Keniyada Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
Keniya Konqo Demokratik Respublikasından (KDR) gələn və Nayrobidə vəfat edən ölkə vətəndaşında Ebola virusunun aşkarlanmasından sonra ilk yoluxma...
Qrenlandiya və Antarktida 1979–2023-cü illərdə birlikdə 11,3 trilyon ton buz itirib. Buz örtükləri ilə bağlı indiyədək aparılmış ən əhatəli peyk araşdırmasına görə, buz itkisi son onilliklərdə sürətlənib.
“Scientific Data” jurnalında dərc olunan araşdırmada 27 peyk missiyasının məlumatlarından istifadə edilib. Alimlər Qrenlandiya üzrə 1972-ci ildən, Antarktida üzrə isə 1979-cu ildən başlayan peyk məlumatlarını təhlil ediblər. Araşdırmaya görə, 1979–2023-cü illərdə qeydə alınan bu buz itkisi qlobal dəniz səviyyəsini təxminən 3,14 santimetr yüksəldib.
Araşdırmanın aparıcı müəllifi, Nortumbriya Universitetinin iqlim üzrə alimi İnes Otosaka buz itkisinin miqyasını təsəvvür etməyin çətin olduğunu bildirib.
“Bu böyük rəqəmi təsəvvür etmək üçün deyə bilərik ki,11,3 trilyon ton buz hər tərəfi 23 kilometr olan kubu doldurmağa kifayət edərdi.”, — o deyib.
Antarktidanın buz örtüyü Qrenlandiyanınkından təxminən səkkiz dəfə böyük olsa da, ümumi buz itkisinin təxminən 60 faizi Qrenlandiyanın payına düşüb. Araşdırmaya görə, buz itkisi 1970-ci illərin sonlarında və 1980-ci illərdə nisbətən sabit olub, 1990-cı illərdən isə sürətlənib. 2010-cu illərdə buz itkisi 1980-ci illərlə müqayisədə təxminən dörd dəfə artıb.
Tədqiqatçıların hesablamalarına görə, buz itkisinin 84 faizi səth əriməsi ilə deyil, buzlaqların daha sürətlə hərəkət edərək okeana daha çox buz kütləsi ötürməsi ilə bağlıdır. Alimlər uzunmüddətli buz itkisini əsasən buz örtüklərinin istiləşən okeana reaksiyası ilə əlaqələndirirlər.
Otosakanın sözlərinə görə, Qrenlandiyadakı Yakobshavn buzlağı hazırda gündə 50 metrədək geri çəkilir.
2020–2023-cü illərdə buz itkisi tempində müvəqqəti azalma qeydə alınıb. Buna Şərqi Antarktidada güclü qar yağması və Qrenlandiyada yay aylarının daha sərin keçməsi təsir edib. Bu amillər digər ərazilərdəki buz itkisinin bir hissəsini müvəqqəti kompensasiya edib.
Alimlər bildiriblər ki, bu azalma uzunmüddətli tendensiyanın dəyişməsi deyil, qısamüddətli hava şəraitinin nəticəsidir.
Tədqiqatçılar bildiriblər ki, buz örtüklərinin iqlim dəyişikliyinə reaksiyası onilliklər çəkə bilər. Bu isə qlobal istiləşmə məhdudlaşdırılsa belə, buz itkisinin davam edə biləcəyi deməkdir.
Otosaka araşdırmanın nəticələrinin sahilyanı ərazilərdə yaşayan insanlar üçün ciddi risklərə işarə etdiyini bildirib.
“Buz örtükləri hazırda dəniz səviyyəsinin yüksəlməsinin əsas səbəblərindən biridir və ümumi yüksəlmənin təxminən 25 faizinə səbəb olur. Dəniz səviyyəsinin hər əlavə bir santimetr yüksəlməsi daha iki-üç milyon insanı hər il sahilyanı daşqın riski ilə üz-üzə qoyur”, — o bildirib.
Tədqiqatçıların sözlərinə görə, Qrenlandiya və Antarktidadakı buz itkisinə bağlı dəniz səviyyəsi yüksəlişi dünyada əlavə altı-doqquz milyon insanın sahilyanı daşqın və eroziya riski ilə üzləşməsinə səbəb olub.
Avstraliyanın terrorla mübarizə orqanları İsrailə uçan “flydubai” təyyarəsində kapitana hücum etməkdə və təyyarəni ələ keçirməyə cəhddə ittiham olunan ikinci pilotun əlaqələrini araşdırır.
Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmənin Prezident Rəhbərlik Şurasının sədri Rəşad əl-Əlimi husilərin nəzarətindəki əraziləri geri almaq üçün genişmiqyaslı hərbi əməliyyatların başladığını elan edib.
Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Mammadov” yük gəmisinə dron hücumu nəticəsində bir Azərbaycan vətəndaşı həlak olub, digəri itkin düşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 5-də Tehranda görüşüblər. Tərəflər ikitərəfli münasibətləri, regional prosesləri, həmçinin Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi yollarını müzakirə ediblər.
Sağçı senator Flavio Bolsonaro səsvermədə gözləntiləri üstələyərək hazırkı prezident Luiz İnasio Lula da Silvanı cüzi fərqlə qabaqlayıb və ikinci tura vəsiqə qazanıb. Solçu Lula da Silva ilə sağçı Bolsonaro bu ayın sonlarında keçiriləcək həlledici səsvermədə üz-üzə gələcək.
Türkiyənin COP31 sədrliyi iqlim öhdəliklərini konkret layihələrə və ölçülə bilən nəticələrə çevirməyi hədəfləyən fəaliyyət planını təqdim edib. Gündəliyin əsas istiqamətləri arasında təmiz enerji, tullantıların azaldılması, iqlimə davamlı şəhərlər və yaşıl sənayeləşmə var.
Avropa İttifaqı təkrar emal səviyyəsinin aşağı olması, ətraf mühitə zərər və tullantıların qanunsuz daşınması ilə bağlı narahatlıqlara baxmayaraq, Türkiyəyə böyük həcmdə plastik tullantı ixracına icazə verməyə davam edəcək.
Minlərlə zeytun rəngli dəniz tısbağası yumurta qoymaq üçün Meksikanın cənubundakı Oaxaka ştatında yerləşən La Eskobilya çimərliyinə çıxıb. Təbiəti mühafizə mütəxəssisləri xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi balaların yumurtadan çıxmasını və sağ qalmasını getdikcə çətinləşdirir.
Kemp ridley dəniz tısbağası 2023-cü ildə Uels sahillərində ağır vəziyyətdə tapılıb. İki ildən çox davam edən müalicə və reabilitasiyadan sonra tısbağa ABŞ-nin Texas ştatına qaytarılıb.
Çinin şimal-qərbində yerləşən Qansu əyalətində ötən həftə baş verən qəfil daşqınlar nəticəsində 25 nəfər ölüb, 23 nəfər yaralanıb. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın