BMT-nin İnkişaf Proqramının rəhbəri: “Əfqanıstandan üz döndərmək düzgün deyil”
BMT İnkişaf Proqramının (BMTİP) rəhbəri Aleksandr De Kro beynəlxalq ictimaiyyəti Əfqanıstandan üz döndərməməyə çağırıb. O, ölkədə tiryək istehsalının kəskin azalmasını müsbət nəticə kimi qiymətləndirib, eyni zamanda qadın və qızlara tətbiq olunan məhdudiyyətlərlə bağlı ciddi narahatlığını bildirib.