İspaniyada miqrant axını üzrə son altı ilin rekordu qeydə alınıb
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata...
Əfqanıstan hakimiyyətinin məlumatına görə, 2022-ci ilin əvvəlindən Pakistan ordusunun hücumları nəticəsində 1 119 mülki şəxs ölüb və ya yaralanıb. Bildirilir ki, zərərçəkənlərin əksəriyyəti qadınlar və uşaqlardır.
Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Qəhhar Bəlxi CNN-ə bildirib ki, ölən və yaralananlar arasında Kabildə narkotik asılılığından müalicə olunan yüzlərlə insan da var.
“2022-ci ilin əvvəlindən bəri bu hücumlar nəticəsində 1119 mülki şəxs ölüb və ya yaralanıb. Onların əksəriyyəti qadınlar və uşaqlardır. Zərərçəkənlər arasında reabilitasiya mərkəzində müalicə alan yüzlərlə insan da var”, – deyə Bəlxi bildirib.
Pakistan Xarici İşlər Nazirliyi oktyabrın 26-da yaydığı bəyanatda ittihamları rədd edib. Nazirliyin məlumatına görə, Pakistanın hərbi əməliyyatları Əfqanıstandakı silahlı qruplaşmaları və onların logistika bazalarını hədəf alıb.
İslamabad Kabili “Təhrik-e-Taliban Pakistan” (TTP) və Bəlucistan Azadlıq Ordusu (BLA) qruplaşmalarına sığınacaq verməkdə ittiham edib. Pakistan hakimiyyəti həmçinin iddia edib ki, bu il Əfqanıstan ərazisindən təşkil olunan hücumlar nəticəsində ölkədə 3500-dən çox insan ölüb və ya yaralanıb.
BMT-nin Əfqanıstandakı Yardım Missiyası (UNAMA) oktyabrın 1-də bildirib ki, 2026-cı ildə Əfqanıstanda sərhədyanı zorakılıq nəticəsində 1100-dən çox mülki şəxsin öldüyü və ya yaralandığı qeydə alınıb.
Martın 16-da Pakistanın hava zərbəsi nəticəsində Kabildəki “Omid” reabilitasiya xəstəxanası vurulub. BMT-nin məlumatına görə, hücumda azı 143 nəfər həlak olub. Pakistan isə tibb müəssisəsini hədəf aldığını rədd edib.
AnewZ-a açıqlamasında Bəlxi bildirib:
“İslam Əmirliyi həmişə məsələlərin dialoq və diplomatiya yolu ilə həllinin tərəfdarı olub”.
O, Pakistanın Əfqanıstanın silahlı qruplaşmalara sığınacaq verməsi ilə bağlı ittihamlarını da rədd edib.
“Pakistanın təhlükəsizlik problemləri onilliklərdir davam edir və bu problemləri həll etmək Pakistanın öz üzərinə düşür”, – deyə Bəlxi bildirib.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 13-də Qəzzada tənəffüs yolu infeksiyalarına yoluxma hallarının sürətlə artdığını bildirib. Güclü yağışlar nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı on minlərlə çadırı su basıb. ÜST vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edib.
Səudiyyə Ərəbistanının dəstəklədiyi, beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə bağlı qüvvələr noyabrın 15-də strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına nəzarət etməyə imkan verən ərazidən geri çəkildiklərini açıqlayıblar. Nəticədə ərazi İranla əlaqəli husilərin nəzarətinə keçib.
Gürcüstanın ən böyük xizək kurortu olan Qudauri növbəti qış mövsümünə hazırlaşır. Yeni kanat yollarının çəkilməsi, əlavə xizək traslarının salınması və süni qar istehsalı üçün avadanlıqların quraşdırılması kurortun turistlər üçün cəlbediciliyini artıracaq.
Əfqanıstanın Təhsil Nazirliyi BMT-nin təhsilə çıxışla bağlı hesabatının ölkədəki vəziyyəti tam əks etdirmədiyini bildirib. Nazirliyin məlumatına görə, ölkədə 7,6 milyondan çox şagird məktəblərdə, 2,4 milyondan çox şagird isə mədrəsələrdə təhsil alır.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya bildirib ki, noyabrın 15-də husilərin Ər-Riyad istiqamətində buraxdığı iki ballistik raketin, eləcə də ölkənin Şərq vilayətində üç pilotsuz uçuş aparatının (PUA) qarşısını alıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın