Çində torpaq sürüşməsində ölənlərin sayı artıb

Çində torpaq sürüşməsində ölənlərin sayı artıb
Xilasedicilər Çinin Qansu əyalətinin Dinxsi şəhərinə bağlı Veyyuan rayonundakı turizm bölgəsində daşqınlardan sonra axtarış-xilasetmə əməliyyatı aparırlar, 26 iyul 2026-cı il.
Reuters

Çinin şimal-qərbində yerləşən Qansu əyalətində ötən həftə baş verən qəfil daşqınlar nəticəsində 25 nəfər ölüb, 23 nəfər yaralanıb. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

İlkin məlumatlarda iyulun 26-da Qansunun Dinxsi şəhərinə bağlı Veyyuan rayonuna güclü yağışların yağması nəticəsində 10 nəfərin öldüyü bildirilirdi.

“Sinxua”nın məlumatına görə, Çinin Fəlakətlərin Qarşısının Alınması, Azaldılması və Yardım üzrə Milli Komissiyası Qansu əyalətinin rəsmilərindən araşdırma və qiymətləndirmə aparmağı tələb edib.

Qansu hakimiyyəti illik daşqın mövsümündə güclü yağışların davam etməsi fonunda Dinxsi də daxil olmaqla bölgədə yeni torpaq sürüşmələri barədə xəbərdarlıq edib.

Daha çox bölgədə hava xəbərdarlığı elan edilib

Çinin meteoroloji xidməti ölkənin cənub-qərbindən şimal-şərqinədək geniş ərazilərdə güclü yağış, külək və ildırım gözlənildiyi barədə xəbərdarlıq edib. Pekində və Daxili Monqolustanda hava xəbərdarlığı elan olunub.

Sıçuan əyalətinin böyük hissəsində də güclü yağışlar davam edir. CCTV-nin məlumatına görə, 64 609 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. Daşqın mövsümü başlayandan bəri isə 881 mindən çox sakin köçürülüb.

Reuters
İştirakçılar Xançjoudakı təlim mərkəzində qəfil daşqın simulyasiyasından keçirlər. Çin, 15 iyul 2026-cı il.
 
Tayfun sahil bölgələrinə yaxınlaşır

Çinin meteoroloji xidməti Sakit okeanın qərbindən Şərqi Asiyaya doğru hərəkət edən “Dolphin” supertayfununun çərşənbə günündən etibarən ölkənin cənub-şərq sahillərinə təsir göstərəcəyini bildirib.

Teqlər