Londonda Azərbaycan səfirliyi qarşısında İran bayraqları ilə aksiya keçirilib

Londonda Azərbaycan səfirliyi qarşısında İran bayraqları ilə aksiya keçirilib
Etirazçılar İran bayraqları və hicabı dəstəkləyən plakatlarla Londonda Azərbaycan səfirliyi qarşısında toplaşıblar. 30 oktyabr 2026-cı il.
Reuters

Londonda Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyada etirazçılar İran bayraqları və “Hicabıma toxunma” yazılı plakatlar nümayiş etdiriblər.

Etirazçılar Birləşmiş Krallıqda fəaliyyət göstərən İslam İnsan Hüquqları Komissiyasının payladığı bayraq və plakatları da nümayiş etdiriblər.

Aksiya iştirakçıları İranın keçmiş ali rəhbərləri Ayətullah Ruhullah Xomeyni və Ayətullah Əli Xameneinin portretləri olan İran bayraqları da daşıyıblar.

İştirakçılar hicab taxmaq hüququnu müdafiə edən şüarlar səsləndiriblər. Onlar “Bacılarımızın bu gün təhsil almasına imkan verin” deyə çağırış ediblər.

Aksiya Azərbaycanda məktəbli forması ilə bağlı yeni qaydaların müzakirə olunduğu bir vaxtda keçirilib. Məktəblər üçün vahid standart müəyyən edən bu qaydalarda hicabla bağlı ayrıca qadağa nəzərdə tutulmayıb.

Məktəbli forması ilə bağlı müzakirələr

Azərbaycanda məktəbli forması ilə bağlı müzakirələr Nazirlər Kabinetinin sentyabrın 21-də müvafiq qaydalara dəyişiklik etməsindən sonra başlayıb.

Yeni qaydalara əsasən, ümumi təhsilin dünyəviliyi prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmir.

Dəyişikliklər ölkə üzrə vahid məktəbli forması siyasəti çərçivəsində qəbul edilib. Lakin oktyabrın 12-də bəzi məktəblərdə hicab taxan qızların dərsə buraxılmadığına dair məlumatlar yayılıb.

Teqlər