Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Cənubi Avropada davam edən meşə yanğınlarında 3 yanğınsöndürən həlak olub.
Belə ki, İtaliyanın Siciliya adasında yanğınla mübarizə aparan bir, Fransanın Bordo şəhərinin hava limanı yaxınlığındakı yanğının söndürülməsi zamanı isə iki yanğınsöndürən həyatını itirib.
Siciliyanın paytaxtı Palermo yaxınlığında baş verən yanğınlar yolların bağlanmasına, elektrik enerjisinin kəsilməsinə və insanların evlərindən təxliyə edilməsinə səbəb olub.
Adanın cənubunda isə 100-dən çox insan təhlükəsiz əraziyə köçürülüb.
Yerli rəsmilərin sözlərinə görə, adada hələ də 50 yanğın davam edir. Alovlarla mübarizəyə yanğınsöndürənlər də daxil olmaqla, 6 min nəfər cəlb olunub.

Siciliya adasında meşə yanğınları, 22 iyul 2026-cı il. (Videodan görüntü)
Fransanın cənub-qərbində sürətlə yayılan meşə yanğını 10 mindən çox insanın təxliyə edilməsinə səbəb olub. Yanğın Bordo şəhərinin qərbində 2 min hektar, Saumos yaxınlığında isə 600 hektar ərazini əhatə edib. Hadisə yerində 500-dək yanğınsöndürən meşə yanğını ilə mübarizə aparır.
Fransa Daxili İşlər Nazirliyi yanğın mövsümünün əvvəlindən bəri meşə yanğınları ilə əlaqədar 128 nəfəri saxlayıb.
Yanğınların həmçinin ölkənin bəzi mərkəzi və cənub-şərq rayonlarında da baş verdiyi bildirilir.
"Reuters Climate Monitor"un məlumatına görə, Qərbi Avropada ən yüksək orta temperaturun 26,6 dərəcə olacağı gözlənilir. Bu, 1961–1990-cı illər üzrə iyulun 22-si üçün qeydə alınan normadan 3 dərəcə yüksəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
BMT-nin oktyabrın 21-də dərc etdiyi hesabata görə, ölkələr hazırkı iqlim siyasətini davam etdirsələr, 2100-cü ilədək dünyanın orta temperaturu sənayeləşmədən əvvəlki səviyyədən 2,8°C yüksək ola bilər.
“Murasu” siklonu noyabrın 3-də Hindistanın şərq sahillərinə çatıb. Siklon təhlükəsi ilə əlaqədar minlərlə sakin təxliyə edilib. Bu, bir həftə ərzində bölgəni vuran ikinci siklondur.
“Oxfam” təşkilatının yayımladığı hesabata görə, dünyanın ən varlı səkkiz milyon insanı əhalinin 0,1 faizini təşkil edir. Onların istehlak nəticəsində yaratdığı karbon emissiyası dünyanın ən yoxsul 3,5 milyard insanının ümumi emissiyasından daha çoxdur.
BMT-nin hesabatına görə, beynəlxalq öhdəliklərə baxmayaraq, qlobal istiləşmənin Paris Sazişində müəyyən edilmiş təhlükəli həddi aşması qaçılmaz görünür. İstixana qazlarının emissiyası rekord səviyyəyə çatıb, qlobal temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq isə getdikcə çətinləşir.
Ermənistan COP17-yə ev sahibliyi etməyə hazırlaşır. Yeni proqnozlar göstərir ki, ölkələrin təbiəti qorumaqla bağlı vədləri ilə 2030-cu ilədək əldə edə biləcəkləri nəticələr arasında fərq artır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın