Hələ məzmun yoxdur
Bu səhifədə hələ məzmun yoxdur, amma bizi izləməyə davam edin! Tezliklə yenilənəcək.
Bu müddətdə ana səhifəyə qayıdaraq saytın digər bölmələrinə baxa bilərsiniz.
Ana səhifəyə qayıt
Yerli səhiyyə və polis rəsmilərinin məlumatına görə, noyabrın 24-də İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ikisi polis əməkdaşı olmaqla azı altı fələstinli həlak olub.
Cənubi Koreya noyabrın 24-də Rusiya hərbi təyyarələri ölkənin hava məkanına yaxınlaşdıqdan sonra qırıcılarını havaya qaldırıb. Hərbçilərin məlumatına görə, Rusiya təyyarələri ölkənin hava məkanına daxil olmayıb. Ullın adasının sakinlərinə sığınacaqlara keçmək barədə xəbərdarlıq edilib.
Pakistanlı astronavt Məhəmməd Zişan Əli noyabrın 25-də “Şençjou-24” missiyası çərçivəsində Çinin “Tyanqun” kosmik stansiyasına yollanacaq. O, stansiyaya səfər edən ilk əcnəbi astronavt olacaq.
Özbəkistanın Namanqan vilayətində 350 milyon dollara tikilən günəş elektrik stansiyası 500 meqavatlıq tam gücünə çatıb. Hökumətin hesablamasına görə, stansiya ildə 1 milyard 95 milyon kilovat-saat elektrik enerjisi istehsal edə bilər. Layihə ölkənin təbii qazdan asılılığını azaltmağa yönəlib.
Rusiya Qara dəniz üzrə yeni taxıl sazişinə razılıq verməyəcəyini açıqlayıb. Noyabrın 23-də BMT Təhlükəsizlik Şurasının iclasında Moskva və Kiyev gəmilərə və enerji obyektlərinə hücumlara görə bir-birini ittiham ediblər.