Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
ABŞ administrasiyası milli təhlükəsizlik maraqlarını və ölkənin süni intellekt (Sİ) infrastrukturunu qorumaq məqsədilə Çin istehsalı olan yeni insanabənzər və dördayaqlı robotların, həmçinin şəbəkəyə qoşulan elektrik enerji çeviricilərinin idxalına qadağa qoyub.
Federal Rabitə Komissiyası tətbiq edilən məhdudiyyətləri açıqlayıb. Qadağa bərpa olunan enerji mənbələrini və batareyaları elektrik şəbəkələri, eləcə də məlumat mərkəzləri ilə birləşdirən yeni robot modellərini və enerji çeviricilərini əhatə edir.
Qurum cihazların təchizat zəncirində boşluqlar yarada biləcəyini, ABŞ-nin iqtisadi və milli təhlükəsizliyinə zərər vuracağını, həmçinin kritik infrastruktur üçün kibertəhlükəsizlik riski daşıdığını bildirib. Federal Rabitə Komissiyasının sədri Brendan Karr qurumun Amerikanın kritik təchizat zəncirlərini qorumaq üçün işləri davam etdirəcəyini vurğulayıb.
Rəsmilərin sözlərinə görə, məhdudiyyətlərin məqsədi məlumat oğurluğu və kiberhücum risklərini azaltmaq, eyni zamanda şirkətləri istehsalı ABŞ-yə köçürməyə təşviq etməkdir. Qərar dərhal qüvvəyə minib və hələ bazara çıxarılmayan modellərə şamil olunur. Bununla belə, Federal Rabitə Komissiyası artıq satışa icazə verilmiş modellərin icazələrini də ləğv etmək səlahiyyətinə malikdir.
Çinin Vaşinqtondakı səfirliyi ABŞ-ni Çin şirkətlərini ləkələməkdən və onları sanksiyalarla hədələməkdən əl çəkməyə çağırıb və Pekinin öz maraqlarına zərər vuran addımlara qarşı lazımi tədbirlər görəcəyini bəyan edib.
"Counterpoint Research" şirkətinin məlumatına görə, robot qadağası qlobal bazarın beşdə birinə yaxın hissəsinə nəzarət edən Çinin aparıcı insanabənzər robot istehsalçısı "Unitree"yə təsir edəcək. "Unitree" bu yaxınlarda Pentaqonun Çin ordusu ilə əlaqəli olduğu iddia edilən şirkətlər siyahısına daxil edilib.
"Unitree" robotlarından birində ABŞ istehsalı olan "Blackwell" çipindən istifadə etmək üçün "Nvidia" ilə əməkdaşlıq edib. "Nvidia" bildirib ki, robotlardan toplanan məlumatlar ABŞ-də saxlanılacaq və "Unitree"nin ən böyük müştəriləri amerikalı akademik və elmi-tədqiqat institutlarıdır.
Çinlə bağlı sərt mövqeli şəxslər bu robotların sənaye məlumatlarını toplaya biləcəyindən, xarici kəşfiyyat xidmətlərinə yardım edə biləcəyindən və ya məsafədən idarə olunaraq zərər vura biləcəyindən ehtiyat edirlər. ABŞ Konqresinin Nümayəndələr Palatasının Çin üzrə Xüsusi Komitəsinin sədri Con Mulenaar bildirib ki, Federal Rabitə Komissiyasının bu addımı ölkəni qoruyur və ABŞ-nin robototexnika sənayesini gücləndirir.
Enerji çeviricilərinə qoyulan məhdudiyyətlər isə "Sungrow Power Supply" və "Huawei" kimi şirkətlərin liderlik etdiyi Çin bazarını hədəf alır. ABŞ rəsmiləri "Volt Typhoon" kimi dövlət dəstəkli kiberkampaniyaların bu cihazlardan Amerika infrastrukturuna hücumları gizlətmək üçün istifadə edə biləcəyindən narahatdırlar.
Bundan əlavə, Xəzinə naziri Skott Bessent Çin süni intellekt şirkətlərinin ABŞ-nin intellektual mülkiyyətini oğurladıqları iddiası ilə sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Ekoloji təşkilatlar yanğınları izləmək, nəsli kəsilməkdə olan növləri qorumaq və iqlim məlumatlarını təhlil etmək üçün süni intellektdən daha çox istifadə edir. Texnologiyanın artan elektrik və su sərfi isə onun ətraf mühitə təsiri ilə bağlı narahatlıq doğurur.
Dubayda dekabrın 7–11-də keçiriləcək GITEX Global 2026 sərgisində süni intellektin enerji tələbatı, rəqəmsal infrastruktur və investisiya imkanları müzakirə olunacaq. Tədbirə 180-dən çox ölkədən 200 mindən artıq iştirakçının qatılması gözlənilir.
Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin süni intellekt sahəsində fəaliyyət göstərən “HUMAIN” şirkətinin səhmlərinin 49 faizini əldə etməsi dünyanın iri enerji şirkətlərinin bu sahəyə artan marağını gündəmə gətirib.
Çində hazırlanan yeni süni intellekt çipi şirkətin açıqladığı sınaq nəticələrinə görə, “Nvidia H200” ilə eyni səviyyədə performans göstərib. Bu nəticələr təsdiqlənərsə, Çinin xarici texnologiyalardan asılılığını azaltması istiqamətində mühüm addım ola bilər.
“NVIDIA” şirkətinin baş direktoru Censen Huanq Qazaxıstanın süni intellekt sahəsindəki planlarını yüksək qiymətləndirib. O, ölkənin fiziki süni intellekt üzrə qlobal mərkəzə çevrilmək, yeni startaplar yaratmaq və sənayenin müxtəlif sahələrini inkişaf etdirmək potensialına malik olduğunu bildirib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın