Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
Azərbaycan Turizm Bürosu ilə Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) arasında Bakıda anlaşma memorandumu imzalanıb. Sənəd Azərbaycanın regionda turizm istiqaməti kimi tanıdılmasını və şirkətlər arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Memorandum oktyabrın 29-da keçirilən “PATA Hosted Buyers Summit Baku 2026” sammiti çərçivəsində imzalanıb. Tədbirə Çin, Yaponiya, Cənubi Koreya, Sinqapur, Malayziya və İndoneziyadan 50-dən çox turizm mütəxəssisi qatılıb.
Xarici və yerli turizm şirkətlərinin nümayəndələri arasında B2B formatında görüşlər keçirilib. Görüşlərdə yeni tərəfdaşlıqların qurulması, turizm məhsullarının hazırlanması və Asiya ölkələrindən Azərbaycana daha çox turistin cəlb olunması imkanları müzakirə edilib.
Sammit Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və PATA-nın təşkilatçılığı ilə keçirilib.
PATA-nın sədri Henri O bildirib ki, assosiasiyanın regional və beynəlxalq əlaqələr şəbəkəsi Azərbaycanın turizm imkanlarının tanıdılmasına kömək edəcək.
“Bu tədbiri keçirməyimizin əsas məqsədi Azərbaycanı dünyada tanıtmaqdır”, — o deyib.
Açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid də çıxış ediblər.
Zenqstşmid bildirib ki, iştirakçılar Bakı ilə yanaşı, ölkənin digər bölgələrinin turizm imkanları ilə də tanış olacaqlar. O, Bakının şəhər turizmi imkanlarından, bölgələrin isə mədəni və təbii zənginliklərindən danışıb.
Sammit 24–30 oktyabr tarixlərində keçirilən birhəftəlik tanışlıq səfərinin proqramı çərçivəsində baş tutub. Səfər Bakı, Şamaxı, Qəbələ, Şəki və Qaxı əhatə edir.
İştirakçılar paytaxtın şəhər həyatı, bölgələrin tarixi abidələri, mədəni irsi, təbiəti və turizm infrastrukturu ilə tanış olurlar.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri keçirilib, mətbuata bəyanatlar verilib, Xocalı Soyqırımı Memorialı və Xankəndidəki Zəfər abidəsi ziyarət olunub.
Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 2029-cu ilə qədər Avropa İttifaqı (Aİ) ilə vizasız gediş-gəlişə nail olacağına ümid etdiyini bildirib. Bu barədə Ermənistanın dövlət xəbər agentliyi “Armenpress” məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın