Quterreş süni intellekt təhlükəsizliyinin gücləndirilməsinə çağırıb

Quterreş süni intellekt təhlükəsizliyinin gücləndirilməsinə çağırıb
BMT-nin Baş katibi Antonio Quterreş Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə dair iclasda çıxış edir. Nyu-York, ABŞ, 27 aprel 2026-cı il.
Reuters

BMT-nin Baş katibi Antonio Quterreş süni intellektlə bağlı qlobal təhlükəsizlik mexanizmlərinin gücləndirilməsinə çağırıb. O bildirib ki, süni intellekt sistemlərinin imkanları sürətlə artır, lakin onların yaratdığı risklər barədə biliklərimiz eyni sürətlə artmır.

 

Gələn həftə keçiriləcək BMT Baş Assambleyası ərəfəsində çıxış edən Quterreş süni intellektin təhsil, səhiyyə və dayanıqlı inkişafa töhfə verə biləcəyini bildirib. Bununla yanaşı, o, hökumətləri süni intellekt sistemlərini hazırlayan mütəxəssislərin narahatlıqlarını nəzərə almağa çağırıb.

“Etimad yaratmaq üçün təhlükəsizlik mexanizmlərinə ehtiyacımız var. Bu qaydalar süni intellektin təhlükəsiz, şəffaf və hesabatlı olmasını, insan ləyaqətinin əsas prinsip kimi qorunmasını olmasını təmin etməlidir”, — Quterreş deyib.

Onun açıqlaması “Anthropic” şirkətinin baş direktoru Dario Amodei, “OpenAI” şirkətinin baş direktoru Sem Altman və İlon Maskın qabaqcıl süni intellekt sistemlərinin hazırlanmasında daha ehtiyatlı olmağa çağırışlarından sonra verilib. ABŞ Prezidenti Donald Tramp isə süni intellektin inkişafının əhəmiyyətli dərəcədə ləngidilməsinin Çinə üstünlük verə biləcəyini bildirərək bu yanaşmanı rədd edib.

Quterreş gələcəkdə süni intellekt üzrə beynəlxalq sammitin keçirilməsini də dəstəkləyib. O vurğulayıb ki, geosiyasi və kommersiya rəqabətinin süni intellektin inkişaf sürətini diktə etməsinin qarşısını almaq üçün qlobal əməkdaşlığa ehtiyac var.

Teqlər