandırmağa çalışacağıq. Əgər bu, nəticə verməsə, növbədənkənar seçkilər də daxil olmaqla, digər variantları nəzərdən keçirəcəyik”, – deyə Paşinyan bildirib.
Paşinyan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında Ermənistanın cənubundan keçən nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin həyata keçirilməsinin də vacib olduğunu bildirib.
“Əlbəttə, bu iki məsələnin bir-biri ilə əlaqəsi yoxdur. Lakin biz artıq TRIPP layihəsinin icrasına başlayırıq”, – deyə o qeyd edib.
Oktyabrın 21-də Ermənistan rəsmiləri ABŞ-nin dəstəklədiyi nəqliyyat marşrutu üzrə hazırlıq işlərini davam etdirmək məqsədilə ölkənin cənubundakı Sünik vilayətinə səfər ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Çinlə Avropa arasında nəqliyyat əlaqələrinin genişlənməsi Orta Dəhliz üzrə yükdaşımaların artmasına təkan verir. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni imkanlar yaradır.
ABŞ-nin quru əməliyyatlarına başlamaq təhdidləri fonunda İran könüllü mülki şəxslərin hərbi hazırlığını gücləndirir. SEPAH bu məqsədlə Tehranda qadınlar üçün yeni təlim düşərgəsi açıb.
İsraildə yeni seçilmiş parlamentin deputatları noyabrın 10-da and içiblər. Lakin ölkədə hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Prezident İsxak Hersoq Qadi Ayzenkotun hökumət qurmaqda çətinlik çəkdiyi bir vaxtda deputatları yeni seçkilərin qarşısını almağa çağırıb.
Qazaxıstanın məlumatına görə, 2022-ci ildən bəri Şimali Aral dənizində suyun həcmi 24 faiz artaraq 23,4 milyard kubmetrə çatıb. Bu göstəricilər Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim konfransında açıqlanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan iki ildən artıqdır üzvlük haqqını ödəmədiyinə görə noyabrın 11-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilə bilər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın