İspaniyada miqrant axını üzrə son altı ilin rekordu qeydə alınıb
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata...
Ermənistanın şimalındakı Stepanavan şəhərində yerli seçkilərə iki gün qalmış müxalifətdəki “Güclü Ermənistan” partiyası ilə bağlı seçicilərin səslərinin satın alınması üzrə aparılan istintaq çərçivəsində daha 10 nəfər saxlanılıb.
“News.am”ın Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə istinadən yaydığı məlumata görə, seçki rüşvətxorluğu ilə bağlı 24 nəfərə ittiham irəli sürülüb. Ermənistanın şimalındakı Lorri vilayətində yerləşən Stepanavanda bələdiyyə şurasına seçkilər oktyabrın 25-nə təyin edilib.
Son saxlanılmalar oktyabrın 21-də “Güclü Ermənistan” partiyasının Stepanavan ofisində keçirilən polis axtarışlarından sonra baş verib. Həmin əməliyyat zamanı 14 nəfər saxlanılıb. Ermənistanın İstintaq Komitəsi partiyanın namizədlərini və onlarla əlaqəli şəxsləri onlarla seçiciyə seçkilərdə dəstək vermələri müqabilində rüşvət təklif etməkdə ittiham edib. Komitə, həmçinin iddiaları əsaslandırdığını bildirdiyi gizli şəkildə qeydə alınmış görüntüləri yayımlayıb.
Cümə axşamı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi “Güclü Ermənistan” partiyasının Stepanavan bələdiyyə şurasına seçki siyahısına başçılıq edən Arsen Gevorqyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. İlkin olaraq saxlanılan 14 nəfərdən 10-u, o cümlədən Gevorqyan və bələdiyyə şurasına beş namizəd barəsində həbsdə saxlanılma və ya ev dustaqlığı qətimkan tədbiri seçilib.
“Güclü Ermənistan” partiyasının deputatı Anşanik Gevorqyan hakimiyyətin hərəkətlərini “ağlasığmaz” adlandırıb.
“Maarifləndirilmiş Vətəndaşlar İttifaqı” vətəndaş cəmiyyəti təşkilatının nümayəndəsi Daniel İoannisyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvlərini inzibati səlahiyyətlərdən sui-istifadə edərək seçkilərdə rəqibsiz qalmağa çalışmaqda ittiham edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan tənqidlərə birbaşa cavab verməyib. Bununla belə, o, seçiciləri təzyiq, hədə-qorxu və ya seçki rüşvətindən istifadə edən namizədləri dəstəkləməməyə çağırıb. Paşinyan belə hallarla qarşılaşan vətəndaşlardan ona və ya hüquq-mühafizə orqanlarına məlumat vermələrini istəyib.
Stepanavan parlamentdə ən böyük müxalifət partiyası olan “Güclü Ermənistan”ın hazırkı yerli seçkilərdə namizəd irəli sürdüyü azsaylı icmalardan biridir.
“Güclü Ermənistan” partiyasına Rusiya ermənisi olan milyarder Samvel Karapetyan rəhbərlik edir. Partiya onun tərəfdarları tərəfindən 2026-cı ilin yanvarında yaradılıb. İyunda keçirilən parlament seçkilərində partiya səslərin 23 faizindən bir qədər çoxunu toplayaraq Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasından sonra ikinci yeri tutub.
Karapetyan 2025-ci ilin iyununda hakimiyyəti qəsb etməyə açıq çağırış etmək ittihamı ilə həbs olunub. Buna onun hökuməti Erməni Apostol Kilsəsinə qarşı kampaniya aparmaqda ittiham etməsi səbəb olub. Karapetyan bu kampaniyanı dayandırmaq üçün “öz üsulu ilə” müdaxilə edəcəyini bildirmişdi. Hakimiyyət onun sözlərini təhdid kimi qiymətləndirib. Daha sonra Karapetyan həbsxanadan ev dustaqlığına keçirilib.
Karapetyan ittihamları rədd edir, vəkilləri isə cinayət təqibinin qanunsuz olduğunu bildirirlər.
Onun vəkili Lianna Qasparyanın sözlərinə görə, Ermənistanın Cinayət Məcəlləsində irəli sürülən ittiham üzrə yalnız cərimə və ictimai işlər cəzası nəzərdə tutulur. Vəkil hesab edir ki, bu halda həbs qətimkan tədbirinin seçilməsinə çalışılması “bütün prosesin qanunsuz olduğunu göstərir”.
Hökumət kilsəni hədəf aldığı barədə ittihamları rədd edir.
Paşinyan II Qaregin katolikosu və digər yüksək rütbəli din xadimlərini subaylıq əhdini pozmaqda ittiham edib. Baş nazir milli təhlükəsizlik baxımından zəruri olduğunu bildirdiyi tədbirlər çərçivəsində yeni kilsə rəhbərinin seçilməsinə çağırıb.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 13-də Qəzzada tənəffüs yolu infeksiyalarına yoluxma hallarının sürətlə artdığını bildirib. Güclü yağışlar nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı on minlərlə çadırı su basıb. ÜST vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edib.
Səudiyyə Ərəbistanının dəstəklədiyi, beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə bağlı qüvvələr noyabrın 15-də strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına nəzarət etməyə imkan verən ərazidən geri çəkildiklərini açıqlayıblar. Nəticədə ərazi İranla əlaqəli husilərin nəzarətinə keçib.
Gürcüstanın ən böyük xizək kurortu olan Qudauri növbəti qış mövsümünə hazırlaşır. Yeni kanat yollarının çəkilməsi, əlavə xizək traslarının salınması və süni qar istehsalı üçün avadanlıqların quraşdırılması kurortun turistlər üçün cəlbediciliyini artıracaq.
Əfqanıstanın Təhsil Nazirliyi BMT-nin təhsilə çıxışla bağlı hesabatının ölkədəki vəziyyəti tam əks etdirmədiyini bildirib. Nazirliyin məlumatına görə, ölkədə 7,6 milyondan çox şagird məktəblərdə, 2,4 milyondan çox şagird isə mədrəsələrdə təhsil alır.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya bildirib ki, noyabrın 15-də husilərin Ər-Riyad istiqamətində buraxdığı iki ballistik raketin, eləcə də ölkənin Şərq vilayətində üç pilotsuz uçuş aparatının (PUA) qarşısını alıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın