Qara dənizdə dron hücumu: Üç ticarət gəmisi zədələnib
Rumıniyanın Baş naziri Luka Nikulesku Qara dənizdə, Sulina kanalı yaxınlığında üç ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz...
Gürcüstan milli valyutasının rəqəmsal versiyasını tətbiq etməyə hazırlaşır. Parlament müvafiq qanunvericilik dəyişikliklərini təsdiqləyib, Milli Bank isə pilot layihələrə başlayıb. Rəqəmsal larinin ölkə üzrə geniş istifadəyə verilməsi bir neçə il çəkə bilər.
Gürcüstan Milli Bankının prezidenti Natia Turnava Tbilisi Maliyyə Sammitində bildirib ki, qurum rəqəmsal larinin mövcud pul formaları ilə paralel istifadəsini araşdırır. Bank həmçinin aktivlərin rəqəmsal tokenlərə çevrilməsi, sabit dəyərli kriptovalyutalar və ödəniş infrastrukturunun yenilənməsi imkanlarını nəzərdən keçirir.
Bu təşəbbüslər Gürcüstanın regional maliyyə texnologiyaları mərkəzinə çevrilmək məqsədinin bir hissəsidir. Milli Bank Dünya Bankı və digər beynəlxalq tərəfdaşların dəstəyi ilə real vaxt rejimində hesablaşma infrastrukturunu da təkmilləşdirir.
Rəqəmsal lari Milli Bankın buraxacağı və təmin edəcəyi elektron milli valyutadır. Kommersiya banklarındakı depozitlərdən və özəl kriptovalyutalardan fərqli olaraq, o, birbaşa Milli Bankın öhdəliyi olacaq.
Bir rəqəmsal lari bir ənənəvi lariyə bərabər olacaq. Onun dövriyyəyə buraxılması, paylanması və istifadə qaydalarını Milli Bank müəyyən edəcək.
Qurumun Maliyyə Sabitliyi Departamentinin rəhbəri Davit Utiaşvili oktyabrın 21-də bildirib ki, pilot layihələr rəqəmsal valyutanın faydalarını, xərclərini, texnoloji çətinliklərini və mümkün risklərini qiymətləndirməyə imkan verəcək.
Parlament “Gürcüstan Milli Bankı haqqında” qanuna dəyişiklikləri sürətləndirilmiş qaydada qəbul edib. Dəyişikliklər rəqəmsal larinin buraxılması üzrə müstəsna səlahiyyəti Milli Banka verir.
Rəqəmsal larinin dövlət büdcəsinin kəsirini maliyyələşdirmək məqsədilə buraxılması qadağan olunur. Milli Bank hüquqi bazanın yaradılmasına baxmayaraq, yaxın illərdə rəqəmsal valyutanın ölkə üzrə geniş istifadəyə verilməsinin nəzərdə tutulmadığını bildirir.
Bank sektorunun əsas narahatlığı müştərilərin kommersiya banklarındakı vəsaitlərini kütləvi şəkildə rəqəmsal lariyə çevirməsi ehtimalıdır. Bu, bankların likvidliyini azalda və kredit vermək imkanlarını məhdudlaşdıra bilər.
Fiziki və hüquqi şəxslərin saxlaya biləcəyi rəqəmsal lari məbləğinə tətbiq olunacaq limitlər də müzakirə mövzusudur.
Gürcüstan Banklar Assosiasiyasının prezidenti Aleksandr Dzneladze Avropa İttifaqında mərkəzi bankların rəqəmsal valyutaları ilə bağlı müzakirələrə və tənzimləmədəki qeyri-müəyyənliklərə diqqət çəkərək ehtiyatlı yanaşmağa çağırıb.
Maliyyə texnologiyaları Assosiasiyasının rəhbəri Davit Kikvidzenin fikrincə, rəqəmsal lari Milli Bankın pul-kredit siyasətini həyata keçirmək imkanlarını gücləndirə və qərarların iqtisadiyyata təsirini sürətləndirə bilər.
O, texnologiyanın ödənişləri daha çevik edəcəyini və maliyyə xidmətlərini müasirləşdirəcəyini də bildirib.
Rəqəmsal larinin tətbiqi ilə bağlı yekun qərar pilot layihələrin nəticələrindən, gözlənilən fayda və risklərin qiymətləndirilməsindən asılı olacaq.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 13-də Qəzzada tənəffüs yolu infeksiyalarına yoluxma hallarının sürətlə artdığını bildirib. Güclü yağışlar nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı on minlərlə çadırı su basıb. ÜST vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edib.
Səudiyyə Ərəbistanının dəstəklədiyi, beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə bağlı qüvvələr noyabrın 15-də strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına nəzarət etməyə imkan verən ərazidən geri çəkildiklərini açıqlayıblar. Nəticədə ərazi İranla əlaqəli husilərin nəzarətinə keçib.
Gürcüstanın ən böyük xizək kurortu olan Qudauri növbəti qış mövsümünə hazırlaşır. Yeni kanat yollarının çəkilməsi, əlavə xizək traslarının salınması və süni qar istehsalı üçün avadanlıqların quraşdırılması kurortun turistlər üçün cəlbediciliyini artıracaq.
Əfqanıstanın Təhsil Nazirliyi BMT-nin təhsilə çıxışla bağlı hesabatının ölkədəki vəziyyəti tam əks etdirmədiyini bildirib. Nazirliyin məlumatına görə, ölkədə 7,6 milyondan çox şagird məktəblərdə, 2,4 milyondan çox şagird isə mədrəsələrdə təhsil alır.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya bildirib ki, noyabrın 15-də husilərin Ər-Riyad istiqamətində buraxdığı iki ballistik raketin, eləcə də ölkənin Şərq vilayətində üç pilotsuz uçuş aparatının (PUA) qarşısını alıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın