Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Hindistanın şimal-şərqi, Pakistan və Əfqanıstanda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ən azı 82 nəfər ölüb. Təbii fəlakət evlərə, əkin sahələrinə və infrastruktura ciddi ziyan vurub.
Cənubi Asiyanın bir sıra bölgələrində güclü yağışlar və daşqınlar genişmiqyaslı fəsadlara səbəb olub. Bu hadisələr Avropanın bəzi ölkələrində meşə yanğınlarının davam etdiyi bir vaxta təsadüf edir.
Hindistanın Assam ştatında son 24 saat ərzində daşqınlar nəticəsində ən azı 10 nəfər həyatını itirib. Səlahiyyətlilər vəziyyəti “misli görünməmiş dağıntı” kimi qiymətləndirib. Bununla da ştatda həftə ərzində ölənlərin sayı 36-ya çatıb.
Assamın fəlakətlərin idarə olunması qurumundan verilən məlumatına görə, güclü yağışlar nəticəsində ştatın 11 rayonunda 650 mindən çox insan zərər çəkib.
Ştat hökumətinin hesabatına görə, daşqınlara əsasən iyulun 18-20-si arasında qonşu Naqaland ərazisində yağan qeyri-adi güclü yağışlar səbəb olub. Bu, çaylarda suyun səviyyəsinin kəskin artmasına gətirib çıxarıb.
Dünyanın ən böyük çaylarından biri olan Brahmaputranın yerləşdiyi Assam musson mövsümündə demək olar ki, hər il güclü daşqınlarla üzləşir.
Əfqanıstanın şimal-şərqindəki Nuristan vilayətində və Pakistanın Xayber Paxtunxva əyalətində baş verən daşqınlar nəticəsində ən azı 46 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Hər iki ölkənin fəlakətlərin idarə olunması qurumlarının məlumatına görə, güclü yağışların səbəb olduğu daşqınlar son 72 saat ərzində geniş ərazilərə ziyan vurub.
Nuristan vilayətinin paytaxtında yaşayan Mücib ur Rəhmanın sözlərinə görə, daşqınlar evləri və otelləri aparıb. O bildirib ki, xilasedicilər hələ də dağıntılar altında qalan insanları çıxarmaq üçün texnikadan istifadə edir.
Əfqanıstan və Pakistan qlobal istiləşməyə ən az təsir edən ölkələrdən olsalar da, iqlim dəyişikliyinin nəticələrindən ən çox zərər görən ölkələr sırasındadır.
Ekspertlər bildirirlər ki, daha güclü daşqınlar, quraqlıqlar, buzlaqların əriməsi və su çatışmazlığı bölgədə milyonlarla insan üçün riskləri artırır.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
BMT-nin oktyabrın 21-də dərc etdiyi hesabata görə, ölkələr hazırkı iqlim siyasətini davam etdirsələr, 2100-cü ilədək dünyanın orta temperaturu sənayeləşmədən əvvəlki səviyyədən 2,8°C yüksək ola bilər.
“Murasu” siklonu noyabrın 3-də Hindistanın şərq sahillərinə çatıb. Siklon təhlükəsi ilə əlaqədar minlərlə sakin təxliyə edilib. Bu, bir həftə ərzində bölgəni vuran ikinci siklondur.
“Oxfam” təşkilatının yayımladığı hesabata görə, dünyanın ən varlı səkkiz milyon insanı əhalinin 0,1 faizini təşkil edir. Onların istehlak nəticəsində yaratdığı karbon emissiyası dünyanın ən yoxsul 3,5 milyard insanının ümumi emissiyasından daha çoxdur.
BMT-nin hesabatına görə, beynəlxalq öhdəliklərə baxmayaraq, qlobal istiləşmənin Paris Sazişində müəyyən edilmiş təhlükəli həddi aşması qaçılmaz görünür. İstixana qazlarının emissiyası rekord səviyyəyə çatıb, qlobal temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq isə getdikcə çətinləşir.
Ermənistan COP17-yə ev sahibliyi etməyə hazırlaşır. Yeni proqnozlar göstərir ki, ölkələrin təbiəti qorumaqla bağlı vədləri ilə 2030-cu ilədək əldə edə biləcəkləri nəticələr arasında fərq artır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın