İspaniyada miqrant axını üzrə son altı ilin rekordu qeydə alınıb
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata...
Türkiyə sosial şəbəkələrdə uşaqların yaşına uyğun olmayan məzmunlarla yayılmasına görə “Facebook” və “Instagram” platformalarının sahibi olan “Meta” şirkətini məhkəməyə verməyi planlaşdırır. Bu barədə Türkiyənin milli təhsil naziri Yusuf Tekin bildirib.
Tekin ABŞ-də və Avropa İttifaqında “Meta”ya qarşı qaldırılan iddialara istinad edərək nazirliyin də oxşar hüquqi prosesə hazırlaşdığını deyib.
Bəzi ailələrin “Meta”ya qarşı məhkəməyə müraciət etdiyini xatırladan jurnalistin sualına cavab olaraq nazir bildirib:
“Bəli, biz də hazırda buna hazırlaşırıq. Məhkəməyə müraciət etməyi də nəzərdən keçiririk”.

Tekin bildirib ki, uşaqlar sosial şəbəkələrdə yaş və inkişaf səviyyələrinə uyğun olmayan məzmunlarla qarşılaşırlar. Onun sözlərinə görə, bu cür məzmunlar uşaqların təhsilinə və şəxsi inkişafına mənfi təsir göstərir.
Nazir əlavə edib ki, Türkiyənin Ticarət Nazirliyi və Sənaye Nazirliyi şirkətə qarşı görülə biləcək hüquqi tədbirləri nəzərdən keçirir.
Tekin vurğulayıb ki, “Meta” uşaqların yaşına uyğun olmayan məzmunlara çıxışını məhdudlaşdırmalı və ya həmin məzmunlarda dəyişiklik etməlidir.
Türkiyədə 2025-ci ilin sentyabrından məktəblərdə mobil telefonlardan istifadəyə ölkə miqyasında qadağa qoyulub. Şagirdlər telefonlarını təhvil verməli, müəllimlər isə dərs zamanı telefondan istifadə etməməlidirlər.
Avropa Komissiyası 2026-cı il aprelin 29-da açıqladığı ilkin nəticələrdə “Meta”nın 13 yaşdan kiçik uşaqların “Facebook” və “Instagram”a girişindən yaranan riskləri lazımi qaydada qiymətləndirməməsi və azaltmaması ilə Rəqəmsal Xidmətlər Aktını pozduğu qənaətinə gəlib.
“Meta” isə iki il davam edən araşdırmanın nəticələri ilə razılaşmadığını və uşaqların qorunması üçün lazımi tədbirlər gördüyünü bildirib.
AnewZ Yusuf Tekinin açıqlamasına münasibət öyrənmək üçün “Meta” şirkətinə müraciət edib.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 13-də Qəzzada tənəffüs yolu infeksiyalarına yoluxma hallarının sürətlə artdığını bildirib. Güclü yağışlar nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı on minlərlə çadırı su basıb. ÜST vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edib.
Səudiyyə Ərəbistanının dəstəklədiyi, beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə bağlı qüvvələr noyabrın 15-də strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına nəzarət etməyə imkan verən ərazidən geri çəkildiklərini açıqlayıblar. Nəticədə ərazi İranla əlaqəli husilərin nəzarətinə keçib.
Gürcüstanın ən böyük xizək kurortu olan Qudauri növbəti qış mövsümünə hazırlaşır. Yeni kanat yollarının çəkilməsi, əlavə xizək traslarının salınması və süni qar istehsalı üçün avadanlıqların quraşdırılması kurortun turistlər üçün cəlbediciliyini artıracaq.
Əfqanıstanın Təhsil Nazirliyi BMT-nin təhsilə çıxışla bağlı hesabatının ölkədəki vəziyyəti tam əks etdirmədiyini bildirib. Nazirliyin məlumatına görə, ölkədə 7,6 milyondan çox şagird məktəblərdə, 2,4 milyondan çox şagird isə mədrəsələrdə təhsil alır.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya bildirib ki, noyabrın 15-də husilərin Ər-Riyad istiqamətində buraxdığı iki ballistik raketin, eləcə də ölkənin Şərq vilayətində üç pilotsuz uçuş aparatının (PUA) qarşısını alıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın