İspaniyada miqrant axını üzrə son altı ilin rekordu qeydə alınıb
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata...
Gürcüstanın Konstitusiya Məhkəməsi beş müxalifət partiyasının qadağan edilməsi tələbi ilə bağlı iş üzrə dinləmələrin müddətini uzadıb. Proses oktyabrın 30-dək davam edəcək.
Batumidəki məhkəmə dinləmələri əvvəlcədən müəyyən edilmiş 23 oktyabr tarixində yekunlaşmadığı üçün prosesin oktyabrın 26-da davam etdirilməsi qərara alınıb.
Məhkəmə prosesinin üçüncü günündə “Gürcüstan naminə” partiyasının iki vəsatəti rədd edilib. Partiya dinləmələrin bir ay təxirə salınmasını və hakim Serqo Metopişvilinin qərəzli ola biləcəyi iddiası ilə işə baxmaqdan kənarlaşdırılmasını tələb edib.
Partiyanın nümayəndəsi Berdia Siçinava müdafiə tərəfinə hazırlıq üçün kifayət qədər vaxt verilmədiyini bildirib və hakimin qərəzsizliyini şübhə altına alıb. Məhkəmə isə əlavə vaxt ayrılmasına ehtiyac olmadığını və təxirəsalmanın prosesi uzada biləcəyini əsas gətirərək vəsatəti rədd edib.
Siçinava, həmçinin hakim “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili və Baş nazir İrakli Kobaxidze də daxil olmaqla, partiyanın yüksəkvəzifəli nümayəndələrinin Çorçana məsələsi ilə bağlı ifadə verməsini tələb edib. Mübahisə Cənubi Osetiya ilə ayırıcı xətt yaxınlığındakı Gürcüstan polis məntəqəsi ilə bağlı hadisələrdən qaynaqlanır.
Məhkəmənin oktyabrın 26-da dinləmələr bərpa edilərkən Bidzina İvanişvili və hakim partiyanın digər nümayəndələrinin şahid qismində çağırılması barədə vəsatətə dair qərar verəcəyi gözlənilir. Prosesin oktyabrın 30-dək hər gün davam etdirilməsi planlaşdırılır.
Hakim “Gürcü Arzusu” partiyasının 88 deputatının qaldırdığı iddiada beş müxalifət partiyasının fəaliyyətinin Konstitusiyaya zidd hesab edilməsi və qadağan olunması tələb edilir.
İddiada “Vahid Milli Hərəkat”, “Dəyişiklik naminə Koalisiya”, “Güclü Gürcüstan – Lelo”, “Federalistlər” və “Gürcüstan naminə” partiyalarının adları çəkilir.
“Gürcü Arzusu” bu partiyaların Gürcüstanın konstitusiya quruluşuna qarşı fəaliyyət göstərdiyini, o cümlədən konstitusiya quruluşunu zor gücünə dəyişdirməyə cəhd göstərdiklərini və ölkənin ərazi bütövlüyünə xələl gətirdiklərini iddia edir.
Müxalifət ittihamları rədd edərək iddianın siyasi motivli olduğunu bildirir və beş partiyanın hamısının eyni məhkəmə işi çərçivəsində birləşdirilməsinin hüquqi əsaslarını şübhə altına alır.
Müxalifət nümayəndələri məhkəmənin əlavə sübutların təqdim edilməsinə və kənar hüquq ekspertlərinin cəlb olunmasına icazə verməməsini də tənqid ediblər.
Məhkəmə prosesi beynəlxalq səviyyədə də narahatlıq doğurub. Avropa Komissiyası müxalifət partiyalarının qadağan edilməsinin fundamental azadlıqlara, siyasi plüralizmə və ədalətli siyasi rəqabətə təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib.
Komissiya məhkəmə prosesini yaxından izlədiyini bildirib. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının vitse-prezidenti isə Gürcüstan hakimiyyətini məhkəmə iddiasını geri götürməyə çağırıb.
Hələlik qərar çıxarılmayıb. Lakin məhkəmənin yekun qərarı Gürcüstandakı siyasi müxalifət və ölkənin Qərb tərəfdaşları ilə münasibətləri üçün genişmiqyaslı nəticələr doğura bilər.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 13-də Qəzzada tənəffüs yolu infeksiyalarına yoluxma hallarının sürətlə artdığını bildirib. Güclü yağışlar nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı on minlərlə çadırı su basıb. ÜST vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edib.
Səudiyyə Ərəbistanının dəstəklədiyi, beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə bağlı qüvvələr noyabrın 15-də strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına nəzarət etməyə imkan verən ərazidən geri çəkildiklərini açıqlayıblar. Nəticədə ərazi İranla əlaqəli husilərin nəzarətinə keçib.
Gürcüstanın ən böyük xizək kurortu olan Qudauri növbəti qış mövsümünə hazırlaşır. Yeni kanat yollarının çəkilməsi, əlavə xizək traslarının salınması və süni qar istehsalı üçün avadanlıqların quraşdırılması kurortun turistlər üçün cəlbediciliyini artıracaq.
Əfqanıstanın Təhsil Nazirliyi BMT-nin təhsilə çıxışla bağlı hesabatının ölkədəki vəziyyəti tam əks etdirmədiyini bildirib. Nazirliyin məlumatına görə, ölkədə 7,6 milyondan çox şagird məktəblərdə, 2,4 milyondan çox şagird isə mədrəsələrdə təhsil alır.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya bildirib ki, noyabrın 15-də husilərin Ər-Riyad istiqamətində buraxdığı iki ballistik raketin, eləcə də ölkənin Şərq vilayətində üç pilotsuz uçuş aparatının (PUA) qarşısını alıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın