İspaniyada miqrant axını üzrə son altı ilin rekordu qeydə alınıb
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata...
Ermənistanda “Güclü Ermənistan” müxalifət partiyasının lideri Samvel Karapetyan bir ay müddətinə həbs edilib. O, “Ermənistan Elektrik Şəbəkələri” (ENA) şirkətinin vəsaitlərini mənimsəməkdə və çirkli pulların yuyulmasında ittiham olunur.
Ermənistan mediasının məlumatına görə, İrəvanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi noyabrın 5-də bu barədə qərar qəbul edib. Karapetyan bir gün əvvəl ölkənin Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.
Ermənistanın İstintaq Komitəsi bildirib ki, noyabrın 4-də iş üzrə 65 ünvanda eyni vaxtda axtarış aparılıb. Samvel Karapetyan da daxil olmaqla, 36 nəfərin saxlanılması barədə qərar verilib.
Onun qardaşı oğlu, partiyanın parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evində də axtarış aparılıb. ENA-nın İdarə Heyətinin üzvü Vardan Makaryan da saxlanılıb.
İstintaq Komitəsinin məlumatına görə, Samvel Karapetyan şirkətin rəhbər şəxslərinin də daxil olduğu cinayətkar qrupa rəhbərlik etməkdə ittiham olunur. Qrup üzvlərinin vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və çirkli pulların yuyulması nəticəsində şirkətə təxminən 180 milyon dollar ziyan dəyib.
Karapetyan ilk dəfə 2025-ci ilin iyununda hakimiyyətin ələ keçirilməsinə açıq çağırış ittihamı ilə həbs olunub. Həmin ilin iyulunda o, çirkli pulların yuyulması məsələsində də ittiham olunub. Sonradan barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
O, ENA-nı 2015-ci ildə, Nikol Paşinyan baş nazir vəzifəsinə gəlməzdən əvvəl alıb.
Ermənistan hökuməti 2025-ci ildə, Karapetyanın həbsindən bir ay sonra şirkətin idarəçiliyini nəzarətə götürüb. 2026-cı ilin oktyabrında isə ENA-nın səhmlərinin dövlətə keçirilməsi prosesinə başlanması barədə qərar qəbul edib.
Paşinyan bildirib ki, hökumət ENA-nın idarəçiliyini beynəlxalq şirkətə həvalə etməyi planlaşdırır, lakin şirkəti yenidən özəlləşdirmək niyyətində deyil.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 13-də Qəzzada tənəffüs yolu infeksiyalarına yoluxma hallarının sürətlə artdığını bildirib. Güclü yağışlar nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı on minlərlə çadırı su basıb. ÜST vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edib.
Səudiyyə Ərəbistanının dəstəklədiyi, beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə bağlı qüvvələr noyabrın 15-də strateji əhəmiyyətli Bab əl-Məndəb boğazına nəzarət etməyə imkan verən ərazidən geri çəkildiklərini açıqlayıblar. Nəticədə ərazi İranla əlaqəli husilərin nəzarətinə keçib.
Gürcüstanın ən böyük xizək kurortu olan Qudauri növbəti qış mövsümünə hazırlaşır. Yeni kanat yollarının çəkilməsi, əlavə xizək traslarının salınması və süni qar istehsalı üçün avadanlıqların quraşdırılması kurortun turistlər üçün cəlbediciliyini artıracaq.
Əfqanıstanın Təhsil Nazirliyi BMT-nin təhsilə çıxışla bağlı hesabatının ölkədəki vəziyyəti tam əks etdirmədiyini bildirib. Nazirliyin məlumatına görə, ölkədə 7,6 milyondan çox şagird məktəblərdə, 2,4 milyondan çox şagird isə mədrəsələrdə təhsil alır.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya bildirib ki, noyabrın 15-də husilərin Ər-Riyad istiqamətində buraxdığı iki ballistik raketin, eləcə də ölkənin Şərq vilayətində üç pilotsuz uçuş aparatının (PUA) qarşısını alıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın