Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Nyu-Yorkda məktəbə humanoid robotların gətirilməsi planından imtina edilib. Qərar müəllimlər, yerli icma nümayəndələri və ştatın təhsil rəsmiləri tərəfindən səsləndirilən sərt tənqidlərdən sonra verilib.
Nyu-York ştatının qərbində yerləşən Salamanka Liseyi bu payız "Sally" adlı insanabənzər robotun iştirakı ilə pilot layihəyə başlamağı planlaşdırırdı.
Kanadanın “Realbotix” şirkəti tərəfindən hazırlanan robot süni intellekt əsaslı “Optio” tədris köməkçisi ilə birlikdə işləməli idi.
Layihə 11 və 12-ci sinif şagirdlərinə STEAM (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) fənləri üzrə fərdi dəstək göstərməyi, sinifdə interaktiv köməkçi kimi fəaliyyət göstərməyi nəzərdə tuturdu.
Məktəb rəhbərliyi bildirib ki, bu texnologiya müəllimləri əvəz etməyəcək, əksinə onların işini dəstəkləyən əlavə vasitə kimi istifadə olunacaq.
Layihə “Realbotix” şirkətinin əvvəlki fəaliyyəti ilə bağlı mübahisələr səbəbindən geniş müzakirələrə yol açıb. İnsanabənzər robotlar istehsal edən şirkətin məktəblərlə əməkdaşlığı tənqidçilər tərəfindən sual altına alınıb.
“Realbotix” isə təhsil üçün hazırladığı robotların və texnologiyaların böyüklər üçün nəzərdə tutulan məhsullarından tamamilə ayrı inkişaf etdirildiyini və bu fəaliyyətlərin bir-biri ilə əlaqəli olmadığını bildirib.
Həmkarlar ittifaqları da layihəyə etiraz edib. Onların fikrincə, siniflərdə süni intellektlə işləyən humanoid robotlardan istifadə müəllimlərin rolunu zəiflədə, şagirdlərin məxfiliyi və məlumatlarının qorunması ilə bağlı narahatlıq yarada, məktəblərin texnologiyadan asılılığını artıra bilər.
“Seneca Nation” yerli icmasının nümayəndələri layihənin sınaqdan keçirilməsinə etiraz ediblər. Onlar bildiriblər ki, şagirdlərin əksəriyyətinin yerli icmaya mənsub olduğu məktəbdə bu layihənin sınaqdan keçirilməsi narahatlıq doğurur.
Nümayəndələrin sözlərinə görə bu təşəbbüs yerli icmaların razılığı alınmadan və onlarla kifayət qədər məsləhətləşmə aparılmadan həyata keçirilən əvvəlki təhsil layihələrini xatırladır.
Nyu-York Dövlət Təhsil Departamentinin məxfilik, təhlükəsizlik və hüquqi məsələlərlə bağlı narahatlıqlarından sonra Salamanka Şəhər Mərkəzi Məktəb Dairəsi pilot proqramını dayandırdığını açıqlayıb.
Məktəb dairəsi məlumatların qorunması tədbirlərini yenidən qiymətləndirdiyini və bu məsələ ilə bağlı yerli icma ilə məsləhətləşmələr apardığını bildirib.
Bu hadisə məktəblərdə humanoid süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Ekoloji təşkilatlar yanğınları izləmək, nəsli kəsilməkdə olan növləri qorumaq və iqlim məlumatlarını təhlil etmək üçün süni intellektdən daha çox istifadə edir. Texnologiyanın artan elektrik və su sərfi isə onun ətraf mühitə təsiri ilə bağlı narahatlıq doğurur.
Dubayda dekabrın 7–11-də keçiriləcək GITEX Global 2026 sərgisində süni intellektin enerji tələbatı, rəqəmsal infrastruktur və investisiya imkanları müzakirə olunacaq. Tədbirə 180-dən çox ölkədən 200 mindən artıq iştirakçının qatılması gözlənilir.
Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin süni intellekt sahəsində fəaliyyət göstərən “HUMAIN” şirkətinin səhmlərinin 49 faizini əldə etməsi dünyanın iri enerji şirkətlərinin bu sahəyə artan marağını gündəmə gətirib.
Çində hazırlanan yeni süni intellekt çipi şirkətin açıqladığı sınaq nəticələrinə görə, “Nvidia H200” ilə eyni səviyyədə performans göstərib. Bu nəticələr təsdiqlənərsə, Çinin xarici texnologiyalardan asılılığını azaltması istiqamətində mühüm addım ola bilər.
“NVIDIA” şirkətinin baş direktoru Censen Huanq Qazaxıstanın süni intellekt sahəsindəki planlarını yüksək qiymətləndirib. O, ölkənin fiziki süni intellekt üzrə qlobal mərkəzə çevrilmək, yeni startaplar yaratmaq və sənayenin müxtəlif sahələrini inkişaf etdirmək potensialına malik olduğunu bildirib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın