İspaniyada miqrant axını üzrə son altı ilin rekordu qeydə alınıb
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata...
İranın dəstəklədiyi Yəmənin husi qruplaşması oktyabrın 26-da Səudiyyə Ərəbistanının Şərq–Qərb neft kəməri üzərindəki nasos stansiyalarını və Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanını hədəfə aldığını bildirib. Açıqlama regionda gərginliyin artdığı bir vaxtda verilib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ər-Riyada doğru atılan ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb.
Koalisiya həmçinin Yəmənin paytaxtı Sənada iki ballistik raket buraxılış qurğusunu məhv etdiyini bildirib. Onlardan birinin Ər-Riyada raket hücumunda istifadə olunduğu qeyd edilib.
Oktyabrın 26-da koalisiya Yəməndə daha genişmiqyaslı hərbi əməliyyat keçirdiyini də açıqlayıb. Bildirilib ki, əməliyyat zamanı ballistik raketlərin saxlanıldığı beş tunel, daha dörd raket buraxılış qurğusu, raket anbarı, təchizat yolları, həmçinin cəbhə xəttindəki silahlı qüvvələr və hərbi texnika hədəfə alınıb.
Koalisiyanın sözçüsü Turki əl-Maliki bildirib ki, hərbçilər mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün çəkindirici xarakterli hərbi tədbirləri davam etdirəcəklər.
Husilərin son açıqlamaları oktyabrın əvvəlində Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən və 13 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra verilib. Hücuma görə məsuliyyəti husilər öz üzərinə götürüblər. Bu, son on ildən artıq müddətdə Səudiyyə Ərəbistanında ən çox insanın həyatını itirdiyi hücum olub. Oktyabrın 25-də hava limanının iki terminalında uçuşlar bərpa olunub.
Müharibə səbəbindən Hörmüz boğazının böyük ölçüdə bağlı qalması Səudiyyə Ərəbistanının neft infrastrukturuna yönələn təhdidlərlə bağlı narahatlıqları daha da artırıb. Bu vəziyyət qlobal enerji təchizatına da təhlükə yaradır.
Uzunluğu 1200 kilometr olan Şərq–Qərb neft kəməri Hörmüz boğazından yan keçməklə Səudiyyə Ərəbistanı neftinin ixracı üçün mühüm alternativ marşruta çevrilib.
Sentyabrda pilotsuz uçuş aparatı ilə edilən hücumdan sonra Səudiyyə Ərəbistanı ehtiyat tədbiri olaraq kəmərin fəaliyyətini müvəqqəti dayandırıb. Həm Ər-Riyad, həm də Bağdad hücumun İraq ərazisindən həyata keçirildiyini bildirib.
Oktyabrın 24-də husilər Şərq–Qərb neft kəmərini və onun nasos stansiyalarını, Yanbu şəhərindəki “Aramco” obyektini, eləcə də Rabiq neft emalı zavodunu hədəfə aldıqlarını iddia ediblər. Səudiyyə Ərəbistanı bu iddiaları hələlik təsdiqləməyib.
Husilərin ötən ay Yəmənin Qırmızı dəniz sahilində strateji əhəmiyyətli əraziləri ələ keçirməsindən və Bab əl-Məndəb boğazına doğru irəliləməsindən sonra Səudiyyə Ərəbistanı hərbi hücumlarını intensivləşdirib.
Bab əl-Məndəb boğazı neft daşımaları və beynəlxalq ticarət üçün mühüm dəniz marşrutlarından biridir. Ərəbistan yarımadasının Hörmüz boğazına əks tərəfində yerləşən bu boğaz Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir.
Döyüşlərin yenidən başlaması BMT-nin vasitəçiliyi ilə 2022-ci ildə əldə olunan atəşkəsdən sonra yaranmış nisbi sakitliyə faktiki olaraq son qoyub.
Səudiyyə Ərəbistanı husilərin Yəmənin paytaxtı Sənanı ələ keçirməsindən bir il sonra, 2015-ci ildə hərbi koalisiyaya rəhbərlik edərək ölkədəki vətəndaş müharibəsinə müdaxilə edib.
Münaqişənin kəskinləşməsi maliyyə bazarlarına da təsir göstərib. Oktyabrın 25-də Səudiyyə Ərəbistanının əsas fond indeksi 2,7 faiz geriləyib. Bu, son 18 ayda qeydə alınan ən böyük gündəlik itki olub.
Fars körfəzinin digər ölkələrinin əksəriyyətində də fond bazarları günü enişlə başa vurub. İnvestorlar hərbi gərginliyin artması və regionda dəniz daşımalarının pozulması risklərindən narahatdırlar.
Neft tədarükü ilə bağlı narahatlıqlara baxmayaraq, oktyabrın 26-da qiymətlər bir qədər azalıb.
Beynəlxalq bazarda əsas qiymət göstəricilərindən biri olan Brent markalı neftin qiyməti təxminən 2 faiz azalaraq bir barel üçün 114,82 dollara düşüb. ABŞ-nin WTI markalı neftinin qiyməti isə 101,19 dollara enib.
Bazar iştirakçılarının fikrincə, oktyabrın 23-dəki kəskin bahalaşmadan sonra neft bazarında həddindən artıq alış əlamətləri müşahidə olunub. Həmin gün Brent neftinin qiyməti aprelin 29-dan bəri ən yüksək səviyyəyə çatıb.
Bununla belə, ilin əvvəlindən bəri xam neftin qiyməti təxminən 90 faiz artıb. Səudiyyə Ərəbistanına ardıcıl hücumlar investorların narahatlığını daha da gücləndirir.
Oktyabrın 23-də neftin bahalaşmasına təsir edən amillərdən biri də ABŞ və İsrailin noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərindən sonra İrana yenidən hərbi zərbələr endirə biləcəyi ilə bağlı xəbərlər olub.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 13-də Qəzzada tənəffüs yolu infeksiyalarına yoluxma hallarının sürətlə artdığını bildirib. Güclü yağışlar nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı on minlərlə çadırı su basıb. ÜST vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edib.
Səudiyyə Ərəbistanının dəstəklədiyi, beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə bağlı qüvvələr noyabrın 15-də strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına nəzarət etməyə imkan verən ərazidən geri çəkildiklərini açıqlayıblar. Nəticədə ərazi İranla əlaqəli husilərin nəzarətinə keçib.
Gürcüstanın ən böyük xizək kurortu olan Qudauri növbəti qış mövsümünə hazırlaşır. Yeni kanat yollarının çəkilməsi, əlavə xizək traslarının salınması və süni qar istehsalı üçün avadanlıqların quraşdırılması kurortun turistlər üçün cəlbediciliyini artıracaq.
Əfqanıstanın Təhsil Nazirliyi BMT-nin təhsilə çıxışla bağlı hesabatının ölkədəki vəziyyəti tam əks etdirmədiyini bildirib. Nazirliyin məlumatına görə, ölkədə 7,6 milyondan çox şagird məktəblərdə, 2,4 milyondan çox şagird isə mədrəsələrdə təhsil alır.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya bildirib ki, noyabrın 15-də husilərin Ər-Riyad istiqamətində buraxdığı iki ballistik raketin, eləcə də ölkənin Şərq vilayətində üç pilotsuz uçuş aparatının (PUA) qarşısını alıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın