Paşinyan: “Azərbaycanla davamlı sülh üçün saziş imzalanmalıdır”
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Qarabağ hərəkatından imtina etdiyini bildirib. O, Azərbaycanla barışın davamlı olması üçün sülh...
AnewZ-un 5 noyabr tarixli gündəlik icmalında dünyada baş verən 5 mühüm hadisəni təqdim edirik. Müxtəlif ölkələrdə səhiyyə və humanitar böhranlar, siyasi dəyişikliklər və kiberhücumlar gündəmdədir.
Birləşmiş Krallıq Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxmuş tibb işçisini müalicə üçün ölkəyə təxliyə edir. Bu barədə hökumət noyabrın 4-də məlumat yayıb.
Xəstənin vəziyyəti sabitdir. Onun noyabrın 4-də və ya 5-də Birləşmiş Krallığa çatacağı gözlənilir. Daha sonra xəstə xüsusi təchiz olunmuş təcili yardım avtomobili ilə təhlükəli yoluxucu xəstəliklərin müalicəsi üzrə ixtisaslaşmış şöbəyə aparılacaq.
Yəmənin Taiz şəhərində və ətrafında davam edən döyüşlər və giriş-çıxış məhdudiyyətləri səbəbindən 13 100-dən çox hamilə qadın zəruri tibbi yardım ala bilmir. BMT-nin Əhali Fondunun məlumatına görə, bölgədə abort hallarının sayı da artır.
Şəhər bir aya yaxındır ki, əsasən təcrid vəziyyətindədir. Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri ilə İrana yaxın husi hərəkatı arasında döyüşlərin artması humanitar yardımın şəhərə çatmasına və sakinlərin ərazidən çıxmasına mane olur.
ABŞ-də aralıq seçkilərdə Demokratlar Partiyasının Senatda və Nümayəndələr Palatasında qələbə qazanmasından sonra səhiyyə şirkətlərinin səhmləri bahalaşıb. Artıma səbəb demokratların qələbəsindən sonra səhiyyə sektoru üçün əlverişli qərarların qəbul ediləcəyi ilə bağlı gözləntilər olub.
Noyabrın 4-də birja ticarətinin ilk saatlarında “Centene” şirkətinin səhmləri 8 faizdən çox artaraq 73,12 dollara çatıb. “Elevance Health”in səhmləri təxminən 3 faiz, “Molina Healthcare”in səhmləri isə 6 faiz bahalaşaraq 220,99 dollar olub.
“HCA Healthcare”, “Tenet Healthcare” və “Universal Health Services” kimi xəstəxana operatorlarının səhmləri də 6–8 faiz yüksəlib.
Artım əsasən ABŞ-də aztəminatlı şəxslər üçün nəzərdə tutulan dövlət tibbi sığorta proqramı “Medicaid”lə işləyən şirkətləri və xəstəxana operatorlarını əhatə edib.
Fransa Qan Xidmətinin (EFS) üç regional müəssisəsinin soyuducu sistemləri kiberhücuma məruz qalıb. Fransa Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə noyabrın 1-dən 2-nə keçən gecə baş verib.
Hakerlər soyuducu avadanlıq təchizatçısının sistemləri vasitəsilə müəssisələrdə temperaturun tənzimlənməsi və buzun əridilməsi sistemlərinin parametrlərini dəyişiblər.
Fransa Qan Xidmətinin məlumatına görə, problem vaxtında aşkarlanıb. Qan məhsulları zədələnməyib və tibbi xidmətlər dayandırılmayıb.
Eyni dövrdə İsveç və Belçika da daxil olmaqla, bir sıra Avropa ölkələrində supermarketlər də kiberhücumların hədəfinə çevrilib.
Sudanın qərbində yerləşən Əl-Cüneynə şəhərində onlarla tibb işçisi və müəllim Çevik Dəstək Qüvvələri (RSF) tərəfindən saxlanılıb. Bu barədə Sudan Həkimlər Şəbəkəsi noyabrın 4-də “X” platformasında məlumat yayıb.
Şəbəkə Qərbi Darfur əyalətində saxlanılan şəxslərin təhlükəsizliyi və saxlanma şəraiti ilə bağlı ciddi narahatlığını bildirib.
BMT-nin noyabrın 3-də yaydığı məlumata görə, Sudanda elektrik və yanacaq obyektlərinə dron hücumlarının artması xəstəxanaların işini çətinləşdirir, su təchizatını pozur və yanacaq çatışmazlığını artırır.
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Manilada Filippin Prezidenti Ferdinand Markosla görüşür. Onun daha sonra Çində Si Cinpin və Vladimir Putinlə danışıqlar aparması planlaşdırılır.
Asiya-Sakit okean regionunun liderləri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammiti üçün Çinin cənubundakı Şencen şəhərində toplaşırlar. Sammitdə əsas diqqət ticarət, iqtisadi əməkdaşlıq və süni intellekt məsələlərinə yönəlib.
AnewZ-un 17 noyabr tarixli gündəlik icmalında beynəlxalq görüşlərin əsas məqamlarına nəzər salırıq. İslamabadda ticarət, Manilada dəniz təhlükəsizliyi, Çində böyük dövlətlərin münasibətləri, Türkiyədə iqlim maliyyəsi, Brüsseldə isə Ukraynanın təhlükəsizliyi müzakirə olunur.
ABŞ ilə Rusiyanın mümkün sövdələşmə üçün şərtlər formalaşdırması Ukraynanın başı üzərində kəskin bir qılınc kimi asılıb.
ABŞ Prezidenti Donald Tramp Filippinin paytaxtı Manilada keçirilən ASEAN-ın 49-cu sammitində iştirak etmək üçün ölkəyə gedib. Dünya liderlərinin görüşündə ticarət, regional təhlükəsizlik və Çinlə münasibətlərdə yaranan gərginlik əsas müzakirə mövzularıdır.
Alimlər müəyyən ediblər ki, Altsheymer xəstəliyinə xas dəyişikliklərin müşahidə olunduğu siçanlarda qaraciyərdə sintez olunan APOA1 zülalının beyinə daşınması erkən mərhələdə zəifləyir. Bu dəyişiklik qan-beyin baryerinin keçiriciliyi artmazdan əvvəl baş verib.
BMT rəsmisi xəbərdarlıq edib ki, beynəlxalq yardımın azalması səbəbindən 2025-ci ildən bəri Əfqanıstanda 700-dən çox ilkin səhiyyə müəssisəsi fəaliyyətini dayandırıb. Uşaqlar arasında kəskin qidasızlığın artması isə ölkənin səhiyyə sisteminə əlavə yük yaradır.
Qazaxıstan 862 milyon dollarlıq səkkiz investisiya layihəsi çərçivəsində 494 adda dərman istehsal etməyi planlaşdırır. Yerli medianın məlumatına görə, bunu noyabrın 3-də ölkənin səhiyyə naziri Akmaral Alnazarova açıqlayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın