İspaniyada miqrant axını üzrə son altı ilin rekordu qeydə alınıb
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata...
İki amerikalı və bir kanadalı astronavt, həmçinin bir rusiyalı kosmonavtdan ibarət “Crew-13” heyəti oktyabrın 1-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatıb. Heyət BKS-də uzunmüddətli missiyaya başlayıb.
Heyətə NASA astronavtları Cessika Uotkins və Luk Delani, Kanada Kosmik Agentliyinin astronavtı Coşua Kutrik və “Roskosmos”un kosmonavtı Sergey Teteryatnikov daxildir. Uotkins missiyanın komandiri, Delani pilot, Kutrik və Teteryatnikov isə missiya mütəxəssisləridir.
BKS-dən yayımlanan görüntülərdə “Crew-13” üzvlərinin stansiyaya daxil olması və orada olan yeddi nəfərlik “Expedition 75” heyəti tərəfindən qarşılanması əks olunub. Onların arasında yeddi aydan çox davam edən missiyasını başa vurmağa hazırlaşan “Crew-12”nin dörd üzvü də var.
“Crew-13” heyətini daşıyan “Dragon” kosmik gəmisi “Falcon 9” raketi ilə Floridadakı Kanaveral burnu Kosmik Qüvvələr Stansiyasından buraxılıb. Buraxılışdan bir neçə dəqiqə sonra raketin təkrar istifadə edilə bilən birinci pilləsi ayrılaraq Yerə qayıdıb və uğurla eniş edib.
“Dragon” kosmik gəmisi orbitə çıxdıqdan sonra “Falcon 9” raketinin ikinci pilləsindən ayrılıb. Heyətin BKS-ə uçuşu təxminən 7 saat 50 dəqiqə davam edib.
“Crew-13” missiyası zamanı orbitdə uzun müddət qalmağın insan orqanizminə təsiri ilə bağlı araşdırmalar aparılacaq. Heyət, həmçinin BKS-də digər elmi tədqiqatlarda, texnologiyaların sınağında və stansiyanın texniki xidmətində iştirak edəcək.
“Crew-13” NASA-nın Kommersiya Heyəti Proqramı çərçivəsində “SpaceX”in BKS-ə həyata keçirdiyi 13-cü heyət rotasiyası missiyasıdır.
Şirkət 2020-ci ilin mayından NASA astronavtlarını orbitə daşıyır.
Missiya “SpaceX”in yeni nəsil “Starship” sisteminin ilk orbital uçuşundan bir neçə gün sonra başlayıb.
“Starship” sentyabrın 28-də keçirilən 14-cü pilotsuz sınaq uçuşunda ilk dəfə Yer orbitinə çıxıb və 26 “Starlink V3” peykini orbitə yerləşdirib. Bununla “Starship” ilk dəfə kommersiya peyklərini orbitə yerləşdirib.
“SpaceX” hazırda BKS-ə insanlı uçuşları davam etdirməklə yanaşı, daha böyük “Starship” sistemini də sınaqdan keçirir. Şirkət sistemi gələcəkdə daha uzaq kosmik missiyalar üçün hazırlayır.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Süni intellekt gündəlik həyatın ayrılmaz hissəsinə çevrildikcə azsaylı insanların danışdığı dillərin texnoloji inkişafdan geri qalması riski artır. Dünyada təxminən dörd milyon insanın danışdığı gürcü dili də bu dillər arasındadır.
Çin kosmik texnologiyalarını xarici bazarlara çıxarır. Pekin Oman üçün süni intellektlə təchiz edilmiş 20 peykdən ibarət şəbəkənin yaradılmasına dair müqavilə imzalayıb.
Ekoloji təşkilatlar yanğınları izləmək, nəsli kəsilməkdə olan növləri qorumaq və iqlim məlumatlarını təhlil etmək üçün süni intellektdən daha çox istifadə edir. Texnologiyanın artan elektrik və su sərfi isə onun ətraf mühitə təsiri ilə bağlı narahatlıq doğurur.
Dubayda dekabrın 7–11-də keçiriləcək GITEX Global 2026 sərgisində süni intellektin enerji tələbatı, rəqəmsal infrastruktur və investisiya imkanları müzakirə olunacaq. Tədbirə 180-dən çox ölkədən 200 mindən artıq iştirakçının qatılması gözlənilir.
Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin süni intellekt sahəsində fəaliyyət göstərən “HUMAIN” şirkətinin səhmlərinin 49 faizini əldə etməsi dünyanın iri enerji şirkətlərinin bu sahəyə artan marağını gündəmə gətirib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın