Bab əl-Məndəb Yaxın Şərqdə enerji böhranının ikinci təzyiq nöqtəsinə çevrilir
Hörmüz boğazında yaranan problemlər Bab əl-Məndəb boğazının strateji əhəmiyyətini daha da artırıb. Hər iki mühüm dəniz keçidində...
Bu ilin ən güclü tayfunu olan “Bavi” bazar günü ölkənin Çjetszyan əyalətində sahilə çıxaraq güclü yağışlara, küləyə, daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
Tayfun yaxınlaşmazdan əvvəl 2,8 milyondan çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.
Tayfun bazar günü tropik fırtına səviyyəsinədək zəifləyib. Lakin onun Çinin şərq və şimal bölgələrində uzunmüddətli güclü yağışlara səbəb olacağı gözlənilir.
Yueçində 1300-dən çox ağac aşıb, küçələri su basıb, torpaq sürüşməsi dağ yolunu bağlayıb. Fövqəladə hallar xidmətləri dağıntıları təmizləyərək yolları yenidən nəqliyyatın hərəkəti üçün açıblar.
“Çox güclü külək əsirdi. Dam kirəmitlərinin və ağac budaqlarının yerə düşdüyünü eşidirdik. Əlbəttə, qorxurduq, amma dəniz kənarında yaşadığımız üçün belə hallara öyrəşmişik”, – Yueçin sakini Li Lyanşin “Reuters”ə bildirib.
Fövqəladə hallar xidmətləri bazar günü aşmış ağaclarla dolu, su basmış küçələri təmizləmək üçün ekskavatorlardan və zəncirli mişarlardan istifadə ediblər.
Şəhərin dağlıq şimal hissəsində CCTV-nin yayımladığı görüntülərdə torpaq sürüşməsi nəticəsində iri qaya parçalarının dağ yoluna yuvarlandığı, daşmış çay sularının isə yaxınlıqdakı ağacları su altında qoyduğu əks olunub.
Yuyhuanın sahilyanı balıqçılıq şəhərciyi Kanmendə mağaza sahibi 72 yaşlı Lin Yonqjin “Bavi” tayfununun vurduğu zərəri hesablayırdı.
Dənizə baxan mağaza fırtınadan ən çox zərər çəkən obyektlərdən biri olub. Girişdəki talvarı saxlayan metal konstruksiyalar çöküb. Həmçinin qonşu binanın pəncərələrindən biri küləyin təsirindən sınıb. Sahibkar tayfunun ona 6 min yuandan (885 dollar) çox ziyan vurduğunu bildirib.
“Tayfun sahilə çatdıqdan sonra əlimizdən nə isə gəlmədi. Yağış suyu evə doldu. Bütün gecəni suyu təmizləməklə məşğul olduq. Səhər saat 5-dən sonra yata bildik”, – o, deyib.
“Bavi” şənbə günü Tayvanın şimalından keçərək adanın böyük hissəsində güclü külək və leysan yağışlarına səbəb olub. Tayvanın şimalındakı Miaoli əyalətinin bir bölgəsində yağıntının miqdarı təxminən 80 santimetrə çatıb.
Tayvanın yanğınsöndürmə xidməti bazar günü 134 nəfərin xəsarət aldığını bildirib. Nəqliyyat Nazirliyinin məlumatına görə, 137 beynəlxalq və 62 daxili aviareys ləğv edilib.
Çinin şərqində Hançjounun iki əsas dəmiryol stansiyasında qatarların hərəkəti dayandırılıb. Syaoşan Beynəlxalq Hava Limanında isə 327 reys ləğv olunub.
Qonşu Şanxayda ümumilikdə 1620 qatar reysi və 684 aviareys ləğv edilib. Bu barədə “The Paper” nəşri məlumat yayıb.
“Bavi” bazar günü Anhui əyalətinə doğru irəliləyib. Proqnozlara görə, çərşənbə axşamınadək şimal-şərq istiqamətində dönərək Sarı dənizə doğru hərəkət edəcək.
Hebey, Şandun, Ciansu, Anhui, Liaonin, Cilin əyalətlərində güclü və leysan xarakterli yağışların yağacağı gözlənilir. Bu isə torpağın artıq su ilə doymuş olduğu ərazilərdə daşqın riskini artırır. Hebeydə xilasedicilər sel suları səbəbindən köməksiz vəziyyətdə qalan insanlara çatmaq üçün şişmə qayıqlardan istifadə ediblər.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, “Bavi” zəifləməsinə baxmayaraq, ölkənin daxili hissələrində, sahildən yüzlərlə kilometr uzaqda təhlükəli hava şəraiti yaratmağa davam edə bilər.
Alimlər bildiriblər ki, gözlənilən El-Nino hava hadisəsinin formalaşması səbəbindən Çin bu il daha çox ekstremal hava şəraiti ilə üzləşə bilər. Bu hadisə temperaturun yüksəlməsinə və tayfunların trayektoriyasının qərbə, ölkə sahillərinə doğru dəyişməsinə səbəb ola bilər.
Hörmüz boğazında yaranan problemlər Bab əl-Məndəb boğazının strateji əhəmiyyətini daha da artırıb. Hər iki mühüm dəniz keçidində qeyri-sabitlik qlobal enerji təchizatı və ticarət üçün ciddi risklər yaradır.
Hindistanın şərqində polis avqustun 10-da minlərlə gənc etirazçını dağıtmaq üçün gözyaşardıcı qaz, dəyənək və su şırnaqlarından istifadə edib. Gənclər dövlət qulluğuna qəbul imtahanlarında mümkün qanun pozuntularına etiraz ediblər.
Zəlzələ qonşu Venesuelada 6300-dən çox insanın ölümünə səbəb olan iki güclü yeraltı təkandan bir ay sonra baş verib. Kolumbiyanın beş paytaxt şəhəri qırmızı həyəcan rejiminə keçirilib, 86 bina dağılıb və yeddi hava limanı fəaliyyətini dayandırıb.
"Nvidia" qlobal maliyyə sektorunun aparıcı şirkətləri ilə süni intellekt infrastrukturu üzrə əməkdaşlığa başlayır. Bu addım süni intellektin mühüm investisiya sahəsinə çevrildiyini göstərir.
Tehran Hörmüz boğazını yenidən açmaq üçün təzminat və sanksiyaların yüngülləşdirilməsini tələb edir. ABŞ prezidenti Donald Tramp isə İrandan onilliklər ərzində baş vermiş ölüm halları və dəymiş zərərə görə kompensasiya tələb edərək danışıqlara yeni şərt əlavə edib.
Çinin şimal-qərbində yerləşən Qansu əyalətində ötən həftə baş verən qəfil daşqınlar nəticəsində 25 nəfər ölüb, 23 nəfər yaralanıb. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Fransa və İspaniyada tüğyan edən kütləvi meşə yanğınları səbəbindən on minlərlə insan təxliyə edilib. Yerli hakimiyyət orqanları xəbərdarlıq edir ki, yüksək temperatur, güclü külək və quraqlıq alovun nəzarətə alınmasını daha da çətinləşdirir.
İsveç Çindən asılılığını azaltmaq məqsədilə yeni mədənlərin açılması üçün icazə prosesini sadələşdirib. Lakin bu qərar yerli sami xalqı ilə gərginliyə səbəb olub. Samilər bildirirlər ki, mədənçiliyin genişləndirilməsi onların min illərdir istifadə etdikləri miqrasiya marşrutlarını kəsəcək.
Xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın Prezident köməkçisi və iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyevlə danışıqlar aparıb. Görüşdə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq, iqlim diplomatiyası və Xəzər regionunda gələcək tərəfdaşlıq məsələləri diqqət mərkəzində olub.
Hindistanın şimal-şərqi, Pakistan və Əfqanıstanda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ən azı 82 nəfər ölüb. Təbii fəlakət evlərə, əkin sahələrinə və infrastruktura ciddi ziyan vurub.
AnewZ tətbiqini Play Store və App Store-dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın