canlı Tramp APEC sammitində Putinlə üçtərəfli danışıqlardan öncə Si Cinpinlə görüşəcək
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə...
İsrailin Baş naziri Benyamin Netanyahu gərgin seçki mübarizəsi ilə üz-üzədir. Əvvəlki rəy sorğuları onun məğlubiyyət ehtimalına işarə etsə də, rəqibləri hakimiyyətə gəlmək üçün hələ də aydın yol tapa bilmirlər.
Səsvermə oktyabrın 27-də keçiriləcək. Seçicilər ayrı-ayrı namizədlərə deyil, partiyalara səs verəcəklər. Hər partiyanın parlamentdə neçə yer qazanacağı topladığı səslərdən asılı olacaq. Bu yerləri partiyanın siyahısında olan namizədlər tutacaqlar.
Bu, HƏMAS-ın rəhbərlik etdiyi qüvvələrin 7 oktyabr 2023-cü ildə İsrailə hücumlarından sonra ölkədə keçirilən ilk seçkilərdir. Həmin hücumlar Qəzza və Livandakı döyüşləri, eləcə də İsrailin İrana hava zərbələrini əhatə edən daha geniş regional münaqişəyə səbəb olub.
Seçkilərdə əsas rol oynayan siyasi fiqurları təqdim edirik.
Netanyahu ilk dəfə 1996–1999-cu illərdə baş nazir olub, 2009-cu ildən bəri isə İsrail siyasətində aparıcı rol oynayıb. O, beynəlxalq aləmdə İsrailin ən tanınmış siyasi simalarından biridir. Ölkə daxilində isə ona münasibət birmənalı deyil. Onu dəstəkləyənlərlə yanaşı, sərt tənqid edənlər də var.
Tərəfdarları onu “Kral Bibi” adlandırır və İsraili düşmən münasibət bəsləyən ölkələrlə əhatə olunmuş regionda müdafiə etməyə qadir güclü lider hesab edirlər.
Lakin Netanyahu getdikcə artan siyasi və hüquqi təzyiqlərlə üzləşir. Beynəlxalq Cinayət Məhkəməsi Qəzzada törədildiyi iddia olunan hərbi cinayətlərlə bağlı onun həbsinə order verib. Netanyahu həm bunu, həm də korrupsiya ittihamlarını rədd edir.
Rəy sorğuları göstərib ki, 7 oktyabr hücumundan sonra Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasına dəstək kəskin azalıb. Həmin hadisə onun ölkənin təhlükəsizliyini təmin edə bilən lider kimi nüfuzuna zərbə vurub. Hökumətinin dinin cəmiyyətdəki yeri və dövlətin rolu ilə bağlı siyasəti də bir çox seçicinin narazılığına səbəb olub.
Bütün bu çətinliklərə baxmayaraq, Netanyahu seçkilərdə qalib gələcəyi təqdirdə geniş tərkibli milli birlik hökuməti qurmaq istədiyini bildirib. Seçkilərdən sonra siyasi qüvvələr arasında razılıq əldə olunmasa, o, bir neçə ay müvəqqəti baş nazir kimi vəzifəsində qala bilər.
Qəzzadakı döyüşlərdə oğlunu itirən İsrail ordusunun keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkot özünü ənənəvi siyasi dairələrdən kənar, zəngin hərbi təcrübəyə malik və təhlükəsizlik məsələlərində sərt mövqe tutan siyasətçi kimi təqdim edir.
O, adı ivrit dilində “düz” və ya “dürüst” mənasını verən yeni mərkəzçi “Yaşar” partiyasına rəhbərlik edir.
54 yaşlı keçmiş Baş nazir, xüsusi təyinatlı qüvvələrin keçmiş hərbçisi, Netanyahunun sabiq köməkçisi və yüksək texnologiyalar sahəsində milyonçu olan Naftali Bennet digər keçmiş Baş nazir, mərkəzçi siyasətçi Yair Lapidlə ittifaq qurub.
Onların yaratdığı yeni “Birlikdə” partiyası seçki kampaniyasında müharibənin cəmiyyətə vurduğu mənəvi zərərin aradan qaldırılmasına və ölkədə sabitliyin bərpasına diqqət yetirir.
Siyasi fikir ayrılıqlarına baxmayaraq, Bennet və Lapid 2021-ci ildə Netanyahunu hakimiyyətdən uzaqlaşdıran koalisiyada da birləşmişdilər.
68 yaşlı keçmiş müdafiə naziri Aviqdor Liberman uzun illər Netanyahunun yaxın müttəfiqi olsa da, sonradan onun ən sərt tənqidçilərindən birinə çevrilib.
Təhlükəsizlik məsələlərində sərt mövqeyi ilə tanınan Liberman 2018-ci ildə Netanyahunu Qəzzadakı fələstinli silahlı qruplaşmalara qarşı həddindən artıq yumşaq davranmaqda ittiham edərək hökumətdən istefa verib.
Liberman daha sonra “X” sosial şəbəkəsində bildirib ki, Netanyahunun dövlətə xəyanət ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunması üçün İsrailin baş prokuroruna müraciət edərək cinayət işi üzrə istintaq başlanmasını istəyib.
2023-cü il oktyabrın 7-də HƏMAS-ın rəhbərlik etdiyi hücumlar zamanı insanları xilas etdiyinə görə təqdir olunan 64 yaşlı keçmiş general Yair Qolan “Demokratlar” partiyasına rəhbərlik edir. Partiya İsrailin tarixi Əmək Partiyasının bazasında və daha kiçik solçu “Meretz” partiyasının birləşməsi nəticəsində yaradılıb.
46 yaşlı maliyyə naziri Bezalel Smotriç və 50 yaşlı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir fələstinlilərə qarşı ifrat sağçı siyasətlərinə görə beynəlxalq ictimaiyyətin ciddi tənqidləri ilə üzləşiblər.
2007-ci ildə ərəblərə qarşı irqi ayrı-seçkiliyə təhrik etməkdə təqsirli bilinən Ben-Qvir fələstinli silahlı qruplaşmaların məhkum edilmiş üzvlərinə ölüm cəzasının tətbiqini, həbsdə saxlanılan fələstinlilər üçün şəraitin sərtləşdirilməsini və israillilərin odlu silah əldə etməsinin asanlaşdırılmasını müdafiə edib.
Netanyahu hakimiyyətdə qalmaq üçün uzun illər ultraortodoks yəhudiləri təmsil edən iki partiyanın – “Birləşmiş Tövrat Yəhudiliyi” və “Şas”ın dəstəyinə arxalanıb.
Bu partiyaların öz icmalarının üzvlərinin məcburi hərbi xidmətdən geniş şəkildə azad olunması tələbi, xüsusilə müharibə dövründə cəmiyyətdə ciddi narazılıq yaradıb.
Ultraortodoks yəhudi icmalarında məşğulluq səviyyəsinin aşağı olması və dövlət sosial yardımlarından geniş asılılıq da onların İsrail cəmiyyətinin digər təbəqələri ilə münasibətlərində gərginliyi artırıb.
Təl-Əvivdə seçkilər ərəfəsində minlərlə israilli etiraz aksiyası keçirib
İsraildə seçki gərginliyi: Netanyahunu əvəzləmək planı nə dərəcədə realdır?
Əsas siyasi bloklardan kənarda qalan bir neçə partiya növbəti hökumətin formalaşmasında həlledici rol oynaya bilər.
Onların arasında İsrail əhalisinin təxminən 20 faizini təşkil edən ərəb azlığını təmsil edən “Raam” və “Birgə Siyahı” partiyaları da var.
Yeni yaradılmış iki partiya – sağçı “İsrail Xalqı” və sağ mərkəzçi “Ehtiyatda olan hərbçilər” də seçkilərin nəticələrinə təsir göstərə bilər. Lakin rəy sorğularında hər iki partiyaya dəstək dəyişkən olub.
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Manilada Filippin Prezidenti Ferdinand Markosla görüşür. Onun daha sonra Çində Si Cinpin və Vladimir Putinlə danışıqlar aparması planlaşdırılır.
Asiya-Sakit okean regionunun liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammiti üçün Çinin cənubundakı Şencen şəhərində toplaşırlar. Sammitdə əsas diqqət ticarət, iqtisadi əməkdaşlıq və süni intellekt məsələlərinə yönəlib.
AnewZ-un 17 noyabr tarixli gündəlik icmalında beynəlxalq görüşlərin əsas məqamlarına nəzər salırıq. İslamabadda ticarət, Manilada dəniz təhlükəsizliyi, Çində böyük dövlətlərin münasibətləri, Türkiyədə iqlim maliyyəsi, Brüsseldə isə Ukraynanın təhlükəsizliyi müzakirə olunur.
ABŞ ilə Rusiyanın mümkün sövdələşmə üçün şərtlər formalaşdırması Ukraynanın başı üzərində kəskin bir qılınc kimi asılıb.
ABŞ Prezidenti Donald Tramp Filippinin paytaxtı Manilada keçirilən ASEAN-ın 49-cu sammitində iştirak etmək üçün ölkəyə gedib. Dünya liderlərinin görüşündə ticarət, regional təhlükəsizlik və Çinlə münasibətlərdə yaranan gərginlik əsas müzakirə mövzularıdır.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Qarabağ hərəkatından imtina etdiyini bildirib. O, Azərbaycanla barışın davamlı olması üçün sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.
Pakistan və Türkmənistan əməkdaşlığın genişləndirilməsinə dair iki sənəd imzalayıb, turizm sahəsində anlaşma memorandumu isə mübadilə edilib. Tərəflər icrası uzun müddətdir gecikən TAPI qaz kəməri layihəsini, eləcə də regional nəqliyyat əlaqələrini müzakirə ediblər.
İran PUA-larla Küveytdəki ABŞ hərbi texnikasını hədəf aldığını iddia edib. Bu arada Oman Tehranla gərginliyi azaltmaq və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün diplomatik səylərini davam etdirir.
Ermənistan Rusiyanın erməni məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərə görə Avrasiya İqtisadi İttifaqının (Aİİ) Məhkəməsinə müraciət edə bilər. Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan noyabrın 18-də bildirib.
Azərbaycan və Almaniya enerji təhlükəsizliyi, ticarət və regional nəqliyyat sahələrində əməkdaşlığı daha da gücləndirmək niyyətlərini bildiriblər. Bakıda keçirilən yüksək səviyyəli danışıqlarda Almaniya Azərbaycanın Avropa üçün alternativ qaz təchizatçısı kimi əhəmiyyətinin artdığını vurğulayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın