İspaniyada miqrant axını üzrə son altı ilin rekordu qeydə alınıb
İspaniyanın Kanar adalarına noyabrın 14-də təxminən 1 500 miqrant gedib. EFE xəbər agentliyinin dənizdə xilasetmə xidmətinə istinadən yaydığı məlumata...
“Murasu” siklonu noyabrın 3-də Hindistanın şərq sahillərinə çatıb. Siklon təhlükəsi ilə əlaqədar minlərlə sakin təxliyə edilib. Bu, bir həftə ərzində bölgəni vuran ikinci siklondur.
Hindistan Meteorologiya Departamentinin (IMD) məlumatına görə, siklon yerli vaxtla saat 03:30–05:30 arasında ölkənin cənub-şərqindəki Andhra-Pradeş ştatında sahilə çatıb. Küləyin sürəti saatda 100–110 kilometr olub, arabir 120 kilometrə çatıb.
Andhra-Pradeş ştatının Fəlakətlərin İdarə Edilməsi İdarəsinin icraçı direktoru Prakhar Cayn bildirib ki, siklon ağacları kökündən çıxarıb və elektrik dirəklərini aşırıb. Ölən və yaralananlar barədə məlumat verilməyib.
Təxliyə noyabrın 2-də başlayıb. Ştat rəhbərliyi Andhra-Pradeşdə 30 minə yaxın sakini təhlükəsiz ərazilərə köçürməyi planlaşdırıb.
“Murasu” Benqal körfəzində formalaşıb. Bu körfəzdə yaranan güclü tropik siklonlar əvvəllər də Hindistanın şərq sahillərində ciddi dağıntılara səbəb olub. Meteoroloqlar siklonun ən çox Andhra-Pradeş və qonşu Tamilnad ştatlarına təsir edəcəyini proqnozlaşdırıblar.
“Murasu”dan əvvəl bölgəni vuran “Arnab” siklonu nəticəsində azı altı nəfər ölüb. “Arnab” oktyabrın 28-də Andhra-Pradeşdə sahilə çatıb. Hindistan Meteorologiya Departamenti onu çox güclü siklon kimi təsnif edib.
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanı tək nümayəndə deyil, bir qrup diplomat təmsil edəcək. Avropa İttifaqı (Aİ) liderləri noyabrın 13-də Dublində keçirilən sammitdə bu barədə razılığa gəliblər.
Mərkəzi Asiyada daha çox su elektrik stansiyası və hündürmərtəbəli bina tikildikcə seysmoloqlar iri su anbarlarının zəlzələlərə mümkün təsirini araşdırırlar. Regionun iri şəhərlərinin fəal tektonik qırılmalara yaxın yerləşməsi bu məsələni daha da aktuallaşdırır.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də rabitə nasazlığı səbəbindən ölkə üzrə dayandırılan uçuşların bərpasına icazə verib. Bu, 2001-ci ilin 11 sentyabr terror hücumlarından sonra ABŞ-də uçuşlara qoyulan ən uzunmüddətli məhdudiyyət olub.
İlon Maskın “SpaceX” şirkəti “Starship” raketini növbəti sınaq uçuşunda orbitə çıxarmağa nail olub. Lakin raketin sürətləndirici blokunu geri qaytarmaq mümkün olmayıb. 15-ci sınaq uçuşu noyabrın 13-də ABŞ-nin Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilib.
Türkiyə və Qətər noyabrın 13-də birgə təhlükəsizliyi və regional sabitliyi gücləndirmək məqsədilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Tərəflər ölkələrdən birinə xaricdən silahlı hücum ediləcəyi təqdirdə vahid mövqedən çıxış edəcəklərini bəyan ediblər.
Azərbaycan Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) yaşıl enerji potensialını, ekoloji təşəbbüslərini və iqlim sahəsində beynəlxalq əməkdaşlığını “Dialoq dəhlizi” mövzusu ilə təqdim edir.
Pakistanın Pəncab əyalətinin paytaxtı Lahor havanın çirklənməsinə görə dünyanın iri şəhərləri arasında birinci yerə yüksəlib. Bölgəni bürüyən zəhərli duman əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Əfqanıstanda Amudərya sahillərini möhkəmləndirmək üçün 10 milyon dollar ayırıb. Sahillərin aşınması əkin sahələrinə və evlərə təhlükə yaradır. Əfqanıstan Ticarət və İnvestisiya Palatası bu barədə noyabrın 10-da Bəlxdə keçirilən görüşdən sonra məlumat yayıb.
BMT-nin oktyabrın 21-də dərc etdiyi hesabata görə, ölkələr hazırkı iqlim siyasətini davam etdirsələr, 2100-cü ilədək dünyanın orta temperaturu sənayeləşmədən əvvəlki səviyyədən 2,8°C yüksək ola bilər.
“Oxfam” təşkilatının yayımladığı hesabata görə, dünyanın ən varlı səkkiz milyon insanı əhalinin 0,1 faizini təşkil edir. Onların istehlak nəticəsində yaratdığı karbon emissiyası dünyanın ən yoxsul 3,5 milyard insanının ümumi emissiyasından daha çoxdur.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın