İstifadə şərtləri
V ACİB BİLDİRİŞ: İSTİFADƏ ŞƏRTLƏRİ YENİLƏNİR
Nəzərinizə çatdırırıq ki, bu “İstifadə şərtləri” hazırda yenilənmə mərhələsindədir və sənədin ilkin, müvəqqəti versiyasıdır. Şərtlərin qüvvədə olan bütün hüquqi və tənzimləyici tələblərə uyğunlaşdırılması istiqamətində iş aparılır. Buna görə də bu sənəd xidmətlərimizdən və saytımızdan istifadə ilə bağlı yekun şərtləri tam əks etdirməyə bilər.
Məqsədimiz bütün müvafiq qanunlara uyğun, aydın və əhatəli şərtlər hazırlamaqdır. Bu sənəd yenilənə və dəyişdirilə bilər. Yaxın zamanda onun tam versiyasının dərc olunması nəzərdə tutulur. Yenilənmiş “İstifadə şərtləri” ilə tanış olmaq üçün bu səhifəni vaxtaşırı yoxlamağınızı tövsiyə edirik. Müvəqqəti “İstifadə şərtləri” və ya hüquqlarınızla bağlı suallarınız olarsa, bizə müraciət edə bilərsiniz.
1. Giriş
Bu “İstifadə şərtləri” “AnewZ” tərəfindən idarə olunan https://az.anewz.tv/ saytından istifadənizi tənzimləyir.Məxfilik Siyasətimiz də xidmətlərimizdən istifadənizə şamil olunur. Bu sənəddə veb-səhifələrimizdən istifadə zamanı əldə edilən məlumatların necə toplandığı, qorunduğu və açıqlana biləcəyi izah edilir.
“AnewZ” ilə aranızdakı razılaşma bu İstifadə Şərtlərindən və Məxfilik Siyasətindən ibarətdir. Saytdan istifadə etməklə həmin sənədləri oxuduğunuzu, başa düşdüyünüzü və onlara əməl etməyə razı olduğunuzu təsdiqləyirsiniz.
Bu şərtlərlə razı deyilsinizsə, xidmətlərimizdən istifadə etməməlisiniz. Suallarınız olarsa, bizə müraciət edə bilərsiniz.
2. Məlumatlandırma
Xidmətimizdən istifadə etməklə xəbər bülletenləri, marketinq və reklam materialları, eləcə də göndərə biləcəyimiz digər məlumatları almağa razılıq verirsiniz.
Bu məlumatların hamısını və ya bir hissəsini almaqdan istənilən vaxt imtina edə bilərsiniz. Bunun üçün göndərilən məktubdakı abunəlikdən çıxmaq keçidindən istifadə etməlisiniz.
3. Müsabiqələr və kampaniyalar
Xidmətimiz vasitəsilə təqdim edilən müsabiqə, uduş və digər kampaniyalar ayrıca qaydalarla tənzimlənə bilər. Belə kampaniyalarda iştirak etməzdən əvvəl müvafiq qaydaları və Məxfilik Siyasətimizi oxumağınızı tövsiyə edirik. Kampaniya qaydaları ilə bu İstifadə Şərtləri arasında ziddiyyət yaranarsa, kampaniyanın xüsusi qaydaları əsas götürüləcək.
4. Məzmunun paylaşılmasıXəbərlərimizi Facebook, X (Twitter), Reddit, Messenger, LinkedIn, e-poçt, Flipboard, VK, Telegram, Xing, Meneame, Balatarin, OK, Viber və WhatsApp vasitəsilə paylaşa bilərsiniz.
Bu sosial şəbəkələr məlumatlarınızı toplaya və emal edə bilər. “AnewZ” həmin platformaların apardığı məlumat emalına görə məsuliyyət daşımır. Hər platformanın məxfilik siyasəti ilə ayrıca tanış olmağınızı tövsiyə edirik.
5. Qadağan olunmuş istifadə halları
Xidmətimizdən yalnız qanuni məqsədlərlə və bu İstifadə Şərtlərinə uyğun şəkildə stifadə edə bilərsiniz.
Xidmətdən aşağıdakı məqsədlərlə istifadə etmək qadağandır:
- Yerli və ya beynəlxalq qanunları və qaydaları pozmaq;
- Yetkinlik yaşına çatmayan şəxsləri uyğun olmayan məzmuna məruz qoymaq, istismar etmək, onlara zərər vurmaq və ya buna cəhd göstərmək;
- Arzuolunmaz məktublar, zəncirvari mesajlar, spam və digər reklam və ya təşviqat materialları göndərmək;
- Özünü “AnewZ” , şirkət əməkdaşı, başqa istifadəçi, şəxs və ya təşkilat kimi təqdim etmək;
- Başqalarının hüquqlarını pozan, qanunsuz, təhdidedici, dələduzluq xarakterli və ya zərərli fəaliyyət göstərmək;
- Digər şəxslərin xidmətdən istifadəsini məhdudlaşdıran, “AnewZ”a və ya istifadəçilərə zərər vuran, onları təhqir edən və ya hüquqi məsuliyyət yaradan hərəkətlər etmək.
Bundan əlavə, aşağıdakılar da qadağandır:
- Xidmətin fəaliyyətini dayandıra, zəiflədə, həddindən artıq yükləyə və ya digər istifadəçilərə mane ola biləcək üsullardan istifadə etmək;
- Xidmətdəki materialları izləmək və ya köçürmək üçün robot, “spider” və digər avtomatlaşdırılmış vasitələrdən istifadə etmək;
- Əvvəlcədən yazılı icazəmiz olmadan materialları əl ilə izləmək, köçürmək və ya başqa icazəsiz məqsədlərlə istifadə etmək;
- Xidmətin normal fəaliyyətinə mane olan cihaz, proqram və ya vasitələrdən istifadə etmək;
- Virus, troyan, kompüter qurdu, məntiq bombası və ya texnoloji baxımdan zərərli digər materiallar yaymaq;
- Xidmətə, onun yerləşdiyi serverə və ya xidmətlə əlaqəli server, kompüter və məlumat bazalarına icazəsiz daxil olmağa, müdaxilə etməyə, onları zədələməyə və ya fəaliyyətini pozmağa cəhd göstərmək;
- Xidmətə “denial-of-service” (DoS) və ya paylanmış “denial-of-service” (DDoS) hücumu həyata keçirmək;
- “AnewZ”un reytinqinə zərər vura və ya onu saxtalaşdıra biləcək hərəkətlər etmək;
- Xidmətin normal fəaliyyətinə hər hansı başqa formada müdaxilə etmək.
6. Analitika
Xidmətimizdən istifadəni izləmək və təhlil etmək üçün üçüncü tərəf xidmət təminatçılarından istifadə edə bilərik.
7. Yetkinlik yaşına çatmayan şəxslərin istifadəsi
Xidmət yalnız 18 yaşına çatmış şəxslər üçün nəzərdə tutulub. Xidmətə daxil olmaqla və ya ondan istifadə etməklə ən azı 18 yaşınızın olduğunu, bu razılaşmanı bağlamaq üçün tam hüquq və səlahiyyətə malik olduğunuzu, eləcə də bütün şərtlərə əməl edəcəyinizi təsdiqləyirsiniz. 18 yaşına çatmamısınızsa, xidmətdən istifadə etməyiniz qadağandır.
8. Əqli mülkiyyət
Xidmət, onun orijinal məzmunu, funksiyaları və texniki imkanları “AnewZ”in və onun lisenziya verən tərəfdaşlarının müstəsna mülkiyyətidir və belə də qalacaq.
Xidmət müəlliflik hüququ, ticarət nişanı və digər yerli və beynəlxalq qanunlarla qorunur. “AnewZ”un əvvəlcədən yazılı razılığı olmadan onun ticarət nişanlarından hər hansı məhsul və ya xidmətlə əlaqəli şəkildə istifadə etmək olmaz.
9. Müəlliflik hüquqları siyasəti
Biz başqalarının əqli mülkiyyət hüquqlarına hörmət edirik. Xidmətdə yerləşdirilən məzmunun hər hansı şəxsin və ya təşkilatın müəlliflik və ya digər əqli mülkiyyət hüquqlarını pozması ilə bağlı müraciətləri araşdırırıq.Müəlliflik hüququnun sahibi və ya onun səlahiyyətli nümayəndəsisinizsə və əsərin hüquqlarınızı pozan şəkildə köçürüldüyünü düşünürsünüzsə,
“Müəlliflik hüququnun pozulması” mövzusu ilə bizə müraciət edə bilərsiniz. Müraciətinizdə iddia edilən pozuntu barədə ətraflı məlumat təqdim etməlisiniz.
Müraciətin yanlış məlumatlara əsaslandığı və ya vicdansız şəkildə edildiyi müəyyən olunarsa, dəymiş zərərə, o cümlədən məhkəmə və hüquqşünas xərclərinə görə məsuliyyət daşıya bilərsiniz.
10. Digər saytlara keçidlər
Xidmətimizdə “AnewZ”a məxsus olmayan və onun nəzarət etmədiyi üçüncü tərəf saytlarına və xidmətlərinə keçidlər yerləşdirilə bilər.
“AnewZ” həmin saytların məzmununa, məxfilik siyasətinə və fəaliyyətinə nəzarət etmir və bunlara görə məsuliyyət daşımır. Həmin şəxslərin və ya təşkilatların təqdim etdiyi məhsul və xidmətlərə də zəmanət vermirik.
Üçüncü tərəf saytları və ya xidmətləri vasitəsilə təqdim olunan məzmun, məhsul və xidmətlərdən istifadə nəticəsində yaranan və ya yarandığı iddia edilən zərər və itkilərə görə “AnewZ” birbaşa və ya dolayı məsuliyyət daşımır.
Daxil olduğunuz üçüncü tərəf saytlarının istifadə şərtlərini və məxfilik siyasətini oxumağınızı tövsiyə edirik.
11. Xidmətə xitam verilməsiBu İstifadə Şərtlərinin pozulması da daxil olmaqla, istənilən səbəbdən, əvvəlcədən xəbərdarlıq etmədən və məsuliyyət daşımadan hesabınızı bağlaya, müvəqqəti dayandıra və ya xidmətə girişinizi məhdudlaşdıra bilərik. Hesabınızı bağlamaq istəyirsinizsə, sadəcə xidmətdən istifadəni dayandıra bilərsiniz.
Mülkiyyət hüquqları, zəmanətlərdən imtina, zərərin ödənilməsi və məsuliyyətin məhdudlaşdırılması da daxil olmaqla, mahiyyətinə görə xidmətdən istifadəyə xitam verildikdən sonra qüvvədə qalmalı olan müddəalar qüvvəsini saxlayacaq.
12. Tətbiq olunan qanunvericilik
Bu İstifadə Şərtləri qanunların ziddiyyəti prinsipləri nəzərə alınmadan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir və şərh olunur. Bu Şərtlərdə göstərilən hər hansı hüquq və ya müddəanı tətbiq etməməyimiz həmin hüquqdan imtina etdiyimiz anlamına gəlmir.
Məhkəmə bu Şərtlərin hər hansı müddəasını etibarsız və ya icrası mümkün olmayan hesab edərsə, digər müddəalar qüvvədə qalacaq. Bu İstifadə Şərtləri xidmətimizlə bağlı tərəflər arasındakı tam razılaşmanı təşkil edir və bu mövzuda əvvəllər mövcud olmuş bütün razılaşmaları əvəz edir.