Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
"IBM" şirkəti süni intellekt infrastrukturuna çəkilən xərclərin kəskin artmasının onun əsas biznesinə mənfi təsir göstərdiyini açıqlayıb. Bu, süni intellekt bumunun texnologiya sektorunu necə yenidən formalaşdırdığını göstərən ən aydın əlamətlərdən biridir.
Şirkət korporativ xərclərin proqram təminatından məlumat mərkəzi infrastrukturuna doğru sürətlə dəyişməsinə uyğunlaşmaqda çətinlik çəkdiyini bildirib. Bu isə "IBM"in ikinci rüb üzrə mənfəət gözləntilərinə ciddi zərbə vurub.
İnvestorlar bu xəbərdarlığa sərt reaksiya verib və nəticədə çərşənbə axşamı "IBM" səhmləri 25 faiz ucuzlaşıb. Bu geriləmə, səhmlərin 1987-ci ildəki "Qara bazar ertəsi" (Black Monday) bazar böhranı zamanı yaşadığı düşüşdən daha kəskin birgünlük ucuzlaşma istiqamətində olduğunu göstərib.
"IBM"in Baş icraçı direktoru Arvind Krişna müştərilərin büdcələrini getdikcə daha çox qıtlıq yaşanan süni intellekt infrastrukturlarının təminatına yönəltdiklərini bildirib.
"İyun ayının son bir neçə həftəsində biz müştərilərin qiymət artımı gözləntiləri fonunda tədarükü məhdud olan infrastrukturu təmin etmək məqsədilə rüblük kapital xərclərini (capex) server, yaddaş qurğuları və mikrosxemlərin alqısına yönəltdiyini gördük", - deyə Krişna investorlara ünvanladığı məktubda qeyd edib.
O əlavə edib: "Gözləntilərimizdə tədarük zənciri ilə bağlı müəyyən təsirlərin olacağını ehtimal etsək də, kapital xərclərinin prioritetləşdirilməsindəki bu kəskin dəyişikliyin miqyasını əvvəlcədən görə bilmədik". Şirkət rəhbəri həmçinin "çox sayda böyük müqavilənin" gözlənildiyi kimi bağlana bilmədiyini də diqqətə çatdırıb.
Bu zəifləmə əsasən bankçılıq və aviasiya da daxil olmaqla, müxtəlif sənaye sahələrində istifadə olunan irimiqyaslı hesablama sistemlərini təmin edən "IBM"-in meynfreym (mainframe) biznesində cəmləşib.
Şirkət eyni zamanda müştərilərin süni intellektin yaratdığı kiber təhdidlərlə bağlı artan narahatlıqlar fonunda kibertəhlükəsizlik xərclərini artırdığını da bildirib.
"IBM" ikinci rübdə gəlirinin 17,2 milyard dollar olacağını proqnozlaşdırıb. Bu isə cəmi 1 faizlik artım deməkdir və analitiklərin 17,86 milyard dollarlıq gözləntisindən aşağıdır.
Şirkət həmçinin səhm başına düşən düzəliş edilmiş xalis mənfəətin 3,02 dollarlıq proqnozun əksinə olaraq, 2,93 dollar təşkil edəcəyini ehtimal edir.
Bu xəbərdarlıq, ənənəvi olaraq proqramçılar tərəfindən yerinə yetirilən tapşırıqları avtomatlaşdırmağı və kod yazmağı bacaran süni intellekt alətlərinin yaratdığı çətinliklərlə onsuz da üzləşən geniş proqram təminatı sektoru ilə bağlı narahatlıqları daha da artırıb.
"IG Group" şirkətinin bazar üzrə analitiki Kris Biçem (Chris Beauchamp) vəziyyəti belə şərh edib: "Bu, "IBM" və proqram təminatı səhmləri üçün çox xoşagəlməz bir məqamdır".
"Əsas sual infrastruktur və kibertəhlükəsizliyə bu keçidin nə qədər davam edəcəyidir. Vəziyyətin bir neçə ay belə davam etməsi dözülə bilən olar, lakin bundan daha uzun çəkərsə, proqram təminatı səhmləri ilə bağlı yenidən ciddi suallar ortaya çıxacaq".
İnvestorları sakitləşdirmək məqsədilə "IBM" kvant kompyuterləri sahəsinə yatırdığı investisiyaları, o cümlədən 2029-cu ilə qədər dünyanın ilk irimiqyaslı kvant kompyuterini yaratmaq üçün 10 milyard dollardan çox vəsait xərcləmək planlarını diqqətə çatdırıb.
Şirkət eyni zamanda "OpenAI" da daxil olmaqla, süni intellekt sahəsində tərəfdaşlıq əlaqələrini genişləndirir.
Bununla belə, analitiklər "IBM"in kvant hesablamaları və süni intellekt təşəbbüslərinin hələ nisbətən ilkin mərhələdə olduğunu və şirkətin əsas proqram təminatı ilə infrastruktur bizneslərindəki zəifləməni kompensasiya edəcək qədər böyük olmadığını qeyd edirlər.
"IBM"in iyulun 22-də ikinci rüb üzrə maliyyə nəticələrini açıqlaması planlaşdırılır.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Ekoloji təşkilatlar yanğınları izləmək, nəsli kəsilməkdə olan növləri qorumaq və iqlim məlumatlarını təhlil etmək üçün süni intellektdən daha çox istifadə edir. Texnologiyanın artan elektrik və su sərfi isə onun ətraf mühitə təsiri ilə bağlı narahatlıq doğurur.
Dubayda dekabrın 7–11-də keçiriləcək GITEX Global 2026 sərgisində süni intellektin enerji tələbatı, rəqəmsal infrastruktur və investisiya imkanları müzakirə olunacaq. Tədbirə 180-dən çox ölkədən 200 mindən artıq iştirakçının qatılması gözlənilir.
Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin süni intellekt sahəsində fəaliyyət göstərən “HUMAIN” şirkətinin səhmlərinin 49 faizini əldə etməsi dünyanın iri enerji şirkətlərinin bu sahəyə artan marağını gündəmə gətirib.
Çində hazırlanan yeni süni intellekt çipi şirkətin açıqladığı sınaq nəticələrinə görə, “Nvidia H200” ilə eyni səviyyədə performans göstərib. Bu nəticələr təsdiqlənərsə, Çinin xarici texnologiyalardan asılılığını azaltması istiqamətində mühüm addım ola bilər.
“NVIDIA” şirkətinin baş direktoru Censen Huanq Qazaxıstanın süni intellekt sahəsindəki planlarını yüksək qiymətləndirib. O, ölkənin fiziki süni intellekt üzrə qlobal mərkəzə çevrilmək, yeni startaplar yaratmaq və sənayenin müxtəlif sahələrini inkişaf etdirmək potensialına malik olduğunu bildirib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın