canlı Tramp APEC sammitində Putinlə üçtərəfli danışıqlardan öncə Si Cinpinlə görüşəcək
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərində keçirilən APEC sammitində iştirak edir. Onun əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki qəbul edib. Görüşdə əməkdaşlıq, təhsil və humanitar layihələr, eləcə də İslam həmrəyliyinin möhkəmləndirilməsi müzakirə olunub.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçirilməsi münasibətilə Azərbaycan Prezidentini təbrik edib.
Əl-Maliki Prezident İlham Əliyevin Forumdakı çıxışının böyük maraq doğurduğunu bildirib. O, davam edən münaqişələr fonunda müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsinə müraciətin vacibliyini vurğulayıb. Baş direktor dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə dair fikirlərin də beynəlxalq münasibətlər üçün aktual olduğunu qeyd edib.
ICESCO-nun Baş direktoru təşkilata davamlı dəstəyə və könüllü maliyyə töhfələrinə görə Azərbaycan Prezidentinə təşəkkür edib. O, Azərbaycanın üzv müsəlman ölkələrində təhsilin inkişafına yönələn layihələrə dəstəyinin yüksək qiymətləndirildiyini bildirib.
Əl-Maliki Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə əməkdaşlığı da qeyd edərək onun dəstəyi ilə müsəlman ölkələrində həyata keçirilən humanitar və təhsil layihələrinin əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan ilə ICESCO arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edib və ölkənin İslam həmrəyliyinin möhkəmləndirilməsi üçün davamlı səylər göstərdiyini bildirib.
Prezident Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini və təşkilata sədrliyi həyata keçirəcəyini diqqətə çatdırıb. O, Azərbaycanın həm İslam Əməkdaşlıq Təşkilatına, həm də ICESCO-ya dəstəyini davam etdirəcəyini vurğulayıb.
Görüşdə tərəflər əməkdaşlıq gündəliyindəki digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Manilada Filippin Prezidenti Ferdinand Markosla görüşür. Onun daha sonra Çində Si Cinpin və Vladimir Putinlə danışıqlar aparması planlaşdırılır.
Asiya-Sakit okean regionunun liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammiti üçün Çinin cənubundakı Şencen şəhərində toplaşırlar. Sammitdə əsas diqqət ticarət, iqtisadi əməkdaşlıq və süni intellekt məsələlərinə yönəlib.
AnewZ-un 17 noyabr tarixli gündəlik icmalında beynəlxalq görüşlərin əsas məqamlarına nəzər salırıq. İslamabadda ticarət, Manilada dəniz təhlükəsizliyi, Çində böyük dövlətlərin münasibətləri, Türkiyədə iqlim maliyyəsi, Brüsseldə isə Ukraynanın təhlükəsizliyi müzakirə olunur.
ABŞ ilə Rusiyanın mümkün sövdələşmə üçün şərtlər formalaşdırması Ukraynanın başı üzərində kəskin bir qılınc kimi asılıb.
ABŞ Prezidenti Donald Tramp Filippinin paytaxtı Manilada keçirilən ASEAN-ın 49-cu sammitində iştirak etmək üçün ölkəyə gedib. Dünya liderlərinin görüşündə ticarət, regional təhlükəsizlik və Çinlə münasibətlərdə yaranan gərginlik əsas müzakirə mövzularıdır.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Qarabağ hərəkatından imtina etdiyini bildirib. O, Azərbaycanla barışın davamlı olması üçün sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.
Pakistan və Türkmənistan əməkdaşlığın genişləndirilməsinə dair iki sənəd imzalayıb, turizm sahəsində anlaşma memorandumu isə mübadilə edilib. Tərəflər icrası uzun müddətdir gecikən TAPI qaz kəməri layihəsini, eləcə də regional nəqliyyat əlaqələrini müzakirə ediblər.
İran PUA-larla Küveytdəki ABŞ hərbi texnikasını hədəf aldığını iddia edib. Bu arada Oman Tehranla gərginliyi azaltmaq və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün diplomatik səylərini davam etdirir.
Ermənistan Rusiyanın erməni məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərə görə Avrasiya İqtisadi İttifaqının (Aİİ) Məhkəməsinə müraciət edə bilər. Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan noyabrın 18-də bildirib.
Azərbaycan və Almaniya enerji təhlükəsizliyi, ticarət və regional nəqliyyat sahələrində əməkdaşlığı daha da gücləndirmək niyyətlərini bildiriblər. Bakıda keçirilən yüksək səviyyəli danışıqlarda Almaniya Azərbaycanın Avropa üçün alternativ qaz təchizatçısı kimi əhəmiyyətinin artdığını vurğulayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın