Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
Ukrayna ordusunun istifadə etdiyi peyk rabitəsinə tətbiq olunan məhdudiyyətlər “SpaceX”in “Starshield” şəbəkəsini diqqət mərkəzinə gətirib. Bu vəziyyət müharibə zamanı həmin texnologiyaya kimin nəzarət etdiyi və onun istifadəsini kimin məhdudlaşdıra biləcəyi barədə suallar doğurub.
Şirkətin geniş istifadə olunan “Starlink” internet xidmətindən fərqli olaraq, “Starshield” hərbi və kəşfiyyat əməliyyatları üçün nəzərdə tutulub. Hər iki xidmət oxşar peyk texnologiyalarına əsaslansa da, onların istifadəsi fərqli qayda və məhdudiyyətlərlə tənzimlənir.
Bu vəziyyət daha geniş bir sual ortaya çıxarır: Münaqişə zamanı hərbi avadanlıqların rabitə bağlantısının davam etməsinə və ya kəsilməsinə kim qərar verir?
“Starshield” “SpaceX”in dövlət qurumları üçün hazırladığı, milli təhlükəsizlik ehtiyaclarına xidmət edən peyk sistemidir.
Şirkətin məlumatına görə, sistem “Starlink” texnologiyasına və “SpaceX”in kosmosa buraxılış imkanlarına əsaslanır. Onun üç əsas istiqaməti qorunan rabitə, Yerin müşahidəsi, eləcə də sensorların və digər avadanlıqların peyk sistemlərinə inteqrasiyasını əhatə edir.
“Starshield” əlavə şifrələmə imkanlarından istifadə edir. Bu, məxfi məlumatların təhlükəsiz emalı və ötürülməsi üçün nəzərdə tutulub.
Xidmətin rabitə imkanları “Starlink”in geniş peyk şəbəkəsinə də əsaslanır. Buna görə iki sistem arasındakı fərq onların adlarının ayrı olması ilə məhdudlaşmır.

“Starlink” əsasən fərdi və kommersiya istifadəçiləri üçün peyk interneti xidmətidir. Evlərə, müəssisələrə, təyyarələrə və digər istifadəçilərə genişzolaqlı internet bağlantısı verir.
“Starshield” isə dövlət, hərbi və kəşfiyyat ehtiyacları üçün nəzərdə tutulub.
İlon Mask oktyabrın 14-də “X” hesabında bildirib ki, “Starlink” “SpaceX”in nəzarətində olan kommersiya xidmətidir və hücum xarakterli hərbi əməliyyatlar üçün istifadə edilə bilməz. O, “Starshield” sistemlərinin isə ABŞ hökumətinə məxsus olduğunu və onun nəzarətində işlədiyini deyib.

Bununla belə, hər iki xidmət əlaqəli texnologiyalardan, bəzi hallarda isə ortaq peyk infrastrukturundan istifadə edir.
Ukrayna tərəfi hərbi peyk rabitəsinə tətbiq olunan məhdudiyyətlərin dronlarla zərbə və hava hücumundan müdafiə əməliyyatlarına mane olduğunu açıqlayıb.
Ukraynalı rəsmi Mixaylo Fedorov oktyabrın 14-də saatda 160 kilometrədək sürətlə hərəkət edən avadanlıqlar üçün “Starlink” bağlantısının bərpa edilməkdə olduğunu bildirib.. O, müdafiə üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq “Starshield”də də sürət həddinin aradan qaldırılmasına çağırıb.
Burada söhbət internetin sürətindən deyil, rabitə avadanlığının hərəkət sürətinə görə tətbiq edilən məhdudiyyətdən gedir.
Bu cür məhdudiyyətlər uçuş zamanı peyk rabitəsinə ehtiyac duyan dronların fəaliyyətinə xüsusilə ciddi təsir göstərir. Ukrayna peyk bağlantısından həm zərbə dronlarında, həm də Rusiyanın hava hücumlarının qarşısını almaq üçün istifadə olunan bəzi sistemlərdə yararlanır.
Maskın sözlərinə görə, “Starshield”dən istifadə ilə bağlı məhdudiyyətləri ABŞ hərbçiləri və son nəticədə ABŞ Prezidenti müəyyənləşdirir.
Bu açıqlama texnologiyanı təmin edən “SpaceX”lə hərbi xidmətdən istifadə barədə qərar verən ABŞ hökumətinin rollarını fərqləndirir.
Lakin Maskın sözləri Ukraynaya təsir edən məhdudiyyətlərin konkret olaraq kimin göstərişi ilə və hansı səbəbdən tətbiq olunduğunu müstəqil şəkildə təsdiqləmir. Oktyabrın 14-nə olan məlumatlarda Ağ ev bu qərara görə məsuliyyəti təsdiqləməmişdi.
Hadisə hərbi əməliyyatların özəl şirkətlərin hazırladığı peyk şəbəkələrindən getdikcə daha çox asılı olduğunu göstərir.
Belə sistemlər yerüstü rabitə infrastrukturundan tam asılı olmadan geniş ərazilərdə bağlantı yarada bilir. Lakin onlardan istifadə müqavilələr, giriş icazələri və əməliyyat məhdudiyyətlərini kimin tətbiq edə biləcəyi barədə suallar doğurur.
“Starshield”dən istifadə Ukrayna ilə məhdudlaşmır. “Reuters”in məlumatına görə, Birləşmiş Krallıq bu xidmətdən hərbi məqsədlərlə istifadə edir, Yeni Zelandiya isə xidmətdən hərbi məqsədlərlə istifadə imkanlarını qiymətləndirir.
Peyk rabitəsindən asılı olan ordular üçün əsas məsələ texnologiyanın işləməsi ilə yanaşı, döyüş zamanı həmin bağlantının davam etməsinə kimin qərar verməsidir.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Dubayda dekabrın 7–11-də keçiriləcək GITEX Global 2026 sərgisində süni intellektin enerji tələbatı, rəqəmsal infrastruktur və investisiya imkanları müzakirə olunacaq. Tədbirə 180-dən çox ölkədən 200 mindən artıq iştirakçının qatılması gözlənilir.
Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin süni intellekt sahəsində fəaliyyət göstərən “HUMAIN” şirkətinin səhmlərinin 49 faizini əldə etməsi dünyanın iri enerji şirkətlərinin bu sahəyə artan marağını gündəmə gətirib.
Çində hazırlanan yeni süni intellekt çipi şirkətin açıqladığı sınaq nəticələrinə görə, “Nvidia H200” ilə eyni səviyyədə performans göstərib. Bu nəticələr təsdiqlənərsə, Çinin xarici texnologiyalardan asılılığını azaltması istiqamətində mühüm addım ola bilər.
“NVIDIA” şirkətinin baş direktoru Censen Huanq Qazaxıstanın süni intellekt sahəsindəki planlarını yüksək qiymətləndirib. O, ölkənin fiziki süni intellekt üzrə qlobal mərkəzə çevrilmək, yeni startaplar yaratmaq və sənayenin müxtəlif sahələrini inkişaf etdirmək potensialına malik olduğunu bildirib.
ABŞ-nin Nyu-Meksiko ştatında məhkəmə “Cambridge Analytica” qalmaqalı ilə bağlı iş üzrə “Meta” şirkətinə 25 milyard dollar cərimə kəsib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın