Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Şanxayda keçirilən 2026-cı il Dünya Süni İntellekt Konfransında 1 100-dən çox şirkət ən son süni intellekt texnologiyalarını təqdim edir. Tədbirin əsas mövzuları innovasiya, beynəlxalq əməkdaşlıq və süni intellektin idarə olunmasıdır.
Sərginin sahəsi ilk dəfə olaraq 100 min kvadratmetri keçib. Təşkilatçıların sözlərinə görə, tədbirdə 3 mindən çox məhsul və texnologiya nümayiş etdirilir ki, onların da 300-dən çoxu dünyada ilk dəfə ictimaiyyətə təqdim olunur.
Konfrans süni intellektin gələcəyini, eləcə də onun inkişafı və istifadəsini tənzimləyən qaydaları müzakirə etmək məqsədilə texnologiya şirkətlərini, siyasətçiləri, tədqiqatçıları və biznes liderlərini bir araya gətirir.
Çin rəsmiləri məlumat bazası, hesablama gücü, sənayenin inkişafı, kadr hazırlığı, standartlar, idarəetmə və süni intellekt etikası da daxil olmaqla səkkiz əsas istiqaməti əhatə edən fəaliyyət planını açıqlayıblar.
Konfransda beynəlxalq əməkdaşlığı gücləndirmək və Çinin süni intellekt sahəsindəki imkanlarını nümayiş etdirmək məqsədi daşıyan “Qlobal Müdriklik Platforması” da daxil olmaqla üç böyük layihəyə start verilib.

Süni intellektin real həyatda tətbiqinə yönəlmiş yeni təşəbbüs də təqdim olunub. Layihə fövqəladə hallar zamanı məlumat mübadiləsi və risklərin qiymətləndirilməsi kimi sahələri əhatə edir.
Diqqətçəkən texnologiyalar arasında dünyanın bir ton yükdaşıma qabiliyyətinə malik ilk ağır robot atı kimi təqdim edilən “Qiji T1000” də yer alıb. Robot 1 000 kiloqramadək yük daşıya və qar, buz, eləcə də dik yamaclar kimi çətin ərazilərdə fəaliyyət göstərə bilir.
Nümayəndələr texnoloji yeniliklərlə yanaşı, süni intellektin cəmiyyətdə daha geniş tətbiqi fonunda beynəlxalq əməkdaşlığın və etik standartların vacibliyini vurğulayıblar.

Ekspertlər şəxsi məlumatların qorunmasının, insan hüquqlarına hörmətin və süni intellekt sistemlərində şəffaflığın təmin edilməsinin vacibliyini vurğulayıblar.
Çin Xalq Respublikasının sədri Si Cinpin açılış nitqində süni intellektin idarə olunması üzrə qlobal əməkdaşlığın gücləndirilməsinə çağırıb. O, ölkələri innovasiyanı təşviq etməyə, eyni zamanda süni intellektin təhlükəsiz, inklüziv və bəşəriyyət üçün faydalı olmasını təmin etməyə səsləyib.

Çinin məlumatına görə ölkənin əsas süni intellekt sənayesinin dəyəri ötən il 1,2 trilyon yuanı, yəni 177 milyard dolları keçib. Hazırda bu sahədə 6 200-dən çox şirkət fəaliyyət göstərir.
Çinin açıq mənbəli böyük dil modelləri isə dünya üzrə 10 milyard dəfədən çox yüklənib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Ekoloji təşkilatlar yanğınları izləmək, nəsli kəsilməkdə olan növləri qorumaq və iqlim məlumatlarını təhlil etmək üçün süni intellektdən daha çox istifadə edir. Texnologiyanın artan elektrik və su sərfi isə onun ətraf mühitə təsiri ilə bağlı narahatlıq doğurur.
Dubayda dekabrın 7–11-də keçiriləcək GITEX Global 2026 sərgisində süni intellektin enerji tələbatı, rəqəmsal infrastruktur və investisiya imkanları müzakirə olunacaq. Tədbirə 180-dən çox ölkədən 200 mindən artıq iştirakçının qatılması gözlənilir.
Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin süni intellekt sahəsində fəaliyyət göstərən “HUMAIN” şirkətinin səhmlərinin 49 faizini əldə etməsi dünyanın iri enerji şirkətlərinin bu sahəyə artan marağını gündəmə gətirib.
Çində hazırlanan yeni süni intellekt çipi şirkətin açıqladığı sınaq nəticələrinə görə, “Nvidia H200” ilə eyni səviyyədə performans göstərib. Bu nəticələr təsdiqlənərsə, Çinin xarici texnologiyalardan asılılığını azaltması istiqamətində mühüm addım ola bilər.
“NVIDIA” şirkətinin baş direktoru Censen Huanq Qazaxıstanın süni intellekt sahəsindəki planlarını yüksək qiymətləndirib. O, ölkənin fiziki süni intellekt üzrə qlobal mərkəzə çevrilmək, yeni startaplar yaratmaq və sənayenin müxtəlif sahələrini inkişaf etdirmək potensialına malik olduğunu bildirib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın