Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Əbu-Dabidə keçirilən ADIPEC 2026-da enerji şirkətləri neft və qaz təchizatının artırılmasını, sərmayə cəlbini və süni intellektin tətbiqini müzakirə edirlər. Yaxın Şərqdəki münaqişə enerji daşımalarında fasilələrə səbəb olur. “Brent” neftinin bir bareli isə 100 dollardan baha satılır.
Noyabrın 5-dək davam edəcək Beynəlxalq Neft Sərgisi və Konfransında (ADIPEC) 2 260 şirkət iştirak edir. Bu, tədbir üçün rekord göstəricidir. Təşkilatçılar 170-dən çox ölkədən 239 mindən artıq ziyarətçi gözləyirlər.
Azərbaycan tədbirdə milli stend və nümayəndə heyəti ilə təmsil olunur. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) potensial tərəfdaşlarla görüşür və beynəlxalq şirkətlərlə təcrübəsini bölüşür. Sərgi çərçivəsində yeni razılaşmaların əldə olunacağı gözlənilir.
Konfransın ikinci günündə süni intellektin enerji sektorunda tətbiqi və bu sahəyə sərmayə qoyuluşu müzakirə olunub. Boru istehsalı şirkətinin BƏƏ və Omandakı fəaliyyətinə rəhbərlik edən Ömər əl-Buseydi bildirib ki, süni intellekt mütəxəssislərə biliklərindən daha səmərəli istifadə etməyə və daha əsaslandırılmış qərarlar verməyə kömək edə bilər.
Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan əl-Cabirin sözlərinə görə, “ChatGPT” istifadəyə veriləndən sonra əsas sual süni intellektin enerji tələbatının necə qarşılanacağı idi. İndi isə bu texnologiyanın enerji sektoruna nə verə biləcəyi müzakirə olunur.
Peyk rabitəsi şirkətinin nümayəndəsi bildirib ki, operatorlar dənizdəki neft yataqlarını və platformaları real vaxtda izləmək üçün peyk rabitəsini 4G və 5G şəbəkələri ilə birləşdirirlər. Əsas bağlantı zəiflədikdə sistem vacib məlumatları avtomatik olaraq digər şəbəkə ilə ötürür.
Konfransda yanma zamanı yaranan karbon qazının tutulması və sənayedə istifadəsi də müzakirə olunub.

İraqın “Rowwad al-Qemmah” (RQC) şirkəti sərgidə idarə etdiyi Kərbəla neft emalı zavodunun fəaliyyətini təqdim edib.Şirkətin marketinq direktoru BƏƏ-nin WAM xəbər agentliyinə bildirib ki, zavod layihədə nəzərdə tutulan gücünün 102 faizindən yuxarı səviyyədə işləyib. Onun sözlərinə görə, zavodu iki il fasiləsiz olaraq yalnız iraqlı mütəxəssislər və işçilər işlədiblər.
Noyabrın 3-də “Brent” markalı neftin bir bareli təxminən 106 dollara alınıb-satılıb. Vaşinqtonla Tehran arasında diplomatik təmaslara dair məlumatlar fonunda qiymət bir gün əvvəl 6 faizdən çox enmişdi.
“Reuters”in məlumatına görə, “Brent” oktyabr ərzində təxminən 13 faiz bahalaşıb. Ayın sonlarında qiymət 116 dolları ötüb, oktyabrın 30-da isə ticarət 113,43 dollar səviyyəsində başa çatıb.

“Goldman Sachs” geosiyasi riskləri əsas gətirərək dekabr üçün “Brent” neftinin bir barelinə dair qiymət proqnozunu 85 dollardan 90 dollara qaldırıb. Bankın hesablamasına görə, bu risklər hazırda bir barelin qiymətini 20 dollardan bir qədər çox artırır. OPEC+ dekabr ayı üçün neft hasilatı səviyyəsini dəyişməyib. Qrupun növbəti iclası noyabrın 29-na planlaşdırılıb.
ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri Hörmüz boğazında gəmiçiliyin pozulması enerji bazarlarına təsir edir. İran Qətərin vasitəçiliyi ilə boğazın yenidən açılmasına imkan verə biləcək razılaşma təklif edib. Vaşinqton Tehranın şərtlərini qəbul etməyib.
Qırmızı dənizdə isə husilər Səudiyyə Ərəbistanının Cizan və Yanbu şəhərlərindəki “Aramco” obyektlərinə, eləcə də krallıqla əlaqəli tankerlərə hücumlara görə məsuliyyəti üzərlərinə götürüblər. Yanbu Səudiyyə neftini Hörmüz boğazından keçmədən Qırmızı dənizə çatdıran Şərq–Qərb neft kəmərinin son məntəqəsidir.
ADIPEC 2026-nın Strateji Konfransında iştirakçılar regional gərginlik şəraitində beynəlxalq yük daşımalarını davam etdirmək və təchizat zəncirlərində fasilələrin qarşısını almaq yollarını müzakirə ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Çinlə Avropa arasında nəqliyyat əlaqələrinin genişlənməsi Orta Dəhliz üzrə yükdaşımaların artmasına təkan verir. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni imkanlar yaradır.
ABŞ-nin quru əməliyyatlarına başlamaq təhdidləri fonunda İran könüllü mülki şəxslərin hərbi hazırlığını gücləndirir. SEPAH bu məqsədlə Tehranda qadınlar üçün yeni təlim düşərgəsi açıb.
İsraildə yeni seçilmiş parlamentin deputatları noyabrın 10-da and içiblər. Lakin ölkədə hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Prezident İsxak Hersoq Qadi Ayzenkotun hökumət qurmaqda çətinlik çəkdiyi bir vaxtda deputatları yeni seçkilərin qarşısını almağa çağırıb.
Qazaxıstanın məlumatına görə, 2022-ci ildən bəri Şimali Aral dənizində suyun həcmi 24 faiz artaraq 23,4 milyard kubmetrə çatıb. Bu göstəricilər Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim konfransında açıqlanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan iki ildən artıqdır üzvlük haqqını ödəmədiyinə görə noyabrın 11-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilə bilər.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın