Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
Noyabrın 1-də İran nümayəndələri Qətər vasitəçiləri ilə Dohada ardıcıl üçüncü gün danışıqlar aparıblar. Görüşlər ABŞ və İsrailin İrana qarşı müharibəsini dayandırmaq üçün diplomatik səylərin davam etdiyi, eyni zamanda yeni hərbi əməliyyatlarla bağlı narahatlıqların artdığı bir vaxtda keçirilib.
Danışıqlar barədə məlumatlı rəsmi şəxs “Reuters” agentliyinə bildirib ki, müzakirələr münaqişəni dayandırmaq və regionda gərginliyi azaltmaq üçün mümkün razılaşmanın əldə olunmasına yönəlib.
İranın xarici işlər naziri Abbas Əraqçi danışıqlarda irəliləyiş olduğunu, lakin hələ yekun razılaşmaya gəlinmədiyini bildirib.
O vurğulayıb ki, Tehran həm hərbi qarşıdurmaya, həm də diplomatik danışıqlara hazırdır.
“Biz bu prosesdə əlimizdən gələni edirik və ümid edirik ki, qarşı tərəf kifayət qədər ağıllı davranaraq digər variantlar əvəzinə diplomatiyaya üstünlük verəcək”, – deyə Əraqçi bildirib.
Nazir həmçinin təklif olunan iki günlük planla bağlı müzakirələrin davam etdiyini təsdiqləyib.
Əraqçinin sözlərinə görə, İran və Qətər nümayəndələri Vaşinqtonla razılaşma əldə edildikdən sonra Hörmüz boğazının iki gün ərzində yenidən açılmasına imkan verə biləcək təklif hazırlayıblar.
Strateji əhəmiyyət daşıyan Hörmüz boğazı dünya neft daşımalarının əsas marşrutlarından biridir. Boğazda gəmi hərəkətinin məhdudlaşdırılması enerji bazarlarına və region ölkələrinin iqtisadiyyatına əlavə təzyiq yaradır.
İran xəbərdarlıq edib ki, hücumların yenidən başlanması qonşu ölkələrdəki ABŞ və İsrail hədəflərinə cavab zərbələri ilə nəticələnə bilər.
Diplomatik səylər noyabrın 3-də ABŞ-də keçiriləcək aralıq seçkilərindən sonra münaqişənin daha da genişlənə biləcəyi ilə bağlı narahatlıqlar fonunda davam edir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton seçkilərdən əvvəl İrana yeni zərbələr endirməyəcək. O, Tehranla danışıqları məhsuldar qiymətləndirsə də, seçkilərdən sonra hərbi əməliyyatların mümkünlüyünü istisna etməyib.
Bu arada İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei silahlı qüvvələrə mümkün hücuma hazır olmağı tapşırıb.
ABŞ-nin dövlət katibi Marko Rubio bildirib ki, Tramp İrana yeni zərbələrin endirilməsi barədə hələ qərar verməyib. Onun sözlərinə görə, ABŞ Prezidenti münaqişənin diplomatik yolla həllinə üstünlük verir.
Qətər vasitəçiləri oktyabrın 30-da Tehrana səfər ediblər. Daha sonra danışıqlar Dohada davam etdirilib.
Razılaşma əldə etmək istiqamətində səylər və Vaşinqtonla təmaslar davam edir.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri keçirilib, mətbuata bəyanatlar verilib, Xocalı Soyqırımı Memorialı və Xankəndidəki Zəfər abidəsi ziyarət olunub.
Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 2029-cu ilə qədər Avropa İttifaqı (Aİ) ilə vizasız gediş-gəlişə nail olacağına ümid etdiyini bildirib. Bu barədə Ermənistanın dövlət xəbər agentliyi “Armenpress” məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın